Nə “sülh ordusu” , nə 7 milyard dollar - Azərbaycanın Qəzza kursunun özəllikləri...
23.02.2026 [09:18]
Bir sıra aparıcı dünya ölkələri Trampın Qəzza üzrə "Sülh Şurasına" təsisçi kimi qoşulmaqdan imtina edəndə bəzi subyektlər Azərbaycan prezidentinin də belə qərar verəcəyini güman etdilər. Belə gümanlar elə eyforik həddə çatmışdı ki, hətta ABŞ administrasiyasına yaxın mənbələr Azərbaycanın ilk 9 ölkədən biri olaraq Qəzzanın bərpası üzrə 7 milyard dollarlıq fonda qoşulduğunu bəyan etmişdi. Eynilə aylar öncə ABŞ rəsmi mənbələri Azərbaycanın Qəzzaya "Hərbi sülh qüvvələri" göndərəcəyini də bu cür bəyan etmişdilər...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Lakin Azərbaycan hər iki məsələ ilə bağlı öz müstəqil kursunun olduğunu nümayiş etdirdi. Hər 2 halda Prezidentin köməkçisi Hikmət Hacıyev İlham Əliyevin adından bəyan etdi ki, Azərbaycan Qəzzaya sülh korpusu göndərmək barədə qərarını bir sıra suallar aydınlaşandan sonra verəcək, eləcə də Qəzzanın bərpasına yönəlik ilkin 7 milyard dollarlıq fond barədə Azərbaycan Prezidentinin adından bəzi gözləntilərdən fərqli mövqe göstərildi - Azərbaycan 7 milyardlıq layihədə iştirak etməyəcək, lakin sonrakı kommersiya şərtləri və investisiya layihələrində iştirak nəzərdən keçirilə bilər...
Əvvəla, "Sülh qoşunu göndərmək və 7 milyardlıq layihəyə qoşulmaq Trampın qərarıdırsa, Azərbaycan Prezidenti qeyd-şərtsiz onlara qoşulacaq" deyənlərin "peyğəmbərliyi" özünü doğrultmadı və suveren dövlətçilik iradəsinin ifadəsi baxımından bu çox vacib və əhəmiyyətli idi... Tramp təbii ki, Azərbaycanın hər 2 layihəyə bu başdan qoşulmasını istəyərdi. Lakin hər ölkənin öz siyasət tezisləri var və Azərbaycan Prezidentinin də bu tezislərə uyğun qərar verəcəyini yəqin Tramp hökuməti də istisna etmirdi.
2. Azərbaycan bu vaxta qədər bir neçə ölkəyə - Əfqanıstan, Suriya, Kosova və digər ölkələrə öz sülh qüvvələrini göndərib. Həm də bunu özünün xarici hərbi təcavüz altında olduğu illərdə, xarici təcavüzlə mübarizədə kənardan heç bir əməli dəstək almadığı şəraitlərdə etmişdi. Nəzərə alsaq ki, Azərbaycanın özü hələ bölgəmizdə tam başa çatdırmadığı böyük sülh missiyasının altındadır, onun hansısa xarici arenaya hərbi sülh kontingenti göndərməsi məntiqli görünməz və suallar doğurar... Bu mənada Prezident Əliyevin Qəzzada sülhyaratma işini ərəb dünyasının özünün həll edəcəyi məsələ kimi təfsir etməsi reallığa tam uyğun mövqedir.
3. Bu gün "Qəzzada sülhün təmin olunması" problemi dünyada çox aktual olsa da, Qəzza probleminin və Qəzzadakı humanitar fəkakətin əsl kökləri hələ açıq müzakirə olunmur. Hələlik bu sualların beynəlxalq hüquqi cavabı verilmədiyi üçün Azərbaycanın Qəzzada sülhyaratma əməliyyatlarına əməli qoşulması düz olmazdı. Həm də sual olunur ki, Azərbaycanın "Fələstin məsələsi 2 dövlət prinsipi ilə həll olunmalıdır" kimi haqq mövqeyinə neçə ölkə dəstək verir? Çox deyil, dəstək verənlərin isə çoxu Azərbaycan qədər öz mövqeyində ardıcıl və səmimi deyil.
4. Azərbaycan xalqının ağır müharibədən çıxdığı indiki şıraitdə iri maliyyə tutumlu xarici bərpa işlərinə qoşulmasının çox həssas ictimai psixoloji durum yarada biləcəyi gərək unudulmasın. Ölkəmizin özü bir neçə 10 milyardlıq sərmayə tələb edən postmüharibə bərpa problemi ilə üz-üzə qalıbsa, Qəzzanın 7 milyardlıq fondundan kənarda qalan Azərbaycan hamı tərəfindən başa düşülməlidir. Hələ onu demirəm ki, torpaqlarımızdakı azı 1,5 milyon minanı təmizləməyə neçə milyard pul lazımdır...
5. Azərbaycan Prezidenti ölkənin regional və qlobal siyasət və mənafe prinsiplərini dəqiq müəyyənləşdirərək nümayiş etdirir ki, bu vəziyyətdə ölan olkədən dünyada sülh və təhlükəsizlik problemlərinə fəal diplomatik və siyasi dəstəkdən artıq şeyləri nəinki tələb ermək olmaz, hətta bunu ummaq belə ədalətli olmaz...
6. Həm Qəzzanın sülh korpusu, həm də 7 milyardlıq fonduna Azərbaycanın yanaşması heç bir halda hansısa siyasətlərə cavab hərəkəti kimi başa düşülməməlidir. O mənada ki, “əvvəlki sülhyaratma işlərində iştirakımıza ABŞ hökumətləri nankor yanaşıblar, ermənilərin dağıtdıqları Qarabağı özümüz təkbaşına bərpa edirik və sair" kimi mesajlar üzərində siyasət qurmuruq. Azərbaycanın indiki Qəzza-Fələstin kursu dövlətimizin özünün qlobal sülh və təhlükəsizlik baxışlarından, regional balansdan və daxili ictimai rəyə verilən önəmdən doğur...”
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

