10 milyard dollarlıq sərmayə proqramı
06.05.2026 [10:19]
Asiya İnkişaf Bankı Cənubi Qafqazda dayanıqlı inkişafa maliyyə dəstəyi göstərəcək
Asiya İnkişaf Bankının (AİB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən 59-cu İllik Toplantısı mühüm iqtisadi qərarların verilməsi ilə yadda qalıb.
AİB 2030-cu ilə qədər Cənubi Qafqaz və Mərkəzi Asiyada regional bağlılığa, təmiz enerjiyə, rəqəmsal transformasiyaya və inklüziv infrastruktura 10 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırıldığını bəyan edib.
Bankın prezidenti Masato Kanda bildirib ki, Cənubi Qafqaz Mərkəzi Asiya ilə birlikdə gələcək regional əməkdaşlıq üçün böyük potensiala malikdir. Yenilənmiş tərəfdaşlıq proqramına əsasən, bu region ölkələrində yeni texnologiyaların tətbiqini və rəqəmsal iqtisadiyyatı təşviq edən layihələrin icrası və rəqəmsal transformasiyanın dərinləşməsi üçün inklüziv infrastrukturlara 10 milyard dollardan çox sərmayə yatırılacaq.
Cənubi Qafqaz - Mərkəzi Asiya sərmayə platforması
Qeyd edək ki, Asiya Bankı cari ilin əvvəllərindən başlayaraq Cənubi Qafqaz-Mərkəzi Asiya coğrafiyasında birgə kommunikativ əməkdaşlığı dəstəkləmək məqsədilə maliyyə dəstəyi göstərməkdədir. “Özəl Kapitalın Cəlb Edilməsi göstəricisinin hazırlanması və tətbiqinə dəstək” layihəsi çərçivəsində ilk maliyyə tranşı təsdiqlənib və icra olunacaq layihələrin maliyyə-investisiya dəyəri 100 milyon dollardan artıqdır. Növbəti layihələrin dəyəri isə AİB Qrupunun növbəti qərarları zamanı bəlli olacaq. Ümumilikdə, AİB-in Cənubi Qafqaz, Asiya və Sakit okean regionunda 2030-cu ilə qədər 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün böyük hədəf prinsipləri nəzərdə tutulub ki, burada sosial xidmətlər və dayanıqlı məşğulluq, müasir infrastrukturlar, keyfiyyətli səhiyyə, təhsil xidmətlərinin təşkili, iqtisadi inkişaf təşviqləri, iqlim dəyişikliyinə qarşı mübarizə, istehlak və istehsalın təşviqi, “yaşıl inkişaf” hədəfləri, nəqliyyat və logistika sistemlərinin modernləşdirilməsi, institisional tədbirlər və s. mühüm prinsiplər yer alır. Həmin hədəflərə nail olmaq üçün layihənin əhatə olunduğu ölkələrin hər birində davamlı proqram və layihələrin maliyyələşdirilməsinə irihəcmli maliyyə tələb olunur. Həmin 10 milyard dollar həcmində kapital portfeli bu hədəflərin gerçəkləşməsini təmin edəcək.
CAREC proqramı üzrə maliyyə dəstəyi göstəriləcək
Masato Kanda bildirib ki, Asiya-Sakit okean və Xəzər regionu ölkələrinin dayanıqlı və inklüziv artımına kömək edən transsərhəd əlaqələrin gücləndirilməsi perspektiv fəaliyyət planının əsas prinsiplərindən biridir. Müasir sarsıntılar sərhədləri aşaraq enerji bazarları, təchizat zəncirləri və rəqəmsal şəbəkələr vasitəsilə sürətlə ötürülür və bir sıra icmalara zərbə vurur. Bu problemlərin həlli milli sərhədləri aşan əlaqələndirilmiş regional tədbirlər tələb edir. Ona görə də, AİB yeni baxış strategiyası çərçivəsində təkcə Asiya regionu ölkələrini deyil, Cənubi Qafqaz da daxil olmaqla böyük bir coğrafiyada inkişaf arxitekturasının qurulmasına davamlı dəstək verməyə çalışacaq. Eləcə də, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı vasitəsilə bölgədə davamlı inkişafı təmin edəcək digər layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.
