Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstanın Aktau şəhərində robot itlər ictimai məkanlarda patrul xidməti aparır

Qazaxıstanın Aktau şəhərində robot itlər ictimai məkanlarda patrul xidməti aparır

01.06.2026 [10:21]

Qazaxıstanın Aktau şəhərində ictimai təhlükəsizliyi artırmaq üçün robotlaşdırılmış platformalar tətbiq olunub.

AZƏRTAC “Polisia.kz” saytına istinadla xəbər verir ki, robot itlər bu şəhərin ictimai məkanlarında patrul xidməti aparmaq, vəziyyəti izləmək və cinayətlərin qarşısını almaq üçün istifadə olunacaq.

Sistemlər videomüşahidə sistemləri ilə təchiz olunub və məlumatları real vaxt rejimində Əməliyyatların İdarə Edilməsi Mərkəzinə ötürə bilir. Robotlar, həmçinin şübhəli əşyaları, tüstü və yanğın əlamətlərini aşkarlaya və avtomatik olaraq təcili yardım xidmətlərinə siqnal ötürə bilir.

Gələcəkdə robotların potensial tətbiq sahələrinə terrorizmə qarşı əməliyyatlar, təhlükəli əşyaların məsafədən yoxlanılması və onların əməkdaşların həyatı üçün risk olmadan başqa yerə aparılması üzrə fəaliyyətlərin daxil edilməsi də nəzərdən keçirilir.

Robotlaşdırılmış platformalar əvvəllər Astana və Almatıda tətbiq olunub.

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31