Şərqi Avropadakı müharibə göstərdi ki...
01.04.2022 [09:55]
Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvü, prestijli dövlət, Ermənistan isə zəif və cinayətkar ölkədir
Nurlan QƏLƏNDƏRLİ
İnsanın fərdi keyfiyyətləri ekstremal şəraitdə bilinir - o ya nümunəvi davranış sərgiləyir, ya da fors-major situasiya imtahanından “kəsilir”. Dövlət də siyasi orqanizmdir, insan tərəfindən idarə olunur və qeyri-adi vəziyyətlərdə mahiyyətini nümayiş etdirir. Müharibə şəraiti də buraya daxildir.
Bəşəriyyət indiyə qədər iki dəfə cahan savaşına, müxtəlif dövlətlər arasında müharibələrə şahidlik edib. Öz ərazi bütövlüyü, təhlükəsizliyi uğrunda ləyaqətli mübarizə aparan, müharibədə humanizm prinsipinə və hərb qaydalarına əməl edən dövlətləri də görmüşük, mülki insanları hədəfə alan, müharibə cinayətləri törədən, işğal və terroru fəaliyyət fəlsəfəsi kimi mənimsəyən ölkələri də... Eynilə Azərbaycanın və Ermənistanın timsalında olduğu kimi. Çox uzağa getmək lazım deyil, 2020-ci ildə baş vermiş 44 günlük müharibə Azərbaycan tarixinə əzm, mübarizə, şərəf və ləyaqət simvolu kimi yazıldı. 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayan, tarixi - dini və mədəni abidələrimizi soyqırımına məruz qoyan, sərvətlərimizi mənimsəyən Ermənistan isə müharibə zamanı - növbəti dəfə faşist, cinayətkar mahiyyətini nümayiş etdirdi...
Daha bir sınaq - Rusiya-Ukrayna müharibəsi də reallıqları növbəti dəfə nümayiş etdirdi. Bir neçə məqam xüsusilə diqqəti cəlb etdi:
- Azərbaycan sülh çağırışları etdiyi, sabitlik və təhlükəsizliyin önəmini vurğuladığı halda... Ermənistan sükuta qərq oldu, iradə ortaya qoya bilmədi. Bu, Bakının ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına üstünlük verdiyini göstərdi. İrəvan üçün isə bu dəyərlərin, normaların heç bir önəmi - dəyəri yoxdur;
- Bakı Ukraynaya humanitar yardım göstərdi - bu, həm Kiyev tərəfindən, həm də bütövlükdə, dünya miqyasında yüksək qiymətləndirildi. Xarici KİV-in məlumatına əsasən, Ermənistan isə “Su-30” tipli 4 döyüş təyyarəsini Rusiya ordusunun tərəfində döyüşmək üçün Ukraynaya göndərdi. Üstəlik, Rusiya istehsalı olan qırıcıları xüsusi təlim keçmiş erməni pilotların idarə etdikləri qeyd olundu;
- Ayrı-ayrı dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri İlham Əliyev ilə regional təhlükəsizlik məsələləri ilə əlaqədar müzakirələr aparır - Azərbaycan Prezidentinin yanaşmasına xüsusi önəm verilir, Onun mövqeyi nəzərə alınır. Diplomatik trafikdə Bakının fəal rolu nəzərə çarpır, Azərbaycana inam və etimad ifadə edilir. Ermənistan isə yenə geosiyasi autsayder vəziyyətindədir, təsir imkanına, etibara malik olmayan İrəvanın mövqeyi heç kim üçün önəmli deyil.
Bütövlükdə, Azərbaycan dünyaya nümayiş etdirir: beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü, yüksək nüfuza və geosiyasi prestijə malik olduğunu. Ermənistan isə göstərir ki, elə tanındığı, bilindiyi kimidir - vaxt keçsə də, şərait dəyişsə də...
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

