ABŞ-ın milli təhlükəsizlik prioriteti
09.01.2026 [09:24]
Qrenlandiya planı NATO-da gərginlik yaradır
ABŞ milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiya üzərində nəzarəti əldə etməklə bağlı planını həyata keçirməkdə israrlıdır. Əhalisi cəmi 57 min nəfər olan, dünyanın ən böyük adası sayılan Qrenlandiya NATO-nun müstəqil üzvü deyil, lakin Danimarkanın Qərb alyansındakı üzvlüyü çərçivəsində müdafiə olunur. Avropa ilə Şimali Amerika arasında strateji mövqedə yerləşən ada onilliklərdir ABŞ-ın raketdən müdafiə sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Onun zəngin mineral ehtiyatları da Vaşinqtonun Çindən asılılığı azaltmaq məqsədləri ilə üst-üstə düşür. Donald Tramp dəfələrlə Rusiya və Çinə məxsus gəmilərin Qrenlandiya ətrafındakı sularda patrul apardığını bildirib, lakin Danimarka bu iddiaları təkzib edib. Kopenhagen Rusiya və Çinin Qrenlandiyanı hədəfə almaq cəhdləri ilə bağlı iddiaları rədd edir.
Vaşinqtonun rəsmi mövqeyi ...
Qeyd edək ki, Donald Tramp hələ yeni prezident seçildiyi dövrdə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu bildirmişdi. O, adanın ABŞ-ın hərbi strategiyası üçün mühüm əhəmiyyət daşıdığını deyir və Danimarkanı müdafiə üçün yetərli tədbirlər görməməkdə günahlandırır. ABŞ lideri ötən ilin may ayında “NBC News” telekanalına müsahibəsində Qrenlandiya məsələsinin həlli üçün güc tətbiqini istisna etməmişdi. Cari il yanvarın 6-da isə Ağ Ev yazılı açıqlamasında Qrenlandiya ilə bağlı planları şərh edərkən hərbi güc tətbiqinin həmişə Ali Baş Komandanın ixtiyarında olduğunu vurğulayıb. Belə ki, Ağ Evin mətbuat katibi Kerolayn Livittin açıqlamasına görə, Prezident Donald Tramp və komandası Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı əldə etmək üçün ordudan istifadə də daxil olmaqla, müxtəlif variantları araşdırır: “Prezident və onun komandası bu mühüm xarici siyasət hədəfinə nail olmaq üçün bir sıra variantları müzakirə edir və əlbəttə ki, ABŞ ordusundan istifadə də Ali Baş Komandan üçün bir variantdır. Prezident Tramp açıq şəkildə bildirib ki, Qrenlandiyanın əldə edilməsi Birləşmiş Ştatların milli təhlükəsizlik prioritetidir və Arktika bölgəsindəki düşmənlərimizin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir”.
Ağ Evin nümayəndəsi Stiven Miller isə CNN telekanalına müsahibəsində bildirib ki, heç kim Qrenlandiyaya görə ABŞ-la müharibə etməyəcək: “Vaşinqtonun rəsmi mövqeyi ondan ibarətdir ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır”.
Müttəfiqlərin fəaliyyət planı...
Lakin Danimarkanın Baş naziri Mette Frederiksen öz növbəsində bununla bağlı Vaşinqtona xəbərdarlıq edib. Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, Böyük Britaniya kimi aparıcı Avropa dövlətləri isə Danimarkaya dəstək verir - onlar birgə bəyanat yayaraq, bu məsələdə yalnız Danimarka və Qrenlandiyanın qərar verməli olduqlarını qeyd ediblər. Liderlər vurğulayıblar ki, Arktikanın təhlükəsizliyi Avropa üçün əsas prioritet olaraq qalır, həmçinin beynəlxalq və Trans-Atlantik təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, NATO üzrə Avropadakı müttəfiqlər ABŞ-ın Qrenlandiya ilə bağlı planına qarşı fəaliyyət planı üzərində sıx əməkdaşlıq edirlər. Bu barədə “Reuters”agentliyi xəbər verir ki, ABŞ-ın Qrenlandiya üzərində nəzarəti əldə etməsi NATO alyansında ciddi sarsıntıya səbəb ola və Tramp ilə Avropa liderləri arasında mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirə bilər.
