/ / 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi
20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi
19.01.2026 [15:38]
Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş mərhələsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər qətlə yetirildi. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda belə həmin günlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Bu hadisə yalnız insan tələfatı ilə deyil, həm də siyasi, hüquqi və ideoloji nəticələri baxımından imperiya sisteminin süqutunu sürətləndirən amillərdən biri kimi tarixə düşmüşdür.
20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi.1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi və sosial proseslər, xüsusilə “yenidənqurma” və “aşkarlıq” siyasəti milli respublikalarda azadlıq, suverenlik və milli özünüdərk ideyalarının güclənməsinə səbəb olmuşdu. Azərbaycanda bu proseslər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağ münaqişəsi fonunda daha da kəskin xarakter almış, xalqın mərkəzi hakimiyyətə olan etimadı ciddi şəkildə sarsılmışdı.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi, beynəlxalq hüququn, SSRİ Konstitusiyasının və elementar insan haqlarının kobud şəkildə pozulması idi. Bu faciə Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq əzmini bütün dünyaya nümayiş etdirdi.
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. Qanlı Yanvar faciəsi ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi.
20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15
Hadisə
18 Yanvar 21:41
Hadisə
18 Yanvar 21:27
Dünya
18 Yanvar 20:18
Dünya
18 Yanvar 19:13
Hadisə
18 Yanvar 18:32
Dünya
18 Yanvar 17:41
Sosial
18 Yanvar 16:10
Dünya
18 Yanvar 15:29
Dünya
18 Yanvar 14:17
Dünya
18 Yanvar 13:40
Gündəm
18 Yanvar 13:28
Dünya
18 Yanvar 12:28
Dünya
18 Yanvar 11:30
Dünya
18 Yanvar 10:19
Dünya
18 Yanvar 09:22
Sosial
18 Yanvar 08:56
Dünya
17 Yanvar 23:15
Hadisə
17 Yanvar 22:37
Dünya
17 Yanvar 21:24
Xəbər lenti
17 Yanvar 20:18
Sosial
17 Yanvar 20:16
İqtisadiyyat
17 Yanvar 20:11
Hadisə
17 Yanvar 19:33

