Xalq–dövlət birliyi
07.01.2026 [15:18]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibə bir daha dövlətimizin həyata keçirdiyi siyasətin əsas fəlsəfəsini və prioritetlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın daxili və xarici siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı, onun rifahı, təhlükəsizliyi və layiqli həyat səviyyəsi dayanır.
Prezident İlham Əliyev daim vurğulayır ki, dövlətin gücü onun vətəndaşına verdiyi dəyərdən başlayır. Son illər həyata keçirilən sosial islahatlar, əməkhaqlarının, pensiya və müavinətlərin mütəmadi olaraq artırılması, yeni iş yerlərinin yaradılması, regionların kompleks inkişafı bu siyasətin bariz nümunəsidir. Müsahibə zamanı da dövlət başçısı sosial ədalətin təmin olunmasının, əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinin prioritet istiqamət olduğunu xüsusi qeyd etdi.
Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində aparılan islahatlar insan kapitalının inkişafına xidmət edir. Yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin istifadəyə verilməsi, gənclərin bilik və bacarıqlarının artırılması üçün yaradılan imkanlar vətəndaşa yönəlmiş dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Müsahibədə postmünaqişə dövründə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə də geniş yer ayrıldı. Prezident İlham Əliyev bildirdi ki, Böyük Qayıdış Proqramının əsas məqsədi həmin ərazilərdə məhz vətəndaşlar üçün müasir, təhlükəsiz və rahat yaşayış mühiti yaratmaqdır. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri bir daha sübut edir ki, dövlət siyasətinin hədəfi insanın rahatlığı və gələcəyə inamıdır.
Eyni zamanda, Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər ölkəmizin müstəqil və prinsipial xarici siyasət xəttini də əks etdirir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionda söz sahibi olan, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan dövlətə çevrilmişdir. Bu uğurların əsas məqsədi isə yenə də Azərbaycan vətəndaşının təhlükəsizliyinin və maraqlarının qorunmasıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir daha təsdiq etdi ki, həyata keçirilən bütün islahatların, qəbul olunan qərarların və strateji hədəflərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu siyasət xalq–dövlət birliyini daha da möhkəmləndirir və ölkəmizin davamlı inkişafını təmin edən əsas amil kimi çıxış edir.
Xəbər lenti
Hamısına baxGündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15
Hadisə
18 Yanvar 21:41
Hadisə
18 Yanvar 21:27
Dünya
18 Yanvar 20:18
Dünya
18 Yanvar 19:13
Hadisə
18 Yanvar 18:32
Dünya
18 Yanvar 17:41
Sosial
18 Yanvar 16:10
Dünya
18 Yanvar 15:29
Dünya
18 Yanvar 14:17
Dünya
18 Yanvar 13:40
Gündəm
18 Yanvar 13:28
Dünya
18 Yanvar 12:28
Dünya
18 Yanvar 11:30

