Qarşılıqlı etimadın təntənəsi
14.05.2025 [14:35]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər səfərin mühüm nəticələrini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur.
Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, çox ciddi siyasi sənəddir: “Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır”.
Ticarət, energetika və sərmayə sahələrində əməkdaşlıq geniş perspektivlər vəd edir. Xüsusilə energetika sahəsində imzalanmış Anlaşma Memorandumu, SOCAR ilə PetroVietnam arasında əldə olunmuş razılaşmalar, eləcə də “SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and Petrochemical JSC” arasında imzalanmış əməkdaşlıq sənədi bu istiqamətdə praktiki əməkdaşlığın başlanğıcı oldu.
Bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr, xüsusilə qarşıdakı beş il ərzində 6500 meqavat gücündə təmiz enerji istehsalı üzrə planlar Vyetnam üçün də cəlbedici imkanlar yaradır. Hər iki tərəf bu sahədə qarşılıqlı sərmayə qoyuluşuna maraq göstərir.
Bununla yanaşı, elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu gələcək texnoloji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müdafiə sənayesi sahəsində də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Hər iki tərəfdə bu sahənin inkişafı birgə müəssisələrin yaradılmasına və texnoloji təcrübə mübadiləsinə şərait yaradır. Bu xüsusda imzalanmış Anlaşma Memorandumu tərəfdaşlığın möhkəm təməlini qoyur.
2025-2027-ci illəri əhatə edən ədliyyə sahəsində əməkdaşlıq proqramı hüquq-mühafizə orqanları və məhkəmə sistemləri arasında təcrübə mübadiləsinə töhfə verəcək.
Səfər zamanı mədəniyyət, arxiv işi və informasiya sahələrində də əməkdaşlığa dair sənədlər imzalanıb. Mədəniyyət sahəsində Anlaşma Memorandumu və iki ölkənin informasiya agentlikləri arasında bağlanmış saziş humanitar əlaqələrin genişlənməsinə zəmin yaradacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası arasında Birgə Biznes Şurasının yaradılması barədə razılaşma sahibkarlıq mühitində dinamikanı artıracaq və işgüzar dairələr arasında əlaqələri gücləndirəcək.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda nümayiş etdirilən dəstəyi yüksək qiymətləndirərək Vyetnamın BMT Təhlükəsizlik Şurasında Azərbaycanın mövqeyini dəstəkləməsini xüsusi qeyd edib. Hər iki ölkə Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edir və beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində malların hərəkətinin sürətləndirilməsi və strateji logistik platformaların yaradılması mümkün əməkdaşlıq istiqamətləri kimi qiymətləndirilib.
To Lamın Azərbaycana ilk dövlət səfəri məzmun baxımından son dərəcə zəngin və məhsuldar olub. İmzalanmış sənədlər və əldə olunmuş razılaşmalar bir daha göstərir ki, iki ölkə qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq əsasında gələcək münasibətlərini daha da dərinləşdirəcək. Bu səfər Azərbaycan-Vyetnam əməkdaşlığını siyasi, iqtisadi, texnoloji və humanitar sahələrdə yeni mərhələyə daşıyacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19

