Azərbaycan-İtaliya: İqtisadi tərəfdaşlığın yeni gündəliyi
07.05.2026 [12:41]
Avropanın inkişaf etmiş dövlətlərindən biri olan İtaliya ilə Azərbaycanı tarixi dostluq əlaqələri birləşdirir. Hər iki ölkə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini öz xarici siyasət kursunda prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlayıb, sarsılmaz tərəfdaşlığı inkişaf etdirən qətiyyətli addımlar atıb. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanın İtaliya ilə hərtərəfli tərəfdaşlığa xüsusi önəm verməsi münasibətlərin siyasi keyfiyyətini davamlı olaraq daha da yaxşılaşdırıb. İki dövlət arasında imzalanmış mühüm sənədlər, xüsusilə də dövlət başçıları səviyyəsində təsdiqlənən iki Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə siyasi, iqtisadi, humanitar sahələrin çoxşaxəli inkişafında yeni mərhələ açıb. Son illərdə ardıcıl xarakter alan dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri isə güclü siyasi dialoq və dostluq ruhunu daha da gücləndirərək yüksək zirvəyə çatdırıb.
Avropada Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı
Mayın 4-də ölkəmizdə səfərdə olan İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə Prezident İlham Əliyev arasımda keçirilən görüşlər Azərbaycan-İtaliya münasibətlərinin inkişafını əks etdirən mühüm hadisə olmaqla yanaşı, strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün tarixi fürsət hesab edilə bilər. Baş nazirin səfərində prioritet istiqamətlər sırasında iqtisadi əməkdaşlığın mühüm yer tutduğunu və gündəliyin kifayət qədər çoxspektrli olduğunu nəzərə alsaq, perspektiv əməkdaşlıq üçün yeni münbit dövrün başladığını qeyd etmək mümkündür. Təkbətək və geniş tərkibli görüşlərdə, habelə tərəflərin mətbuata bəyanatlarında enerji, ticarət, investisiya və digər iqtisadi bölmələrdə əlaqələri təşviq edəcək yeni kursun prioritetləri ilə bağlı səsləndirilən fikirlər də bunu təsdiqləyir. Bəyan edildiyi kimi xüsusi rəmzi məna daşıyan bu səfər İtaliya və Azərbaycan arasında çox yaxşı olan strateji münasibətlərin inkişafında çox həlledici olacaq, enerji, infrastruktur, bağlantı və digər sahələr də əlavə impulslar verəcək.
İtaliya Avropada Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, qarşılıqlı iqtisadi templər hər zaman öz dinamikliyini qoruyub saxlayıb. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, ticari dövriyyə hər il davamlı olaraq artır. Keçən il ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Bu, ölkəmizin xarici ticarət dövriyyəsinin 24 faizi deməkdir. Eyni zamanda, Azərbaycan ixrac etdiyi məhsulların 45,3 faizini İtaliyaya göndərib. Bu o deməkdir ki, Azərbaycanın ixrac etdiyi hər 100 dollarlıq məhsulun 45 dolları İtaliyanın payına düşür. Azərbaycan həm də İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 93 faizi Azərbaycanın payına düşür. Qeyd edilən rəqəmlər iqtisadi təmasların nə dərəcədə yüksək olmasını tam əks etdirir.
İtaliyanın neft tələbatının 40 faizini ölkəmiz təmin edir
Enerji sektoru ikitərəfli münasibətlərin xəttini təşkil edir. İtaliyanın aparıcı şirkətləri uzun illərdir ki, Azərbaycanın enerji bazarında fəal iştirak edir. 1995-ci ildən etibarən ölkəmizlə əməkdaşlıq edən “ENI” qrupu Bakı-Tbilisi-Ceyhan kəməri konsorsiumunda 5 faiz paya sahibdir. “Saipem”, “ValvItalia”, “Renco”, “Bonatti”, “Enereco”, “Max Streicher”, “Honeywell SRL” və digər şirkətlər isə Cənub Qaz Dəhlizinin inşasında ümumilikdə 6 milyard avrodan artıq dəyəri olan təchizat və xidmət müqavilələrini icra edib. Bununla yanaşı, SOCAR və onun törəmə şirkətləri ilə İtaliyanın mühəndislik və texnologiya sahəsində ixtisaslaşmış şirkətləri arasında da irihəcmli müqavilələr imzalanıb.
