Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xalqımıza qarşı misli görünməmiş qəddarlıq

Xalqımıza qarşı misli görünməmiş qəddarlıq

19.01.2026 [23:15]

İntiqam Quliyev     

YAP Ağdam rayon təşkilatının sədr müavini

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.

Xalq o müdhiş günlərdə Heydər Əliyevin yoxluğunu ən böyük həqiqət kimi dərk etdi. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayən-dəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli Bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən daim dərin ehtiramla yad edilir. Onların fədakarlığı müstəqilliyimizin mənəvi təməlini təşkil edir. 20 Yanvar faciəsi yalnız kədərli bir tarix deyil, eyni zamanda azadlıq uğrunda mübarizənin, milli ləyaqətin və suverenlik iradəsinin sarsılmaz simvoludur. Bu hadisə Azərbaycan xalqına tarixdən dərs götürməyi, müstəqilliyin qədrini bilməyi və onu daim qorumağı xatırladır.

Xalqımızın azadlıq uğrunda mübarizliyinin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycanın möhtəşəm Qələbəsi ilə sona çatdı.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbəliyi ilə cəmi 24 saata ərzində erməni işğalçılarına layiqli cavab verən Azərbaycan ordusunun qüdrəti və yenilməzliyi bir daha dünyaya nümunə oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 24 saata yaxın davam edən antiterror tədbirləri qeyri-qanuni erməni hərbi birləşmələrinin ağ bayraq qaldırması ilə başa çatdı.                                                                                                                              

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31