Müstəqillik uğrunda
16.01.2026 [21:40]
Azərbaycan xalqının 36 il öncə yaşadığı 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda aparılan milli azadlıq hərəkatımızın zirvəsi kimi tarixə həkk olunub. Azərbaycanı cəzalandırmaq üçün Kreml 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qanlı Yanvar qırğınını törətdi. Günahsız insanları öldürən sovet imperiyası öz istəyinə nail ola bilmədi. Əksinə, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Bir sözlə, Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilərək dönməz xarakter aldı və xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. Təəssüf ki, həmin dövrdəki ölkə rəhbərliyi, eləcə də müstəqilliyin ilk ilərində yaranmış boşluqdan istifadə edərək hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü 20 Yanvar hadisələrinə heç bir qiymət verə bilmədilər.
Lakin heç bir təhlükədən çəkinməyən Ümummilli Lider Heydər Əliyev Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq cəsarətli addım ataraq Qanlı Yanvar hadisəsinin səhəri günü - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə öz etirazını bildirmişdi. Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdi. Daha sonra Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin sistemli fəaliyyəti 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət etmşidir. Belə ki, Ulu Öndərin təşəbbüs və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul olmuş və bunun nəticəsində həqiqətlər üzə çıxmışdır.
Hər zaman Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ölkə başçısı şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə 19 yanvar 2006-cı il tarixdə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalamışdır. Həyata keçirilən bütün tədbirlər bir daha onu təsdiq edir ki, şəhid ailələri hər zaman dövlətimizin diqqət mərkəzindədir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15
Hadisə
18 Yanvar 21:41
Hadisə
18 Yanvar 21:27
Dünya
18 Yanvar 20:18
Dünya
18 Yanvar 19:13
Hadisə
18 Yanvar 18:32
Dünya
18 Yanvar 17:41
Sosial
18 Yanvar 16:10
Dünya
18 Yanvar 15:29
Dünya
18 Yanvar 14:17
Dünya
18 Yanvar 13:40
Gündəm
18 Yanvar 13:28
Dünya
18 Yanvar 12:28
Dünya
18 Yanvar 11:30
Dünya
18 Yanvar 10:19
Dünya
18 Yanvar 09:22
Sosial
18 Yanvar 08:56
Dünya
17 Yanvar 23:15
Hadisə
17 Yanvar 22:37
Dünya
17 Yanvar 21:24
Xəbər lenti
17 Yanvar 20:18
Sosial
17 Yanvar 20:16
İqtisadiyyat
17 Yanvar 20:11
Hadisə
17 Yanvar 19:33

