Ölkəmizin idmanı gələcəkdə də daha böyük zirvələr fəth etmək potensialına malikdir
01.05.2026 [14:46]
Məlumdur ki, son illərdə ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan idman strategiyası nəticəsində ölkəmiz regionun idman mərkəzlərindən birinə çevrilib, Azərbaycan bayrağı beynəlxalq yarışlarda dəfələrlə yüksəklərə qaldırılıb. Müasir idman infrastrukturu, peşəkar məşqçi heyəti və dövlət dəstəyi bu uğurların əsasını təşkil edir. Yeri gəlmişkən, Avropa çempionatında güləşçilərimizin komanda hesabında çempion olması təsadüfi nəticə deyil. Bu, illərdir aparılan düzgün siyasətin və zəhmətin məntiqi nəticəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin idmançılarla görüşləri müntəzəm xarakter daşıyır. Bu kontekstdə Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərimizin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də həmin ardıcıl siyasətin və formalaşmış ənənənin tərkib hissəsidir. Möhtərəm Prezidentin görüş zamanı idmançıların qazandığı qələbəyə yüksək qiymət verməsi, onların əməyinə göstərilən diqqət və gələcək uğurlarına dair səsləndirdiyi fikirlər bir daha göstərdi ki, dövlətimizin başçısı idman sahəsində əldə olunan hər bir nailiyyəti şəxsən izləyir və yüksək dəyərləndirir. Onu da qeyd edək ki, görüşün ən önəmli məqamlarından biri də onun motivasiyaedici xarakter daşımasıdır. Cənab Prezident İlham Əliyevin idmançılarla səmimi ünsiyyəti, onların hər birinin əməyini xüsusi qeyd etməsi yalnız qalibləri deyil, bütövlükdə Azərbaycan gəncliyini ruhlandırır. Bu diqqət hər bir idmançıya aydın mesaj verir ki, zəhmət, əzmkarlıq və Vətənə bağlılıq hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Məlum olduğu kimi, Ölkəmiz bu gün artıq təkcə regionda deyil, beynəlxalq miqyasda da güclü idman ölkəsi kimi tanınır. Son illərdə Azərbaycanda idmanın inkişafı sistemli dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib, nəticədə ölkəmiz bir sıra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib. Xüsusilə Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların Bakıda yüksək səviyyədə təşkili Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunu daha da gücləndirib. Qeyd etmək lazımdır ki, bu tədbirlər yalnız idman yarışı kimi deyil, eyni zamanda ölkəmizin təşkilatçılıq imkanlarını, müasir infrastrukturunu və beynəlxalq əməkdaşlıq potensialını nümayiş etdirib. Eyni zamanda, müxtəlif Avropa və dünya çempionatlarının ölkəmizdə keçirilməsi Azərbaycanın idman xəritəsində xüsusi yer tutduğunu təsdiqləyir.
Ən əsası, Bakı bu gün beynəlxalq idman tədbirlərinin keçirildiyi etibarlı mərkəzlərdən biri kimi qəbul olunur. Bütün bu uğurların əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü idman siyasəti dayanır!
Anar Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23

