Fransa nə istəyir?
31.12.2022 [10:35]
Deputat: Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır. Fransa hökuməti və parlamentinin mövqeyi tamamilə qəbuledilməzdir
Nardar BAYRAMLI
Fransada Azərbaycanın əleyhinə kampaniya xeyli vaxtdır ki, davam edir. Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş bu ölkə Azərbaycanın 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad etməsindən sonra gerçək simasını göstərməyə başladı. Ermənistanın 30 illik işğalçı siyasəti davam etdiyi zaman rəsmi Paris guya tərəflərin sülhə gəlməsi üçün özünü vasitəçi kimi təqdim etməyə çalışırdı. Lakin Azərbaycan münaqişəni öz gücünə həll etdikdən, işğalçıları torpaqlarımızdan qovduqdan sonra Fransa açıq-aşkar Ermənistana və Qarabağdakı erməni separatçılarına dəstək verir. Hazırda bu ölkə Ermənistanın vasitəsilə Cənubi Qafqazda özünün təsir imkanlarını yaratmağa çalışır.
Bugünlərdə isə bir qrup fransalı siyasətçilər, parlamentarilər “Le Monde” qəzeti vasitəsilə prezident Emmanuel Makrona müraciət edərək “Ermənistanın təhlükəsizliyini təmin etməyi” və Qarabağı Azərbaycanın suverenliyindən çıxarmağı “tələb” ediblər. Fransız siyasətçilər hədlərini aşaraq ölkəmizə qarşı hansı addımların atılmasını da “göstəriblər”. Bura rəsmi qınaq, Aİ və ABŞ sanksiyalarının tətbiqi, Azərbaycana BMT sülhməramlılarının göndərilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində iddia, Azərbaycan üçün Qarabağ səmasının faktiki olaraq bağlanması, Xocalı hava limanının qanunsuz işə salınması və s. daxildir.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva isə Fransa parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetindəki müraciətinə münasibət bildirib. L.Abdullayeva özünün tvitter səhifəsində yazıb ki, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır. O qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar. Səfir fransalı parlamentarilərini sülh səylərini dəstəkləməyə çağırıb. Dekabrın 28-də isə Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub. Görüş zamanı Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib. Bu çərçivədə, bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib.
Sözügedən məktubun Fransa Parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamı olduğu vurğulanıb. Azərbaycan tərəfi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Ümumiyyətlə, Fransa Azərbaycandan nə istəyir? Məsələ ilə bağlı Azərbaycan-Fransa parlamen?lərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Soltan Məmmədov bildirib ki, Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin nümayəndələrinin prezident Makrona müraciətində beynəlxalq hüququn fundamental prinsiplərinə zidd, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təcavüzə çağırış ifadə edən fikirlər yer alıb. Bu, Fransanın Azərbaycan əleyhinə siyasətini və təxribatlarını davam etdirdiyini təsdiqləyir. O xatırladıb ki, ötən ay Fransa parlamentinin hər iki palatasında qərəzli sənədlər qəbul edilmişdi: “Daha sonra Rusiya sül?məramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndəsinin təmtəraqla qarşılanması, Azərbaycan ekofəallarının Laçın yolunda etiraz aksiyası ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin qeyri-obyektiv bəyanatı Fransanın separatizmə açıq dəstək verdiyinin göstəricisidir. Fransa parlamentində təmsil olunan şəxslərin başqa bir ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə açıq hörmətsizlik ifadə edən mövqeyi ilk növbədə Fransa hökuməti tərəfindən qınanmalıdır. Təəssüf ki, biz Fransa hökumətinin adekvat reaksiyasını görmədik. Bu da Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək niyyətində olmadığını sübut edir. Əksinə, Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq, regionda sülhün təmin olunması istiqamətində təşəbbüslərə mane olmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır”.
Soltan Məmmədov diqqətə çatdırıb ki, Fransa Milli Assambleyasında artıq Azərbaycanla dostluq qrupu formalaşıb: “Əvvəlki tərkiblə biz çox fəal əlaqələr qurmağa müvəffəq olmuşduq. Fransa parlamentinin üzvlərinin ölkəmizə, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizə səfərləri təşkil edilmişdi. Fransa ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılmasında bu əlaqələrdən maksimum faydalanmağa çalışmışıq. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır və bu istiqamətdə müvafiq addımlar atacaq. Çünki Fransa hökuməti və parlamentinin mövqeyi tamamilə qəbuledilməzdir. Görünür, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir. Hesab edirəm ki, bu, münasibətlərdə dərin çatlar yaradır”. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti kimi milli maraqlarına qarşı yönəlmiş istənilən təhdidə müqavimət göstərmək imkanındadır. Lakin Azərbaycanın siyasəti gücə deyil, sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq dəyərlərinə əsaslanır. Azərbaycan regionda yeni reallıqlar yaradıb və bütün digər ölkələr kimi, Fransa da bu reallıqları qəbul etməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

