Azərbaycan təmsilçisi “Avroviziya 2026”da ikinci yarımfinal mərhələsində səhnəyə çıxacaq
13.05.2026 [21:54]
Dünyanın ən nüfuzlu musiqi yarışmalarından biri hesab olunan “Avroviziya” mahnı müsabiqəsi hər il milyonlarla tamaşaçını bir araya gətirir. Müxtəlif ölkələrin təmsilçilərinin səhnə performansları, fərqli musiqi üslubları və möhtəşəm şou proqramları ilə seçilən müsabiqə gənc ifaçılar üçün beynəlxalq arenaya açılan mühüm platforma hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu il keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı Jiva səhnə adı ilə tanınan müğənni Cəmilə Həşimova təmsil edir. O, mayın 14-də Vyanada keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsində 2 nömrə altında səhnəyə çıxacaq. Jiva müsabiqədə “Just Go” adlı mahnını səsləndirəcək. Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.
Qeyd edək ki, Azərbaycanın “Avroviziya 2026” müsabiqəsində iştirakı üçün keçirilən seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və 186 mahnı təqdim edilib. Onlardan 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib. İlkin qiymətləndirmə mərhələsində müraciətlər peşəkar heyət tərəfindən nəzərdən keçirilib, 18 namizəd növbəti mərhələyə dəvət olunub. Namizədlərlə canlı dinləmələr və fərdi müsahibələr keçirilib, onların vokal imkanları, səhnə performansı və beynəlxalq auditoriya üçün potensialı qiymətləndirilib. Nəticədə üç nəfərlik qısa siyahı formalaşdırılıb və xüsusi fokus qrupunun yekun rəyinə əsasən Azərbaycanın builki təmsilçisi kimi Jiva seçilib.
Müğənninin yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya”nın milli seçim turunda ilk üçlüyə daxil olub.
Jiva sonrakı illərdə müxtəlif musiqi layihələrində uğurla çıxış edib. O, Xalq artisti Rəşad Haşımovun yaratdığı məşhur “RAST” ansamblı ilə səhnəyə çıxıb, həmçinin nüfuzlu “Montreux Jazz Festival”ında iştirak edib. Daha sonra “Hazz Band” qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada üslubu ilə sintez edib. 2017-ci ildən etibarən solo fəaliyyətini davam etdirən müğənni pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.
Qeyd edək ki, Azərbaycan “Avroviziya” mahnı müsabiqəsində qazandığı uğurlu nəticələrlə də yadda qalıb. Ölkəmiz ən böyük uğurunu 2011-ci ildə əldə edib. Almaniyanın Düsseldorf şəhərində keçirilən yarışmada Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Azərbaycanın tarixində ilk dəfə müsabiqənin qalibi olublar.
Azərbaycanın qələbəsindən sonra 2012-ci ildə “Avroviziya” müsabiqəsinə Bakı ev sahibliyi edib. Bakı Kristal Zalında keçirilən yarışmada Azərbaycanı Səbinə Babayeva “When the Music Dies” mahnısı ilə təmsil edib və dördüncü yeri tutub.
Xatırladaq ki, “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçirilir. Yarışmanın birinci yarımfinalı artıq başa çatıb, ikinci yarımfinalı mayın 14-də, böyük final isə mayın 16-da təşkil olunacaq.
Müsabiqədə ümumilikdə 35 ölkə iştirak edir. Bolqarıstan, Rumıniya və Moldova isə yenidən yarışmaya qayıdan ölkələr sırasında yer alır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20

