Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Su ehtiyatlarının qorunması və səmərəli idarə olunması

Su ehtiyatlarının qorunması və səmərəli idarə olunması

16.01.2026 [20:21]

Toğrul Zeynalov     

YAP Ağdam rayon təşkilatının əməkdaşı                                                                                                                         

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Müşavirədə paytaxtın və Abşeron yarımadasının dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan infrastruktur məsələləri ətraflı müzakirə olunub, qarşıdakı onillik üçün əsas prioritetlər müəyyənləşdirilib. Dövlət başçısı çıxışında son illər ölkədə həyata keçirilən genişmiqyaslı layihələrin nəticələrinə toxunaraq qeyd edib ki, Azərbaycanda qazlaşma səviyyəsi artıq 96 faizə çatıb. Bu göstərici əhalinin sosial rifahının yüksəldilməsi, regionlar arasında inkişaf fərqlərinin azaldılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm nailiyyətdir. Cənab Prezident vurğulayıb ki, qazlaşdırma proqramı təkcə enerji təminatını yaxşılaşdırmır, eyni zamanda ətraf mühitin qorunmasına və ekoloji vəziyyətin sağlamlaşdırılmasına da müsbət təsir göstərir.

Çıxışda su mənbələrinin hər bir ölkə üçün strateji əhəmiyyət daşıdığı xüsusi diqqətə çatdırılıb. Prezident İlham Əliyev bildirib ki, qlobal iqlim dəyişiklikləri, əhali artımı və urbanizasiya prosesləri fonunda su ehtiyatlarının qorunması və səmərəli idarə olunması getdikcə daha vacib məsələyə çevrilir. Bu baxımdan su təsərrüfatının müasir tələblərə uyğun şəkildə yenidən qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bakı şəhərində və Abşeron yarımadasında mövcud su təchizatı və kanalizasiya sistemlərinin uzun illər istismar olunması onların yenilənməsini zəruri edir. Qəbul edilən Dövlət Proqramı məhz bu problemlərin kompleks və mərhələli həllini nəzərdə tutur, əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılmasını və tullantı sularının təhlükəsiz şəkildə idarə olunmasını hədəfləyir.

Cənab Prezident Bakı şəhərində yağış sularının idarə olunması məsələsinə də xüsusi önəm verib. Son illər intensiv yağıntılar zamanı müşahidə olunan daşqınların şəhər infrastrukturuna, nəqliyyat sisteminə və gündəlik həyat ritminə ciddi təsir göstərdiyi vurğulanıb. Bu problemlərin aradan qaldırılması məqsədilə paytaxtın 30 əsas küçəsində yeni yağış suyu kollektor şəbəkəsinin qurulacağı bildirilib. Dövlət başçısı qeyd edib ki, bu layihələr yalnız mövcud problemlərin həllinə deyil, eyni zamanda gələcəkdə mümkün risklərin qarşısının alınmasına xidmət edəcək. Müşavirədə səsləndirilən fikirlər onu göstərir ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir və onun icrası paytaxtın infrastrukturunun müasirləşdirilməsinə, ekoloji tarazlığın qorunmasına və əhalinin həyat keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfələr verəcək.

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31