/ / Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü təntənəli şəkildə qeyd edilib
Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü təntənəli şəkildə qeyd edilib
10.05.2026 [14:53]
Qaradağ rayonu İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə birlikdə təşkil etdiyi “Ulu öndərin siyasi kursu - Müasir Azərbaycanın uğur modeli” adlı tədbir keçirilib.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Auditorlar Palatasının sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Vahid Novruzov, Milli Məclisin deputatı Zaur Şükürov, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının nümayəndələri, YAP Qaradağ rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Lökbatan qəsəbəsinin mərkəzində yerləşən Heydər Əliyev Parkında təşkil edilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Ulu Öndər Heydər Əliyevin zəngin həyatının və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik irsindən bəhs edən videoçarx nümayiş olunub.
Panel iclas formatında təşkil edilmiş tədbirin rəsmi hissəsini açan YAP Qaradağ rayon təşkilatının sədr müavinii Faiq Qurbanov Azərbaycanı bütün dünyaya tanıdan, həmişə azərbaycanlı olması ilə fəxr edən, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev təkcə bütün həyatı boyu Azərbaycanın və xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyinə görə qəlbimizdə daimi sevgi, yaddaşımızda əbədiyaşarlıq qazanıb.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov vurğulayıb ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin formalaşmasına və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ulu Öndər xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadaraq qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Təsadüfi deyil ki, Ulu Öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Ulu Öndərin hüquqi dövlət və demokratik vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə yönəlib. Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.
Çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov vurğulayıb ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər hər zaman Azərbaycanı qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda daim qəti addımlar atan Ümummilli Lider həyata keçirdiyi əməli işlərlə Azərbaycanı iqtisadi inkişaf yoluna çıxararaq ölkəmizin etibarlı, sağlam gələcəyini qurub.
A.Hüseynov qeyd edib ki, hələ keçmiş Sovet İttifaqı dövründə Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlişi Azərbaycan xalqının mənəvi aləmində, milli şüurunda böyük təkamülün yaranmasına səbəb olub. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, hər zaman tədqiqat mövzusu olacaq. Ümummilli Liderin fəaliyyəti Azərbaycanın yalnız dünəninə və bu gününə deyil, həmçinin möhtəşəm gələcəyinə hesablanmış fəaliyyətdir.
Azərbaycan Auditorlar Palatasının sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Vahid Novruzov çıxışında qeyd edib ki, Ümummilli Lider bütün dünyada sayılıb-seçilən, nəhəng fəaliyyəti ilə öz yeri olan görkəmli ictimai-siyasi xadim olub. Bu gün Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı, ərazi bütövlüyümüzün bərpa olunması Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. Qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar ilk növbədə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Milli Məclisin deputatı Zaur Şükürov Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini, ölkəmizin inkişaf modelinin əsaslarının məhz bu dahi şəxsiyyət tərəfindən qoyulduğunu vurğulayıb. Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan vətənimiz uğurla çıxa bilib. Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutub, demokratiya, ictimai-siyasi sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm cəhətlərə çevrilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının işində yaxından iştirak edən təşkilat və müəssisələrə, yubileyi qeyd edilən partiya veteranlarına, fəal üzv kimi partiya dəyərlərinin təbliğində və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən şəxslərə xüsusi mükafatlar, fəxri fərmanlar, partiyaya yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Qaradağ rayonu İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, Bakı şəhəri Gənclər və İdman İdarəsinin Qaradağ rayonu sektoru, Qaradağ Gənclər Evi və “Kainat” Tədris Mərkəzi tərəfindən yeniyetmə və gənclər arasında keçirilmiş idman və intellektual yarışların qaliblərinə kuboklar, diplomlar, sertifikatlar və medallar təqdim olunub.
Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti, Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru, Sənət Akademiyasının rəhbəri Aybəniz Haşımovanın rəhbərlik etdiyi yaradıcı kollektivin hazırladığı möhtəşəm bədii proqramla başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54