CAREC proqramı çərçivəsində 2030-cu ilə qədər inteqrasiya olunmuş ticarət gündəliyinin ikinci mərhələsi olan “Rəqəmsal ticarətin sürətləndirilməsi” layihəsinin həyata keçirilməsi üçün texniki şərtlər razaılaşdırılıb və təsdiqlənib. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edəcək layihəni AİB-in yaxın tərəfdaşı olan Cənubi Koreyanın Elektron Asiya və Bilik Tərəfdaşlığı Fondu maliyyələşdirəcək. Layihə ticarət sənədlərinin rəqəmsallaşdırılmasını, rəqəmsal ticarət üzrə model qaydalarını, prinsip və standartlarını, sərhədlərarası məlumat axınını idarəetmə sisteminin və ödənişlərin təşviqini nəzərdə tutur.
Yeni layihənin icrası e-ticarət qaydalarının asanlaşması sayəsində böyük bir coğrafiyada rəqəmsal habın formalaşmasını təmin etməklə Azərbaycanın CARES ölkələri ilə ticari-logistik mübadilələrini də genişləndirəcək. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan ilə CAREC-ə üzv dövlətlər arasında ticarət dövriyyəsi 5 milyard dolları ötüb və CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətində payı 12 faizə çatıb. Eyni zamanda, respublikamız təşkilata üzv olan ölkələrinin iqtisadiyyatına birbaşa 4,2 milyard dəyərində investisiya yatırıb, qarşı tərəfin də sərmayələrində artımlar baş verib. Hədəflər isə böyükdür və daha böyük ticarət dövriyyələrinin əldə olunmasıdır. Həmin hədəflərin reallaşması sayəsində Azərbaycan- CAREC ölkələri arasında ticarət, investisiya imkanları da xeyli artmış olacaq.
Azərbaycanın AİB ilə tərəfdaşlığının prioritetləri
Asiya Bankının toplantısında Azərbaycan nümayəndə heyəti də təmsil olunub. Maaliyyə naziri Sahil Babayevin rəhbərlik etdiyi Azərbaycan heyəti ilə AİB Qrupu arasında keçirilən görüşlərdə strateji prioritetlər, həyata keçirilən layihələr, qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlara uyğun yeni əməkdaşlıq yolları və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb. S.Babayev Asiya İnkişaf Bankının Seçki Qrupu çərçivəsində formalaşmış səmərəli əməkdaşlıq platformasının üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsinə və ortaq inkişaf prioritetlərinin təşviqinə mühüm töhfə verdiyini bildirib. Azərbaycan və AİB ilə tərəfdaşlığın qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.
Tədbirdə Azərbaycanın Orta Dəhliz çərçivəsində artan tranzit və logistika potensialına diqqət çəkilib və bu istiqamətdə AİB-nin dəstəyi müsbət qiymətləndirilib. Hazırda nəqliyyat sektorunda rəqəmsallaşmanın tətbiqi ilə əlaqədar həyata keçirilən layihələrə AİB-nin dəstəyinə də toxunulub.
Qeyd edək ki, AİB-nin 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında dayanıqlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadi artımın dəstəklənməsi, yaşıl keçidin sürətləndirilməsi və regional inteqrasiyanın gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.
“Maneəsiz Rəqəmsal Dəhliz”in maliyyə təchizatçısı
Asiya Bankı Orta Dəhlizin maliyyə donoru kimi də aktiv təchizatçı olacaq. Regional əməkdaşlığın genişləndirilməsində Orta Dəhlizin strateji əhəmiyyətinin artdığını diqqətə çatdıran M. Kanda qeyd edib ki, Yaxın Şərq böhranı bu yolun əhəmiyyətini daha da artırır. ADB infrastruktura investisiyalar və siyasi islahatların həyata keçirilməsi vasitəsilə dəhlizi dəstəkləyir. Bu, logistik əlaqələrin yaxşılaşdırılması, iqtisadi fəallığın stimullaşdırılması və ölkədə turizmin inkişafı üçün edilir. Gələcəkdə bank planlaşdırılan avtomobil və dəmir yolu layihələrinin köməyi ilə ölkənin nəqliyyat dəhlizlərinin modernləşdirilməsinə dəstəyi daha da gücləndirmək niyyətindədir.
Bank həmin bu dəhlizin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridorunun (Digital Trade Corridor) yaradılmasını maliyyələşdirib ki, bu da “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında mühüm rol oynamaqdadır. Asiya Bankının kapital portfelinin böyük bir hissəsinin Çinin maliyyə donorluğu əsasında formalaşmasını nəzərə alsaq “Bir kəmər, bir yol”un müəllifi kimi rəsmi Pekinin Orta Dəhlizdəki rəqəmsal infrastrukturların müasirləşməsinə böyük marağını başa düşmək mümkündür. Bu baxımdan AİB-in dəhlizi üzərində yerləşən ölkələrə, o cümlədən Azərbaycana dəmir yollarının rəqəmsallaşmasına dəstəyi də prioritet təşkil edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25

