AXCP adlı qeyri-qanuni qruplaşmada daha 3 altqruplaşma: Sədrlik uğrunda mübarizə pik həddində
13.01.2026 [15:53]
Siyasi partiyalar haqqında qanunun tələblərinə əsasən AXCP adlı rəsmi partiya mövcud deyil. Yəni Əli Kərimlinin AXCP adlı dərnəyi qeyri-qanuni qruplaşmadan başqa bir şey deyil. Məlum məsələ ilə əlaqədar Əli Kərimli istintaqa cəlb edildikdən sonra bu qeyri-qanuni qruplaşmada daha 3 altqruplaşmanın mövcud olduğu sezilirdi. Bu istiqamətdə 3 nəfərin xüsusilə can-fəşanlıq etdiyi və Əli Kərimlidən sonra AXCP-də sədrliyə sahiblənmək niyyətində olduqları açıq-aşkar görünürdü. Bunlar Fuad Qəhrəmanlı, Seymur Həzi və Ayaz Məhərrəmlidir. Adları qeyd olunan AXCP adlı qeyri-qanuni qruplaşmanın üzvləri sosial şəbəkədə paylaşımları ilə diqqət çəkir və trolları öz aralarında bölüşdürməyi bacarmışdılar. Əli Kərimlinin səhifəsində trollinq işindən imtina edilmiş, süni bəyənmələr dəfələrlə azalmışdır. Adı qeyd olunan 3 şəxs bir müddət ərzində özlərini potensial sədrlər kimi təqdim etməyə çalışdılar.
Bu 3 şəxs arasındakı daxili mübarizədə Seymur Həzinin üstünlük qazandığı və AXCP-ni ələ keçirmək üçün real addımlar atdığı ötən gün məlum oldu. Belə ki, Seymur Həzi digər rəqiblərindən cəld tərpənərək AXCP-ni rəsmi partiya kimi qeydiyyatdan keçirmək üçün siyasi partiyalar haqqında qanunun tələblərinə uyğun olaraq 5367 AXCP üzvünün reyestr məlumatlarını Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə təqdim etməsi haqqında paylaşım edib. Lakin həmin paylaşımlar nə Fuad Qəhrəmanlı, nə Ayaz Məhərrəmli, nə də digər cəbhəçilər tərəfindən paylaşılıb. Düzdür, Əli Kərimlinin səhifəsindən həmin paylaşım xala-xətir qalmasın deyə paylaşılıb. Olsun ki, səhifənin adminləri də Seymur Həzinin qruplaşmasındadırlar. Kiçik bir müqayisədən də bəlli olur ki, Seymur Həzi üstünlüyü ələ alıb. Belə ki, eyni paylaşıma Seymur Həzinin səhifəsində Əli Kərimlinin səhifəsindəkindən 3 dəfədən çox bəyənmə təmin edilib. Heç şübhə yoxdur ki, qeydiyyat üçün real 5367 sayı təmin edilməyib. Sadəcə bu “burada mənəm, mən bacarıqlıyam, AXCP-də sədrliyə mən layiqəm”, göstərməsindən başqa bir şey deyil. Bu hərəkəti ilə Seymur Həzi özlərinə lider hesab etdikləri Əli Kərimlidən də bacarıqlı, nüfuzlu olduğunu sübut etməyə çalışır.
Bir sözlə, AXCP adlı qeyri-qanuni qruplaşmada daxili intriqalar, çəkişmələr pik həddə çatıb. Yaxın müddətdə daha ilginc, daha maraqlı hadisələrin şahidi olacağımız heç şübhəsizdir.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15
Hadisə
18 Yanvar 21:41
Hadisə
18 Yanvar 21:27
Dünya
18 Yanvar 20:18
Dünya
18 Yanvar 19:13
Hadisə
18 Yanvar 18:32
Dünya
18 Yanvar 17:41
Sosial
18 Yanvar 16:10
Dünya
18 Yanvar 15:29
Dünya
18 Yanvar 14:17
Dünya
18 Yanvar 13:40
Gündəm
18 Yanvar 13:28
Dünya
18 Yanvar 12:28
Dünya
18 Yanvar 11:30
Dünya
18 Yanvar 10:19
Dünya
18 Yanvar 09:22
Sosial
18 Yanvar 08:56