Bu gün İtaliya Azərbaycanın Avropada ən iri enerji tərəfdaşlarından biridir və bu əməkdaşlıq bütövlükdə qitənin enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi və onun mühüm seqmenti olan TAP yalnız Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün deyil, həm də İtaliyanın enerji təchizatının şaxələndirilməsi baxımından strateji layihədir. Hazırda İtaliyada istehlak olunan neftin təxminən 40 faizi Azərbaycan hesabına təmin edilir. Ümumilikdə, Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdə dayanır. 2025-ci ildə Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına tədarük olunub. Yeri gəlmişkən, TAP layihəsinin genişləndirilməsi və Avropaya daha çox qaz nəqli planında da İtaliya fəal iştirak edir. Bu prosesin başa çatmasından sonra bu ölkənin Mərkəzi Avropa bazarında enerji ötürücülüyündə strateji körpü funksiyası daha da artacaq.
Azərbaycanın milli neft korporasiyası - SOCAR-la “Italiana Petroli S.p.A” şirkəti arasında sıx əməkdaşlıq mövcuddur. SOCAR “Italiana Petroli” şirkətinin 99,82 faizlik səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb ki, bu sövdələşmə rəqabətli “M&A” sərmayə planlarının nəticəsidir. “Italiana Petroli” İtaliyanın ən iri inteqrə olunmuş platformalarından biridir və Azərbaycanın milli enerji şirkətinin bu bazarda öz nüfuzunu möhkəmləndirməsi və Avropanın mərkəzi nöqtələrində yanacaq emalı bazası formalaşdırması baxımından strateji əhəmiyyət daşıyır.
Qarabağ və Şərqi Zəngəzurda italyan şirkətləri fəal iştirak edir
Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq münasibətləri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sektorlarda İtaliyanın 130 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri Azərbaycanda sənaye, tikinti və neft-qaz sektorunun inkişafı sahəsində mühüm rol oynayır. Onlar dövlət tərəfindən elan olunan tenderlərdə fəal iştirak edir, müxtəlif infrastruktur və enerji layihələrini icra edirlər. Əməkdaşlığın yeni sahəsi olan hərbi-texniki layihələrin həyata keçirilməsində də müsbət nəticələr var. Tərəflər müdafiə sənayesində birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycana mübadiləsi və digər təşəbbüslərin praktiki həllinə çalışır.
Bu fakt göstərir ki, ikitərəfli əməkdaşlıq yalnız enerji resurslarının tədarükü ilə məhdudlaşmır, həm də qarşılıqlı investisiya və istehsal sahələrində genişlənir. Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və işlərini davam etdirir. Digər xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliyanın yenə qabaqcıl yerlərdə olduğunu görmək mümkündür.
İki ölkə arasında investisiya mübadilələri də dinamikdir, son illər qarşılıqlı sərmayə qoyuluşlarında artımlar müşahidə olunur. Azərbaycan İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Cənab Prezidentin xatırlatdığı kimi, Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub və hazırda yeni sərmayə planları müzakirə edilir. Hər iki tərəf qarşılıqlı şəkildə sərmayələrin yeni layihələrə cəlb edilməsində maraqlıdır.
Bəyan edilən fikirlərdən və rəqəmlərdən də göründüyü kimi, iki ölkə arasında müsbət dinamika yalnız sənədlərdə deyil, real həyatda və praktiki əməkdaşlıq sahələrində də öz təsdiqini tapmaqdadır. Bu, Azərbaycan-İtaliya iqtisadi münasibətlərinin diversifikasiya əsaslı layihələrlə, o cümlədən qeyri neft-qaz sahəsində prioritet istiqamətlərlə genişlənəcəyinə dərin zəmin yaradır. İtaliya Baş nazirinin Azərbaycana səfəri isə ölkələr arasındakı iqtisadi münasibətlərin daha da dərinləşməsinə töhfələr verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19

