Avrozonada iqtisadi geriləmə...
08.05.2026 [09:15]
Birlik ölkələrində son 3 ilin ən yüksək inflyasiyası qeydə alınıb
Avropada İstehsalçı Qiymət İndeksi mart ayında 3,4 faiz artaraq 2022-ci ilin avqust ayından bu yana ən yüksək sıçrayış nümayiş etdirib. Ötən illər ərzində müşahidə olunan və qlobal iqtisadiyyat üçün qeyri-müəyyənliklər yaradan geosiyasi gərginliklər 2026-cı ildə yeni kəskin fazaya daxil olaraq hərbi münaqişələrin coğrafiyasını genişləndirib. Yaxın Şərqdəki gərginliyin yaratdığı güclü maliyyə təzyiqləri nəticəsində Avrozonada artan inflyasiya təzyiqləri bütün ölkələrə sirayət edib.
Cərəyan edən proseslər enerji resursları üzrə təchizat zəncirinin pozulması və qiymət artımı səbəbindən daha yüksək inflyasiya gözləntiləri formalaşdırmaqdadır. Avropa Statistika Bürosunun (Eurostat) açıqlamasına əsasən, Avrozonada inflyasiya növbəti aylarda daha da artacaq.
Enerji idxalı Avropa üçün ciddi təzyiqlər yaradır
Dünya Bankının (DB) “Qlobal iqtisadi perspektivlər” hesabatının yenilənmiş aprel nəşrinə əsasən, dünya iqtisadiyyatında iqtisadi artım fundamental sağlam əsaslara söykənmir və artım şirkətlərin yüksək tarif gözləntiləri səbəbindən idxalı artırmasını təşviq edir. Avrozonada iqtisadiyyat üzrə “staqflyasiya” (zəif artım və yüksək inflyasiya) riski sürətlə artır. Xüsusilə enerji idxalından asılı olan Avropa üçün ciddi təzyiqlər yaranır. Nəticədə, cari balansda giriş xərcləri son 16 ayın ən yüksək səviyyəsinə çatıb. Çıxış qiymətləri isə 54,2-yə yüksələrək inflyasiya təzyiqlərinin gücləndiyini göstərir. “Deutsche Bank”ın hesablamalarına görə ÜDM artımı 0,9 faiz-bəndi aşağı düşə, inflyasiya isə proqnozlardan 1,6 faiz-bənd yuxarı ola bilər.
Beynəlxalq Valyuta Fondu da baş verənlər fonunda qlobal mübadilələrdə məhsullara olan tələbatın azalması ilə bərabər, istehlakçı xərclərinə mənfi təsirlərin davam edəcəyini proqnozlaşdırır. Nəticədə qlobal inflyasiya 4,6 faizi ötəcək ki, Mərkəzi banklar proseslərə cavab olaraq monetar sərtləşmələr həyata keçirəcək.
Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”un hesablamalarına əsasən, bütün dünya ölkələrində inflyasiya riskləri yüksək olaraq qalır və qiymət artımına həm xarici, həm də daxili amillər təsir göstərir. Xüsusilə qlobal ərzaq bazarındakı bahalaşma və daxili kommunal tarif artımları inflyasiya təzyiqlərini gücləndirən əsas faktorlar kimi qiymətləndirilir. Yeni gözləntilərə görə, qlobal ərzaq qiymətlərində təxminən 10 faiz artım baş verəcək ki, bu da əksər ölkələrdə qiymət indekslərini artıracaq.
“Bloomberg” nəşri də bir müddət əvvəl koronavirus pandemiyasından sonra ilk dəfə AB ölkələrində resessiyanın gözlənilməsinə dair ehtimallar irəli sürüb. Eləcə də, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) dərc olunmuş illik Ticarət və İnkişaf Hesabatında da sərt pul siyasəti fonunda Avropaya tənəzzül meyillərinin əlamətlərinə işarə edilib.
Avropa Mərkəzi Bankı sərt pul siyasəti tətbiq etməyə hazırlaşır
Baş verən proseslər Avrozonada ümumi dövlət borcunun artaraq ÜDM-ə nisbətinin 90 faizə yüksəlməsinə səbəb olub. 2025-ci ilin dördüncü rübündə bu göstərici 88 faiz təşkil edib. Nəticədə, ümumi dövlət borcu Avrozonada 14 trilyon avroya çatıb. Dövlət borcunun ÜDM-ə nisbəti ölkələrin fiskal sağlamlığının mühüm göstəricisi hesab olunur və baş verən dəyişikliklər iqtisadi və fiskal siyasətin təsirlərini əks etdirir. Bu, Avropada fiskal balansda ciddi pozulmaların baş verdiyinə dəlalət edir.
