"Azərbaycanda dövlət siyasətinin ideoloji əsasları: gələcəyə baxış”
15.04.2026 [18:58]
Aprelin 15-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət siyasətinin ideoloji əsasları: gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
Əvvəlcə YAP Suraxanı rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü Fidumə Hüseynova, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və YAP Suraxanı rayon təşkilatının gənc üzvü Şahnaz Heybətova çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan Konstitusiyası dövlətçilik ideologiyasının əsaslarını özündə ehtiva edir. Xüsusilə, ölkədə dövlət siyasətinin ideoloji əsasları demokratik ənənələr, milli həmrəylik, davamlı iqtisadi inkişaf və insan amilinə əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs müasir çağırışlara adekvat cavab verən, suverenliyimizi möhkəmləndirən və innovativ inkişafı hədəfləyən gələcəyə baxış modelini formalaşdırır. Azərbaycançılıq ideologiyası isə xalqımızın birlik və həmrəylik nümayiş etdirməsində müstəsna əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, müasir Azərbaycanın ideoloji təməli Ümummilli Liderin siyasi irsinə və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji kursa əsaslanır. Milli maraqların təmin olunması, müstəqil xarici siyasətin həyata keçirilməsi, ərazi bütövlüyünün və suverenliyin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gələcəyə baxış kontekstində də dövlətimizin ideoloji əsasları strateji əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə perspektiv baxımından şaxələndirilmiş, rəqabətqabiliyyətli və innovasiyayönümlü iqtisadiyyat formalaşdırılıb.
Vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı uğurla icra olunur və regionda sülhün təmin olunması istiqamətində ardıcıl siyasət aparılır. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin daha da güclənməsinə töhfə verir.
Diqqətə çatdırılıb ki, güclü ideoloji əsaslara söykənən dövlət siyasəti Azərbaycanın gələcəkdə də möhtəşəm nailiyyətlər qazanmasını şərtləndirir. Yeni Azərbaycan Partiyasının da hər zaman cəmiyyətdə ideoloji iş apararaq dövlət siyasətinə fəal dəstək verdiyi xüsusi vurğulanıb.
Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.
Daha sonra Suraxanı rayonunun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə fəxri fərman və hədiyyələr, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35

