Bakıdan Tehrana vasitəçilik təklifi...
03.02.2026 [11:34]
Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır
İlham Əliyev Məsud Pezeşkian ilə telefonla danışıb
Qlobal miqyasda baş verən geosiyasi kataklizmlər, böyük güclər arasında dərinləşən rəqabət və lokal regionlarda müşahidə olunan daxili təlatümlər sadəcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə regionların siyasi və iqtisadi ab-havasına ciddi təsir göstərir. Xüsusilə beynəlxalq münasibətlər sistemində yeni nizamın formalaşdığı bir dövrdə bu amillər daha qabarıq şəkildə ön plana çıxır və dövlətlərin davranış modellərini yenidən müəyyənləşdirir. Çünki müasir dövrdə regional sabitlik anlayışı artıq tək hərbi təhlükəsizliklə məhdudlaşmır, iqtisadi dayanıqlıq, nəqliyyat-kommunikasiya təhlükəsizliyi, enerji marşrutlarının etibarlılığı və siyasi dialoqun davamlılığı ilə sıx şəkildə bağlıdır.
Azərbaycan son altı il ərzində Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi-iqtisadi reallıqlarla bölgənin inkişaf trayektoriyasını əsaslı şəkildə dəyişib. 2020-ci ildə əldə olunan tarixi Qələbə regionda illərlə davam edən qeyri-müəyyənliyə son qoymaqla yanaşı, yeni əməkdaşlıq imkanlarının əsasını yaradıb. Bu gün Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur dəhlizi (TRİPP) kimi strateji layihələr bütövlükdə Avrasiya məkanının nəqliyyat və logistika xəritəsini yenidən formalaşdırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin intensivləşdirilməsi, iqtisadi tranzitin təhlükəsiz və dayanıqlı şəkildə təşkili Bakını regionun əsas bağlantı və sabitləşdirici mərkəzinə çevirir.
Fundamental mövqe dəyişməzdir...
Bu mənada, Azərbaycan yeni təhlükəsizlik arxitekturasının qurulmasına töhfə verərək regional münasibətlərin konfrontasiya deyil, əməkdaşlıq müstəvisində inkişafına çalışır. Bakı hər zaman açıq şəkildə bəyan edib ki, regional münasibətlər qarşılıqlı hörmət, suverenlik prinsipləri və təhlükəsizlik maraqları üzərində tənzimlənməlidir. Bu baxımdan, regionda baş verən bütün proseslər Azərbaycan tərəfindən diqqətlə və həssaslıqla izlənilir. Xüsusilə, İranda baş verən gərginliklər qeyd oluna bilər. Çünki Azərbaycanın fundamental mövqeyi dəyişməzdir: biz regionda sabitliyin, sülhün, əməkdaşlığın və tərəfdaşlığın tərəfdarıyıq və bu xətti ardıcıl şəkildə davam etdiririk. Azərbaycan - İran münasibətləri isə tarixən yaxın qonşuluq, ortaq coğrafi məkan və qarşılıqlı maraqlar üzərində formalaşıb. İki ölkə arasında münasibətlər müxtəlif dövrlərdə fərqli mərhələlərdən keçsə də, Bakı hər zaman Tehrana qarşı konstruktiv və praqmatik mövqe nümayiş etdirib. Son dövrlərdə İran daxilində və ətrafında baş verən proseslər fonunda bu münasibətlərin sabit və etibarlı məcrada inkişafı xüsusi əhəmiyyət daşıyır. Qeyd olunmalıdır ki, İranda Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra Azərbaycan - İran münasibətlərində müşahidə olunan yeni mərhələ bu baxımdan diqqət çəkir. İran Prezidentinin Bakıya rəsmi səfəri, səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar iki ölkə arasında münasibətlərin normal qonşuluq prinsipləri əsasında inkişaf etdiyini bir daha təsdiqlədi. Tərəflər qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan dialoqun gücləndirilməsində maraqlı olduqlarını açıq şəkildə nümayiş etdirdilər.
