Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fatih Birol: Elektrik enerjisində yeni dövr başlayıb

Fatih Birol: Elektrik enerjisində yeni dövr başlayıb

16.01.2026 [22:28]

Dünyada elektrik enerjisi yeni dövrə qədəm qoyub. Bu prosesdə bərpaolunan və nüvə enerjisinin rolu xüsusi əhəmiyyət kəsb edir və artıq strateji səviyyəyə yüksəlib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.

O bildirib ki, Avropa ölkələrində nüvə enerjisi ciddi dönüş mərhələsinə qədəm qoyub, bir çox Avropa ölkəsində tənəzzül yaşayan nüvə sənayesi yenidən dirçəlməyə başlayıb.

Enerji bazarlarındakı transformasiyanın əhəmiyyətini vurğulayan Fatih Birol deyib: “Vacib minerallar yeni enerji nizamında mühüm rol oynayır. Avropa və dünyanın qarşılaşdığı iqtisadi çətinliklər məhz elektrik enerjisi baxımından həll olunur”.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31