Fransanın xarici işlər naziri Jan-Noel Barronun sözlərinə görə, ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı dövlət katibi Qrenlandiyaya hərbi müdaxilə ehtimalını istisna edib. Bu həftə aparıcı Avropa dövlətləri və Kanada Qrenlandiyaya dəstək ifadə edərək bildiriblər ki, Arktika adası onun xalqına məxsusdur. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və onun Qrenlandiyadan olan həmkarı Vivian Motsfeldt isə vəziyyəti müzakirə etmək üçün Marko Rubio ilə təcili görüş keçirilməsi üçün müraciət ediblər.
Aİ: Danimarka və Qrenlandiyaya dair qərarlar onlarsız qəbul edilə bilməz
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta isə bəyan edib ki, Avropa İttifaqı Qrenlandiyada beynəlxalq hüququn pozulmasını qəbul edə bilməz: “Qrenlandiya onun xalqına məxsusdur. Danimarka və Qrenlandiyaya dair heç bir qərar onlarsız qəbul edilə bilməz. Onlar Avropa İttifaqının tam dəstəyi və həmrəyliyinə malikdirlər”. Onun sözlərinə görə, Avropa beynəlxalq hüququn və çoxtərəfliliyin möhkəm və sarsılmaz müdafiəçisi olaraq qalacaq.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen isə deyib ki, Qrenlandiya məsələsində beynəlxalq hüquq prinsiplərinə riayət etmək vacibdir: “Avropa İttifaqı münaqişədən doğub. Bizim blok ideal deyil, amma o, əməkdaşlığın qarşıdurmadan güclü, qanunun isə gücdən üstün olduğunu vəd edir. Bu prinsiplər yalnız Avropa İttifaqımıza deyil, eyni dərəcədə Qrenlandiyaya da aiddir”. O, Qrenlandiyanın muxtariyyətə malik olsa da, Danimarkanın və Avropa İttifaqının bir hissəsi olduğunu xatırladaraq ABŞ-ın hazırkı administrasiyasının ada ilə bağlı niyyətlərinin hüquqa zidd olduğunu qeyd edib.
ABŞ adada hərbi resurslarını genişləndirmək istəyir
Ada hazırda xüsusi balıqçılıq şərtlərini qoruyaraq Aİ daxilində xarici ölkə və ərazi statusuna malikdir. Adada balıqçılıq ixracın 90 faizindən çoxunu təşkil edir və Danimarka subsidiyaları dövlət büdcəsinin təxminən yarısına bərabərdir. Bu vəsaitlər xəstəxana və məktəbləri maliyyələşdirir, infrastrukturu saxlayır. Danimarka və Qrenlandiya arasındakı münasibətlər tarixin bəzi məqamlarında gərginləşib. 1950-ci illərdə Danimarka hakimiyyəti inuitləri zorla daha böyük şəhərlərə köçürdü, habelə əhalinin təxminən 90 faizini təşkil edən yerli sakinlərin adət-ənənələrini və dillərini assimilyasiya etdi. 2022-ci ildə Danimarka 1950-ci illərdə Qrenlandiya uşaqlarının Danimarkaya göndərilməsi ilə bağlı təcrübəyə görə üzr istəyib.
1951-ci ildə Danimarka və Qrenlandiyaya bildiriş göndərildikdən sonra bazalar qurmaq azadlığı verən müqaviləyə əsasən, ABŞ qoşunları Qrenlandiyanın şimal-qərbindəki Pitufik Hava Bazasında daimi təmsil olunur. Danimarka isə ABŞ-ın adadakı mövcudluğuna dözümlü yanaşıb - çünki Kopenhagen Qrenlandiyanı müdafiə etmək qabiliyyətinə malik deyil və NATO vasitəsilə ABŞ-ın təhlükəsizlik zəmanətlərindən istifadə edir. Prezident Donald Trampın Qrenlandiyanın əldə edilməsinin milli təhlükəsizlik prioriteti hesab etməsi isə təsadüfi deyil - Avropadan Şimali Amerikaya ən qısa yol Qrenlandiyadan keçir və bu da onu ABŞ-ın ballistik raket erkən xəbərdarlıq sistemi üçün vacib edir. ABŞ burada hərbi resurslarını genişləndirmək niyyətindədir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

