Azərbaycan-Pakistan əlaqələri dostluğa, qardaşlığa söykənir
14.05.2026 [12:59]
İki ölkə arasında mühüm siyasi dialoq və iqtisadi münasibətlər mövcuddur
Azərbaycanın ən yaxın strateji müttəfiqlərindən sayılan Pakistan ilə münasibətlərimiz dostluq, qardaşlıq, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, uğurla da davam etdirilir. Dövlət münasibətlərinin yüksələn xətlə inkişafında qətiyyətli siyasi iradə nümayiş etdirilir - ən çətin, ən ağır günlərdə dövlətlər hər zaman biri-birinin yanında yer alıb. Ümumiyyətlə, Azərbaycanın yürütdüyü çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu dostluq və əməkdaşlığı əsas hədəf kimi müəyyənləşdirir. Uğurla yürüdülən ikitərəfli münasibətlər isə dinamikliyi, yüksək səviyyəsi və dialoq mühitində inkişaf etməsi ilə seçilir - bu mənada da Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin yaxın dostluq və qardaşlıq münasibətlərinə, strateji əlaqələrə əsaslanması təbiidir. Təsadüfi deyil ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə mühüm dialoq, əməkdaşlıq qurulub. Dövlət müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olan Pakistan İslam Respublikası ötən 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Ermənistanın işğalçı, təcavüzkar mövqeyi səbəbindən bu ölkə ilə siyasi əlaqələr qurmayıb. Hər iki dövlət beynəlxalq səviyədə qarşılıqlı olaraq bir-birini dəstəkləyir. İqtisadi sferada intensiv şəkildə addımlar atılır, əlaqələrin daha da möhkəmlənməsi, yüksək investisiya mühitindən səmərəli istifadə üçün işlər görülür.
Hər zaman yan-yana...
Ölkələr daim biri-birinin uğurlarına sevinir - yeri gəlmişkən, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu da rəsmi Pakistan tərəfindən böyük sevinc hissinə səbəb olub. Mayın 12-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin X sosial media hesabında bildirilib ki, telefon danışığı zamanı liderlər Azərbaycan ilə Pakistan arasındakı qardaşlıq və strateji münasibətləri bir daha təsdiqləyib, energetika, ticarət və xalqlararası təmaslar da daxil olmaqla, əsas sahələr üzrə əməkdaşlığın davamlı olaraq genişlənməsini məmnunluqla qeyd ediblər. Baş nazir Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasının əhəmiyyətini və Azərbaycanın qlobal şəhərsalma gündəliyinin irəli aparılmasında ev sahibi kimi rolunu vurğulayıb. Prezident İlham Əliyev foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və tədbirin şəhərsalma gündəliyi üçün aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini qeyd edib. Baş nazir Şahbaz Şərif vacib işlərlə əlaqədar tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın sessiyada yüksək səviyyədə təmsil olunacağını deyib.
Sülhpərvər ölkələr...
Tərəflər, həmçinin regional proseslər, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi və gərginliyin azaldılması istiqamətindəki uğurlu təşəbbüslərini yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq etimadın göstəricisi olduğunu qeyd edib.
Günümüzün reallığında siyasi-hərbi proseslərin inkişafı göz önündədir. Açıq etiraf olunmalıdır ki, beynəlxalq statuslu, hətta sülhyaratma missiyalı beynəlxalq təşkilatlar belə bir çox hallarda sabitliyi formalaşdırmaqda çətinlik çəkir, hətta bunu bacarmır. Azərbaycanın və Pakistanın timsalında isə sülhyaratma missiyalarının, vasitəlik rolunun effektivliyi ön plana çıxır. 30 ilə yaxın BMT TŞ kimi qüdrətli bir qurumun qəbul etdiyi, dünyanın aparıcı dövlətlərinin altına imza atdığı qətnamələr icra edilmədi və nəticədə Azərbaycan öz gücü və səyi ilə ədaləti bərpa etdi. Eləcə də, ən çətin anlarda Türkiyə və Pakistan ən çıxılmaz situasiyalarda barışmaz tərəflər arasında təmasın formalaşdırılmasında uğurlu fəaliyyət ortaya qoyur. Pakistanın Yaxın Şərq konfliktinin başa çatması istiqamətində səyləri bu mənada xüsusi vurğulanmalıdır. İslamabad bu il fevralın sonundan başlayan müharibənin başa çatması üçün tərəflər arasında əlaqə yaratdı, hər iki tərəf məhz İslamabadda masa arxasında danışıqlar apardı. Proses bu gün də davam edir. Məhz Pakistanın moderatorluğu ilə tərəflər öz təklif və sülh düşüncələrini, baxışlarını qarşı tərəfə təqdim edirlər.
Həm Azərbaycan, həm də Pakistan mühüm bir coğrafiyada əsas sülhyaratma mərkəzi kimi bir çox konfrantasiyaların həlli prosesinin “masa arxasına” transferində vacib rol oynayıb, beynəlxalq ictimaiyyət üçün etimad ünvanı olduğunu sübuta yetirib.
Qarşılıqlı səfərlər...
Telefon danışığı zamanı liderlər sıx təmasda olmaq barədə razılığa gəliblər. Baş nazir Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib. Dövlətimizin başçısı dəvəti məmnuniyyətlə qəbul edib.
İki ölkə arasında yüksəksəviyyəli dialoqun hökm sürməsində ən mühüm predmetlərdən biri də qarşılıqlı səfərlər, intensiv görüşlərdir. Vurğulandığı kimi, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Pakistanın səfirliyi Bakıda 12 mart 1993-cü ildə, Azərbaycanın İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilib. Dövlət başçıları səviyyəsində ilk səfər isə 1995-ci il 9-11 oktyabrda reallaşıb - Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər edib. 1996-cı ilin aprelində Azərbaycan Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər edib.
2005-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev Pakistana rəsmi, 2012-ci il 13-16 oktyabrında isə Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycana işgüzar səfər edib. 2024-cü ilin iyulunda Prezident İlham Əliyev Pakistana dövlət səfəri edib.
Pakistanın hökumət rəhbərləri arasında hazırkı Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıya səfərləri isə daha intensiv xarakter daşıyıb. O, 2023-cü ilin iyununda, 2024-cü ilin noyabrında, 2025-ci ilin fevralında, mayında və iyulunda Azərbaycana səfərə gəlib. Bu səfərlər çərçivəsində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi və əlaqələrin gücləndirilməsi yönündə mühüm müzakirələr aparılıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

