Milli Məclisin yaz sessiyası başlayıb
03.02.2026 [10:33]
Sessiyanın qanunvericilik işləri planı təsdiqlənib
Fevralın 2-də Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Əvvəlcə Dövlət Himni səsləndirilib. İclasın gündəliyinə 16 məsələ daxil edilib. Spiker Sahibə Qafarova çıxış edərək Milli Məclisin ötən ili uğurla başa vurduğunu bildirib. Onun sözlərinə görə, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib. Belə ki, deputatlar 2 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. Parlamentin 10 üzvü tərəfindən 6 xarici ölkəyə 18 səfər həyata keçirilib. Yanvar ayı ərzində 5 ölkənin və 1 beynəlxalq təşkilatın 6 nümayəndə heyəti, ümumən 44 nəfər xarici qonaq Milli Məclisdə olub.
S.Qafarova, həmçinin Bəhreyn Krallığına, Birləşmiş Ərəb Əmirliklərinə və Oman Sultanlığına etdiyi səfərlər barədə də ətraflı məlumat verib. Bəhreyn Krallığına səfər çərçivəsində Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh, Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al Musalam ilə görüşlər olub. Eləcə də, Milli Məclis və Bəhreyn Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, səfər çərçivəsində spikerin başçılıq etdiyi nümayəndə heyəti Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında iştirak edib. Plenar sessiyanın yekununda Manama Bəyannaməsi qəbul edilib. Bəyannamədə Asiya Parlament Assambleyasına uğurlu sədrliyinə, təşkilatın məqsədlərinin reallaşdırılması işində liderliyinə və səylərinə görə Milli Məclisə təşəkkür edilib. Bəyannamədə həmçinin multikulturalizmin, tolerantlığın təşviq olunmasında ölkəmizin ardıcıl və prinsipial səyləri yüksək qiymətləndirilib. Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında təşkilata sədrlik rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verilib.
Birləşmiş Ərəb Əmirliklərinə səfərdə isə əsas məqsədlərdən biri Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak etmək idi. Spiker S.Qafarova çıxışında tədbirin mövzusunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyət və müsbət təcrübə haqqında tədbir iştirakçılarına məlumat verib. S.Qafarovanın sözlərinə görə, səfərdə məqsədlərdən biri də Aralıq Dənizi Parlament Assambleyasının sədri Cülio Çentemero ilə görüşüb danışıqlar aparmaq idi. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər nəzərdən keçirilib. Xüsusən Parlament Assambleyasının Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciətin təsdiqindən məmnunluq ifadə olunub. Yekun qərar verildikdən sonra bu statusun parlamentlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inam bildirilib.
Oman Sultanlığına səfər zamanı isə Milli Məclislə Oman Şura Məclisi arasında Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə edilib. Spiker qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasəti, dövlətimizin beynəlxalq fəaliyyətinə strateji baxışı Milli Məclisin həyata keçirdiyi parlament diplomatiyasının uğurunun əsas amilidir.
Daha sonra S.Qafarova 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edildiyini, dövlət başçısının sərəncamı ilə bir sıra fəaliyyət sahələrində fərqlənən gənclərin bir qrupuna Prezident mükafatları verildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan gəncləri dövlət və cəmiyyət həyatının bütün sahələrində önəmli rol oynayır, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bütün bilik və bacarıqlarını sərf edirlər: “Gənclərimiz 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında tarixi qələbələrimizin əldə edilməsində müstəsna rol oynamışlar. Gənclər Günü münasibəti ilə mən bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı və uğurlar arzulayıram”.
Spiker çıxışında yaz sessiyasında görüləcək işlər haqqında da qısa məlumat verib. O, deyib ki, sessiyanın qanunvericilik işləri planı hazırlanıb. Bu sessiyada qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatı dinləniləcək. Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik hesabat, məlumat və məruzələri də dinləniləcək.
“Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı, parlamentin səlahiyyətləri ilə bağlı olan digər məsələlər də diqqət mərkəzində saxlanılacaq”,-deyən S.Qafarova yaz sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.
Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Komitə sədrləri Tahir Rzayev, Zahid Oruc, Fazil Mustafa, deputatlar Razi Nurullayev, Elnarə Akimova, Rövşən Muradov, Vüqar Bayramov və başqaları aktual mövzularla bağlı fikirlərini bildiriblər.
Sonra iclasın gündəliyində olan məsələlər müzakirəyə çıxarılıb. Əvvəlcə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu II səsvermədə qəbul olunub. Qanun layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir”.
Sonra Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. Eləcə də, parlamentin Hesablayıcı və İntizam komissiyası yaradılıb.
Daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi məsələsinə baxılıb. Belə ki, Yayım Şurasına Rəşad Rəsullu, İlahə Qədimova, Salman Musayev, Simran Həsənov, Həcərxanım Babayeva və Aytən Babayevanın namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb, Rəşad Rəsullu, Salman Musayev və Həcərxanım Babayeva 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.
Qeyd edək ki, deputatlar iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37

