Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fənn olimpiadalarının rayon (şəhər) mərhələsində Qarabağ regionu üzrə 1900-dan çox şagird iştirak edib

Fənn olimpiadalarının rayon (şəhər) mərhələsində Qarabağ regionu üzrə 1900-dan çox şagird iştirak edib

18.01.2026 [23:32]

Yanvarın 18-də cari tədris ili üzrə Respublika Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. Bu mərhələdə Qarabağ regionu üzrə 1900-dan çox şagird iştirak edib.

Qarabağ Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fənn olimpiadaları 8,9,10,11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 7 mərkəzdə keçirilib.

Bu il ilk dəfə Ağdam rayon Xıdırlı kənd tam orta məktəbinin şagirdləri də olimpiadada iştirak ediblər.

Olimpiadanın rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31