Bakı danışıqlar və qarşılıqlı anlaşma yolunun tərəfdarıdır
Bununla belə, regionda artan gərginliklər fonunda Bakı İran ətrafında cərəyan edən proseslərə biganə qala bilməz. Azərbaycan üçün regional təhlükəsizlik amili olduqca vacib bir komponentdir. Məhz bu səbəbdən Azərbaycan İranda baş verən hadisələrdən narahatlıq keçirir və daim dialoq, əməkdaşlıq və sülh çağırışları edir. Bakı hesab edir ki, regionda qarşılıqlı etimadın möhkəmləndirilməsi və açıq ünsiyyət mexanizmlərinin qorunması bütün tərəflərin maraqlarına cavab verir. Qeyd edək ki, yanvarın 31-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.
Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.
Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Sabitlik amili Azərbaycanın xarici siyasətinin prioriteti kimi
Azərbaycanın xarici siyasət konsepsiyasının əsas sütunlarından biri yaxın coğrafiyada sabitliyin və təhlükəsizliyin təmin olunmasıdır. Bakı dəfələrlə bəyan edib ki, ətraf bölgələrdə baş verən siyasi və hərbi kataklizmlər birbaşa olaraq Azərbaycanın milli maraqlarına təsir göstərir. Bu səbəbdən ölkəmiz regionda gərginliyin artmasının deyil, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın güclənməsinin tərəfdarıdır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, “Biz ətrafımızda sülhün olmasını istəyirik”.
Azərbaycan bu istiqamətdə yalnız bəyanatlarla kifayətlənmir, praktik müstəvidə də bu xətti ardıcıl şəkildə həyata keçirir. Son illərdə Bakı müxtəlif regional və beynəlxalq platformalarda vasitəçilik missiyası ilə çıxış edərək münaqişələrin dialoq yolu ilə həllinə töhfə verib. İstər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda baş verən proseslər Bakının diqqət mərkəzindədir. Eyni fikirləri Suriya-İsrail, İsrail - Türkiyə arasında təmasların formalaşmasına verilən töhfə barədə də demək olar. Bakının isə bu kimi məsələlərdə ortaya qoyduğu mövqe masa arxasına oturan dövlətlər tərəfindən yüksək qiymətləndirilib. Bu kimi vacib missiyaları uğurla həyata keçirməsi isə Bakının Sülh şurasının təsisçi ölkələrindən biri olmasını şərtləndirdi. Azərbaycan bu gün rəsmən tarixi Qəzza probleminin aradan qalxmasında əsaslı rol oynayır. Bu mənada, Azərbaycan bu gün İranla bağlı məsələdə də eyni mövqedən və ən uğurlu vasitəçi kimi çıxış edə bilər.
Sülhə əsaslanan regional inkişaf modeli
Zəngəzur dəhlizi(TRİPP), Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları Azərbaycanın regional və qlobal iqtisadiyyatda rolunu daha da artırır. Belə bir şəraitdə regionda təlatümlərin yaranması Azərbaycanın strateji maraqlarına ziddir. Çünki sabitlik olmadan davamlı inkişaf mümkün deyil. Bakı üçün əsas prioritet sülh mühitinin qorunması və əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan hesab edir ki, iqtisadi inteqrasiya region ölkələri arasında qarşılıqlı əlaqələri artırmaqla yanaşı, təhlükəsizlik risklərini də azaldır. Məhz bu səbəbdən Azərbaycan regional layihələrini inklüziv xarakterdə təqdim edir və bütün qonşu ölkələri bu proseslərdə iştirak etməyə dəvət edir. Bakı üçün iqtisadi inkişaf geosiyasi qarşıdurmaların alətinə çevrilməməli, əksinə, sülhün və tərəfdaşlığın möhkəmlənməsinə xidmət etməlidir. Azərbaycanın bugünkü mövqeyi onu göstərir ki, ölkəmiz regionda uzunmüddətli sabitlik və rifah naminə məsuliyyətli siyasət yürütməyə davam edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37

