Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

02.05.2026 [15:17]

Mayın 2-də Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “İz” sənədli filminin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən filmdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunur. Filmin süjet xətti Ümummilli Lider Heydər Əliyevin çıxışları, müsahibələri əsasında onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.

Filmdə Ümummilli Liderin Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, 30 illik işğaldan sonra torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması da filmdə yer alıb.

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31