Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər

Beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər

29.06.2026 [16:01]

Bakıda təşkil olunan "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Ziyarətdə Azərbaycanın və türk respublikalarının mədəniyyət nazirləri, Türk dünyasının aparıcı beynəlxalq təşkilatları – Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, Yunus Əmrə İnstitutu və digər qurumların rəhbərləri, həmçinin müxtəlif ölkələrdən tanınmış türkoloq-alimlər və ekspertlər iştirak ediblər.

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30