Eyni zamanda, birlik ölkələrində büdcə kəsirinin də artımı qeydə alınmaqdadır. Kəsirin ÜDM-ə nisbəti 4 faizi ötüb. Mövcud vəziyyət Bankın (AMB) da qabaqlayıcı addımlar atmaq ehtimallarını tezləşdirir. Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard inflyasiya ilə bağlı risklərin artdığını, iqtisadi artım üzrə risklərin isə aşağı yönlü olduğunu açıqlayıb. AMB rəhbəri bildirib ki, xüsusilə enerji bazarlarında baş verən proseslər qiymətlərə təzyiq göstərir. Onun sözlərinə görə, Orta Şərqdə davam edən münaqişə enerji qiymətlərində kəskin artıma səbəb olaraq inflyasiyanı yüksəldir və iqtisadi inamı zəiflədir. Müharibənin inflyasiya və iqtisadi fəaliyyətə təsiri onun müddəti və enerji qiymətlərinin nə qədər yüksək qalacağından asılı olacaq. Laqard qeyd edib ki, qısamüddətli inflyasiya gözləntilərində artım müşahidə olunsa da, qurum vəziyyəti yaxından izləməkdə davam edir. Artıq pul bazarlarında AMB-nin iyun iclasında uçot siyasəti ilə bağlı faizlərin artıq ehtimalı da yüksəlir. AMB rəhbəri əlavə edib ki, faiz qərarları inflyasiya proqnozları, iqtisadi göstəricilər və pul siyasətinin effektivliyinə əsaslanaraq qəbul ediləcək və əvvəlcədən müəyyən edilmiş faiz trayektoriyası mövcud deyil. Hazırda birlik ölkələrində depozit faizi 2 faiz, əsas yenidən maliyyələşdirmə faizi 2,15 faiz, marjinal kredit faizi isə 2,40 səviyyəsindədir. Ancaq təzyiqlər dərəcələrin ən azı 1 faiz-bənd artımını qaçılmaz edəcək.
Avrozonada risklər Azərbaycana hansı təsirlər edə bilər?
Avropa İttifaqı və Avrozonada iqtisadi risklər əsas etibarilə qiymətli kağız daşınmaz əmlak bazarlarına və investisiya alətlərinə daha çox təsir edir. Azərbaycan Avropanın daşınmaz əmlak və səhm, maliyyə sektoru ilə dərindən bağlı olmadığından ressesiyaların ölkəmizə təsirləri mümkün deyil.
Qlobal institutların aprel hesabatlarında Azərbaycanla bağlı nikbin inkişaf ssenariləri yer alıb. Beynəlxalq Valyuta Fondunun (BVF) ötən ay dərc etdiyi “World Economic Outlook” adlı hesabatında Azərbaycanda ÜDM-in artımını 2026-cı ildə 2,2 faiz, 2027-ci ildə isə 2,5 faiz olacağını proqnozlaşdırır. Fond iqtisadi göstəriciləri əvvəli qiymətləndirməyə nisbətən bir qədər, təxminən 0,1 faiz-bənd yaxşılaşdırıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb. Ümumilikdə, qiymətləndirmələrə görə, qarşıdakı 2 ildə ölkə iqtisadiyyatının orta illik artımı 2,35 faiz təşkil edəcək. Valyuta Fondunun proqnozlarına əsasən, 2028-2031-ci illərdə Azərbaycan iqtisadiyyatı ildə orta hesabla 2,5 faiz artacaq.
Dünya Bankı və Niderlandın nüfuzlu maliyyə institutu olan “ING Group”un hesabatlarında da Azərbaycanın xarici iqtisadi vəziyyətinin və maliyyə perspektivlərinin yaxşı olduğu əks olunub. Hər iki institutun iqtisadçıları hesab edirlər ki, Azərbaycanın fiskal potensialı əlverişli olaraq qalır.
Hazırda Azərbaycan üçün əsas qayğı qlobal bazarlarda baş verən inflyasiya idxalını tam nəzarətdə saxlamaqdır. Xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər. Rusiya-Ukrayna müharibəsinin yaratdığı şoklar bitməyib, Yaxın Şərqdə - İsrail və Fələstin arasında baş verən münaqişə də sona çatmayıb, bütün bunlar qlobal bazarlara mənfi təsirləri artıra bilər və qiymət dalğalanmalarına neqativ təzyiqini göstərməsi mümkündür. Bu baxımdan ölkədə mövcud birrəqəmli və aşağı inflyasiyanı məqbul səviyyədə saxlamaq hökumətin iqtisadi blokunun il ərzində qarşısında duran əsas tədbirlərdən biri olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52

