/ / Qaradağda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Qaradağda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
04.05.2026 [13:25]
Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar YAP Qaradağ rayon təşkilatının və Bakı şəhər Gənclər və İdman İdarəsi Qaradağ rayon sektoru ilə birgə təşkil etdiyi silsilə tədbirlər keçirilir.
Mayın 1-də “Təhsil” İdman Mərkəzinin 11 nömrəli Uşaq Gənclər İdman Məktəbində şahmat və stolüstü tennis növləri üzrə rayon turnirinin açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni idmançı məktəblilərin ifasında canlı olaraq səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən məktəbin direktoru Natiq Ələkbərov Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edib ki, Ümummilli Lider bütün sahələrlə yanaşı, bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam böyüməsinə də əvəzsiz töhfələr verib.
Çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı təşkil edilən silsilə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, sağlam böyüməsində mühüm rol oynayır. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndərin dövlətçilik irsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən Faiq Qurbanov vurğulayıb ki, keçirilən idman yarışları həm Ümummilli Liderin dövlətçilik irsinin təbliği, həm sağlam həyat tərzinin təşviqi, həm də gənclərin fiziki inkişafı baxımından əhəmiyyətlidir.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Elçin Abbasov çıxış edərək Ulu Öndərin əsasını qoyduğu idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, gəncləri bədən tərbiyəsi və idmanla daha fəal məşğul olmağa dəvət edib.
Daha sonra yarışın qaydaları izah olunub.
Qaradağ rayonunun Sahil qəsəbəsində təşkil edilən turnirin mayın 5-də başa çatacağı gözlənilir.
Qeyd edək ki, qalib idmançılara mükafatlar mayın 8-də Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında keçiriləcək ümumrayon tədbirində təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

