NATO-nun gələcəyi sual altındadır?
15.05.2026 [07:50]
Marko Rubio hesab edir ki, Vaşinqton alyansla bağlı iradlarında haqlıdır
İranla müharibə ABŞ-ın Avropa müttəfiqləri ilə münasibətlərində müəyyən soyuqluq yaradıb. Bu səbəbdən də Birləşmiş Ştatlar NATO-nu tərk edəcəyi barədə mesajlar verir. Bugünlərdə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına verdiyi müsahibədə də deyib ki, İranla münaqişə zamanı bəzi NATO müttəfiqlərinin Vaşinqtona hərbi bazalara giriş verməkdən imtina etməsi alyansın mövcudluğunun səbəbini sual altına alır: “NATO tərəfdaşları sizə bu bazalardan istifadəni rədd etdikdə, onda ittifaqın mənası nədir? Nəzərə alaq ki, NATO-nun Amerikaya fayda verməsinin əsas səbəbi məhz bu baza hüquqlarıdır. İndi, məsələn, İspaniya tərəfindən bizə bu hüquq verilməsə nə etməliyik? Məlum olur ki, onlar yalnız istədikləri zaman müttəfiqdirlər”. Onun sözlərinə görə, ABŞ-ın NATO ilə bağlı “tamamilə qanuni sualları” var: “İranla yaşadığımız münaqişə zamanı bu bazalara girişimizdən məhrum edilə biləcəyimiz təqdirdə, bizim üçün üstünlüyü baza hüquqları olan bir ittifaqın mənası nədir? Bəs niyə oradayıq - yalnız onları müdafiə etmək üçün, öz milli maraqlarımızı irəli sürmək üçün deyil? Bu, müzakirə edilməli olan tamamilə qanuni bir sualdır, xüsusən də xərclərin üçdə ikisini ödədiyimizi nəzərə alsaq”.
Tramp müttəfiqlərin mövqeyindən məyusdur
Xatırladaq ki, ötən ay ABŞ Prezidenti Donald Trampın Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşü də Vaşinqtonun İranla müharibə səbəbindən hərbi alyansın üzv dövlətləri ilə münasibətlərinin kəskinləşməsi fonunda keçirilmişdi. Qapalı keçirilən görüşdə ABŞ-NATO münasibətləri, İranla əldə olunan atəşkəs və digər məsələlər müzakirə edilmiş, Donald Tramp müttəfiqlərin mövqeyindən məyus olduğunu demişdi. ABŞ Prezidenti sosial media hesabında paylaşım edərək yazmışdı: “NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenidən ehtiyac duysaq da, olmayacaq”.
Hələ İranla müharibənin gedişində Donald Tramp NATO müttəfiqlərini kəskin tənqid edib və ABŞ-ın alyansdan çıxa biləcəyinə dair fikirlər səsləndirib. Lakin bundan əvvəl də NATO daxilində müəyyən ziddiyyətlər var idi. Tramp ABŞ-da hakimiyyətə qayıtdıqdan sonra üzv ölkələr qarşısında hərbi xərclərin artırılmasını bir tələb kimi qoyub. Bu tələbin səbəbi alyansın xərclərinin böyük hissəsinin ABŞ-ın “çiyinlərində” olması ilə bağlıdır. Bundan sonra bir sıra Avropa ölkələri müdafiə xərclərini artırıblar. Ancaq problem tam həllini tapmayıb. Bunun ardınca, Tramp İranla müharibədə NATO müttəfiqlərini ABŞ-a dəstək verməməkdə ittiham edib. Məsələn, Parisin ABŞ hərbi təyyarələrinin Fransanın hava məkanı ilə İsrailə uçmasına icazə verməməsi Ağ Ev rəhbərini hiddətləndirmişdi. Trampın sözlərinə görə, Fransa bu addımları ilə İrana kömək göstərib. O, ABŞ-ın bunu unutmayacağını da söyləyib.
Müttəfiqlər Vaşinqtona niyə dəstək vermədi?
