Trampdan İrana növbəti XƏBƏRDARLIQ
09.08.2025 [10:15]
Tehran Qərblə danışıqlara gedəcək?
ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfəxəbərdarlıq edib. Qeyd edək ki, Ağ Evin rəhbəri jurnalistlərləsöhbətində bildirib ki, Tehran nüvə potensialını bərpa etməyəçalışarsa, ABŞ İrana yenidən raket zərbələri endirəcək. ABŞprezidenti qeyd edib ki, Vaşinqtonun İrandakı nüvə obyektlərinəhücum əməliyyatları çox düzgün addım idi. Onun sözlərinəgörə, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaqlaYaxın Şərqdə böyük müharibə təhlükəsini dayandırdı. Trampəlavə edib ki, Tehran bundan sonrakı addımlarına diqqətyetirməlidir. “Onlar hər şeyə yenidən başlayacaqlarını söyləyəbilərlər, lakin bu, onlar üçün çox təhlükəli bir addım olardı, çünki biz geri dönəcəyik. Onlar başlayan kimi biz geriqayıdacağıq. Məncə, onlar bunu başa düşürlər”, - deyə Ağ Evinrəhbəri vurğulayıb. Xatırladaq ki, iyunun 22-də ABŞ HərbiHava Qüvvələri İranın Fordo, Natanz və İsfahandakı nüvəobyektlərinə sarsıdıcı raket zərbələri endirib. Hücum nəticəsindənüvə obyektləri tam olmasa da, qismən sıradan çıxıb.
Tehran nüvə silahına sahib olmaq istəyir
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin TəhliliMərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, İran hakimiyyəti nüvəməsələsində öz mövqeyindən geri çəkilməyəcək. “Trampınritorikasında İrana qarşı sərt mövqe qalmaqdadır. Baxmayaraqki, bir ay bundan əvvəl o, bəyan edirdi ki, İranın nüvə potensialıməhv edilib və Tehran Vaşinqtonla danışıqlar aparmaq istəyir. Amma bu gün Ağ Evin rəhbəri fərqli fikirlər səsləndirir - İranınnüvə proqramı ilə bağlı məsələni yenidən gündəmə gətirib. Görünən budur ki, ABŞ kəşfiyyatının Ağ Evə təqdim etdiyi yenihesabatında İranın nüvə potensialının tam məhv olmamasıbarədə məlumatlar əks olunub. Əslinə baxanda, İran öz nüvəproqramından imtina etmək niyyətində deyil. Əksinə, İran öznüvə potensialını bərpa etmək istəyir. Bu da Tehranın nüvəsilahı əldə etmək məqsədindən irəli gəlir. Çünki İranın hərbi-siyasi dairələrində İsrail-İran müharibəsinin nəticələri və bumüharibədə aşkara çıxan İranın zəif nöqtələri ilə bağlı məsələlərciddi şəkildə nəzərdən keçirilib. Belə qənaətə gəlinib ki, ABŞ vəİsrailin İrana hərbi müdaxiləsinin səbəblərindən biri Tehranınnüvə silahına malik olmamasıdır. Ümumiyyətlə, nüvə silahınamalik olan ölkələr çəkindirici gücə sahibdirlər. Sözügedənölkələrə hərbi müdaxilə ehtimalı çox aşağıdır. Şimali Koreyaçox yaxşı bir nümunədir. Şimali Koreyanın rəhbərliyi ABŞ, Avropa və Yaponiyaya dəfələrlə təhdidlər yağdırıb, amma buölkəyə indiyə qədər hərbi müdaxilə baş tutmayıb. Ona görə ki, rəsmi Pxenyan nüvə silahına malikdir”.
İran danışıqlara...
“Hazırkı dövrdə bəzi dövlətlər yeni taktika əl atıblar. Yənibir tərəfdən danışıqlar aparır, digər tərəfdən isə sərt əlini hazırvəziyyətdə tutur. Rəsmi Moskva bu taktikanı açıq şəkildə həyatakeçirir. Misal üçün Rusiya prezidenti Vladimir Putin MoskvanınUkrayna və Qərb ilə danışıqlara hazır olduğunu bəyan etsə də, onun komandasının üzvü - Rusiya Təhlükəsizlik Şurasınınsədrinin müavini Dmitri Medvedev sosial şəbəkə hesabındakıstatuslarında Rusiyanın ABŞ-la hərbi qarşıdurmaya girməyə, hətta nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. İran da müəyyən mənada eyni taktikadan istifadə edir. İrandasiyasi qanad - rezident və Xarici İşlər Nazirliyi Tehranın Qərblədanışıqlara hazır olduğunu vurğulayır, amma hərbi qanad - SEPAH isə Qərbə münasibətdə tam fərqli mövqe sərgiləyir. Sözsüz ki, belə bir siyasi xətt bir tərəfdən daxili auditoriyayayönəlib. Çünki İranda radikal düşüncəli insanların sayı kifayətqədərdir. Onlar düşünə bilərlər ki, ABŞ İsrailin İrana hərbiəməliyyatlarını dəstəkləyib və İrana raket zərbələri endirib, nəyəgörə bizim ölkəmiz Qərblə danışıqlara getməlidir. İranın Qərblədanışıqlara getməsi onların baxışında İranın zəifliyi kimi görünəbilər. Daxili auditoriyanı sakitləşdirmək üçün SEPAH-ı ortalığaatırlar,” - deyə S.Zahidov vurğulayıb. Ekspert əlavə edib ki, Tehran Qərblə danışıqları davam etdirməkdə maraqlıdır. “İranxeyli dərəcədə zəifləyib. ABŞ-ı öz qarşısına almaq iqtidarındadeyil. Xüsusilə ən diqqət çəkən məqam isə strateji tərəfdaşıRusiyanın İsraillə 12 günlük müharibədə İranın yanındaolmamasıdır. İran, demək olar ki, bu müharibədə yalnızburaxıldı. Bu baxımdan İranın Qərblə danışıqlardan vazgeçəcəyi inandırıcı görünmür”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

