İdman dövlətin daxili siyasətinin mühüm tərkib hissələrindən biridir
01.05.2026 [13:45]
Azərbaycanın hərtərəfli inkişafı beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinə və roluna təsir göstərən mühüm amillərdəndir. Bu gün Azərbaycana hansı rakursdan baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin inkişaf modelini dünyaya nümunə göstərdi. Ölkəmizin idman dövləti kimi qazandığı uğurlar da təqdirəlayiqdir. Nəzərə alsaq ki, idman da bir siyasətdir, bu halda ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin Azərbaycanın beynəlxalq imicinə böyük təsir göstərdiyini əminliklə söyləyə bilərik. Hər bir qələbə Azərbaycanın beynəlxalq arenada təqdimatıdır. Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın yüksəklərə qaldırılması ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Bu qələbələr gənclərimizdə qürur yaratmaqla yanaşı, Azərbaycanı yüksək səviyyədə təmsil etdikləri üçün məsuliyyət hisslərinin daha da artırılmasına stimul olur.
Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Regionların inkişafına dair Dövlət proqramları çərçivəsində Azərbaycanın hər bölgəsində müasir Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib. 50-yə yaxın belə kompleks artıq inşa edilib. Qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu Azərbaycanda reallaşan beynəlxalq forumlar, konfranslar ölkəmizi Şərq ilə Qərbi birləşdirən körpü, sivilizasiyalararası dialoq mərkəzi kimi tanıtdığı üçün idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda, olimpiadalarda, oyunlarda iştirakçıların sayı ölkəmizə olan inamın, verilən yüksək dəyərin fonunda daha çox olur. Onlar Azərbaycanın uğurlarından heyrətlərini gizlədə bilmirlər.
Əminliklə demək olar ki, Azərbaycan idmanı ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, idmançılarımız yeni-yeni naliyyətlər qazanacaq.
Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