ABŞ-ın Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün koalisiya yaratmaq cəhdləri də nəticə vermədi. Amerikanın tərəfdaşlarının bəziləri koalisiyaya qoşulmaqda tərəddüd edib, bəziləri isə “yox” cavabı verib. Mənbələr bildirib ki, Tramp administrasiyası Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstraliya, Kanada, Körfəz ölkələri və İordaniyanı belə bir ittifaqa daxil etməyə çalışıb. ABŞ eyni təkliflə Yaponiya və Cənubi Koreyaya da müraciət edib. Lakin Almaniya, İtaliya və Yaponiya liderləri bölgəyə dəniz gəmiləri göndərməyi istisna ediblər. Fransa da Vaşinqtona müsbət cavab verməyib. Bundan əvvəl Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina etdiyini açıqlamışdı. Donald Tramp isə NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdən imtina etdikləri təqdirdə “çox pis bir gələcək” ilə üzləşə biləcəkləri barədə xəbərdar edərək, onları Avropanın əsas dəniz dəhlizini yenidən açmaq üçün Amerikanın səylərini dəstəkləməyə çağırmışdı.
Xarici medianın məlumatlarına görə, Avropada artan müqavimət bir neçə səbəbdən qaynaqlanıb: müharibədən əvvəl ABŞ-la kifayət qədər məsləhətləşmələrin aparılmaması, Vaşinqtonun məqsədləri ilə bağlı qeyri-müəyyənlik və Trampın müttəfiqlərə qarşı sərt ritorikası. Avropalı yüksək vəzifəli müdafiə rəsmisinin sözlərinə görə, əsas problem ABŞ-ın hərəkətləri ilə bağlı aydınlığın olmaması və münaqişə başlamazdan əvvəl demək olar ki, heç bir ciddi müzakirələrin aparılmamasıdır. Digər tərəfdən, NATO-nun Şərq cinahında yerləşən ölkələr üçün prioritet məsələ öz ərazi müdafiəsinin təmin olunmasıdır.
Ankara sammiti vəziyyətə aydınlıq gətirə bilər
Bütün bunların fonunda alyansın 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan sammitinin əhəmiyyəti İran ətrafındakı gərginlik və sonradan Vaşinqtonun NATO-ya qarşı sərt tənqidləri fonunda daha da artıb. İlin əvvəlində Türkiyə paytaxtında keçirilməsi planlaşdırılmış sammitdə müdafiə imkanlarının gücləndirilməsi və modernləşdirilməsi, kiber və enerji təhlükəsizliyi, vacib infrastrukturun qorunması, transatlantik münasibətlərin gələcəyi və müdafiə xərclərinin bölüşdürülməsi kimi mövzuların müzakirə ediləcəyi gözlənilirdi. Lakin “Epik qəzəb” əməliyyatının başlanması və Ağ Evin NATO müttəfiqlərindən gözlənilən dəstəyi təmin edə bilməməsi sammitin gündəliyini kökündən dəyişdirib. Belə ki, İtaliya bu yaxınlarda ABŞ-ın Siciliyadakı hərbi bazaya təyyarələrin enməsi tələbinə mənfi cavab verib, İspaniya isə müharibə ilə əlaqəli əməliyyatlar üçün öz bazalarından və ya hava məkanından istifadəyə icazə verməkdən imtina edib. Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla digər müttəfiqlər rollarını regional tərəfdaşlara müdafiə dəstəyi ilə məhdudlaşdırır və gərginliyin azaldılmasına çağırırlar.
Şimali Atlantika Alyansının dəstəyinin olmadığını tənqid edən ABŞ Prezidenti Donald Tramp Vaşinqtonsuz NATO-nu “kağız pələng” adlandıraraq belə bir sual vermişdi: “Əgər onlar bizim tərəfimizdə deyillərsə, biz niyə onların yanında olmalıyıq?”. Bütün bunların fonunda ABŞ dövlət katibi Marko Rubionun “FOX News” telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər də NATO-nun gələcəyi ilə bağlı sualları artırır.
Beləliklə, Ağ Evin mövqeyi hərbi alyansın gələcəyini əhəmiyyətli dərəcədə aktuallaşdırıb və onun yeni fəaliyyət istiqamətləri iyul ayında Türkiyə paytaxtında müəyyən ediləcək. Digər tərəfdən, Vaşinqtonun sərt yanaşması Avropa ölkələrini öz müdafiə imkanlarının gücləndirilməsi barədə düşünməyə sövq edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52

