Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda Mülki və Ticarət Gəmiçiliyi məcəllələri, eləcə də nəqliyyatla bağlı iki qanun dəyişib

Azərbaycanda Mülki və Ticarət Gəmiçiliyi məcəllələri, eləcə də nəqliyyatla bağlı iki qanun dəyişib

15.01.2026 [15:24]

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi Mülki və Ticarət Gəmiçiliyi məcəllələrində, eləcə də "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Sənəd "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlanıb, uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini əhatə edir.

Belə ki, "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri (7-ci fəsil) tənzimləndiyindən, daşıyıcıya (1.1.1.-ci maddə) və ekspeditora (1.1.2-ci maddə) yeni məzmunda anlayışlar verildiyindən və eləcə də qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.

İndiyə qədər nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair münasibətlər əsasən Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi və "Nəqliyyat haqqında" qanunla tənzimlənib. "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanunla bu sahənin qanunvericilik bazası genişlənir və təkmilləşdirilir. Bundan irəli gələrək dəyişiklik təklif olunan hər bir qanunda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunların dairəsi əks etdirilir (normativ hüquqi çərçivə müəyyən edilir). Bu cür dəyişiklik nəqliyyat-ekspedisiya xidmətləri sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktları arasında əlaqələndirmənin yaradılmasına və hüquq tətbiq etmə praktikasında yarana biləcək məsələlərin tənzimlənməsinə imkan yaradır.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31