Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsrail F-35 qırıcı təyyarələrinin sayını 48-ə çatdırıb

İsrail F-35 qırıcı təyyarələrinin sayını 48-ə çatdırıb

19.01.2026 [11:19]

İsrail Hərbi Hava Qüvvələri ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan üç yeni beşinci nəsil F-35 qırıcı təyyarəsini təhvil alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarələr yanvarın 18-də İsrailin cənubunda yerləşən Nevatim hava bazasına eniş edib və Hərbi Hava Qüvvələrinin 116-cı və 140-cı eskadrilyalarına daxil ediləcək.

İsrail 2010-cu ildən F-35 qırıcılarını arsenalına daxil etməyə başlayıb. İlk iki təyyarə 2016-cı ilin dekabrında Nevatim hava bazasına çatdırılıb.

“The Times of Israel” qəzetinin məlumatına görə, yeni təyyarələrin gəlişi ilə İsrail Hərbi Hava Qüvvələrindəki F-35-lərin sayı 48-ə çatıb. İsrail 2024-cü ildə əlavə 25 F-35 sifariş edib və onların çatdırılmasına 2028-ci ildə başlanması planlaşdırılır.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31