Qalib ölkənin qalib idmançıları
01.05.2026 [14:51]
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində olduğu kimi, idman sahəsində də kompleks tədbirlərin həyata keçirilməsi nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsinə bu sahənin inkişafına yönəldilmişdir. Regionlarda idmanın inkişafı, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb.
İdmanın kütləviliyinə nail olmaq, gənclərin sağlam böyüməsini təmin etmək və onların zərərli vərdişlərdən uzaqlaşmalarını təmin etmək məqsədilə ölkədə idman sahəsinin inkişafına xüsusi önəm verilir və dövlət siyasətinin prioritet sahəsi hesab edilir. Azərbaycan hazırda idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır, idmançılarımız beynəlxalq yarışlarda iştirak edir və yüksək nailiyyətlər əldə edirlər. Bu uğurların təməlində ölkə Prezidentinin idmana xüsusi diqqət və qayğısı dayanır.
Dövlət başçısının idmançılarla görüşü, nəticələrin müzakirəsi, qalib idmançıların mükafatlandırılması ölkəmizdə artıq ənənə halını almışdır. Bu ənənə artıq 29 ildir ki, davam edir. Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa çempionatında böyük uğur qazanaraq komanda hesabında birinci olan milli güləşçilərimizlə görüş keçirib. Dövlət başçısı idmançılarımızı bu möhtəşəm qələbə münasibətilə təbrik edərək qeyd edib, bu uğur bütün Azərbaycan xalqında böyük qürur və sevinc hissi yaradıb.
Prezident İlham Əliyev bildirib ki, gərgin rəqabət şəraitində qazanılan bu qələbə Azərbaycan güləş məktəbinin gücünü və idmançılarımızın yüksək peşəkarlığını bir daha sübut edir.
Dövlət başçısı çıxışında güləşin Azərbaycanda dərin ənənələrə malik olduğunu qeyd edib, həm təcrübəli, həm də gənc idmançıların uğurlarının sevindirici olduğunu bildirib. Bu isə ölkədə düzgün qurulmuş məşq və seleksiya sisteminin nəticəsi kimi qiymətləndirilib.
Prezident həmçinin vurğulayıb ki, idman sahəsində qazanılan qələbələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Azərbaycan bayrağının beynəlxalq arenalarda yüksəlməsi hər bir vətəndaş üçün qürur mənbəyidir.
Görüş zamanı bildirilib ki, ölkədə idmana göstərilən dövlət qayğısı, Olimpiya idman komplekslərinin yaradılması və beynəlxalq yarışların təşkili bu sahənin inkişafına böyük təkan verir. Xüsusilə qeyd olunub ki, həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə əldə edilən nəticələr Azərbaycanın bu idman növündə lider mövqeyini təsdiqləyir.
Dövlət başçısı çıxışında qeyd edib ki, “Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər.” Eyni zamanda ölkə başçısı gələcəkdə də qızlarımızın qızıl medal qazanacaqlarına əminliyni ifadə edib.
Bu qələbələr eyni zamanda gənc nəslin idmana marağının artmasına, sağlam həyat tərzinin təbliğinə və milli ruhun yüksəldilməsinə xidmət edir. Dövlət başçısının idmançılara göstərdiyi diqqət və qayğı isə hər bir idmançı üçün əlavə stimul olmaqla yanaşı, gələcəkdə daha böyük uğurların əldə olunacağına möhkəm zəmin yaradır.
Sonda Prezident idmançılara gələcək yarışlarda da uğurlar arzulayıb, onların yalnız yarış meydanında deyil, gündəlik həyatda da yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

