Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında rus tankerini saxlayıb
01.06.2026 [23:17]
Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında Rusiyadan gələn və beynəlxalq sanksiyalar siyahısında olan daha bir neft tankerini saxlayıb.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, “Tagor” adlı gəminin ələ keçirilməsi Fransa tərəfindən son on ay ərzində həyata keçirilən dördüncü belə əməliyyat olub. Fransa Prezidenti Emmanuel Makron iyunun 1-də verdiyi açıqlamada bildirib ki, “Tagor” tankeri bazar ertəsi səhər saatlarında Atlantik okeanında beynəlxalq hüquqa uyğun şəkildə saxlanılıb.z
“Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan gələn və beynəlxalq sanksiyalar altında olan yeni bir tankeri – “Tagor”u ələ keçirib. Qətiyyətimiz dəyişməz və tamdır”, – deyə o, X platformasında yazıb.
Makronun sözlərinə görə, əməliyyat açıq dənizdə, Atlantik okeanında həyata keçirilib və bu zaman bir sıra tərəfdaş ölkələrin, eləcə də Böyük Britaniyanın dəstəyindən istifadə olunub. O qeyd edib ki, bütün tədbirlər dəniz hüququnun tələblərinə tam uyğun şəkildə icra olunub.
Makron əlavə edib ki, beynəlxalq sanksiyalardan yayınan, dəniz hüququnu pozan və Rusiyanın Ukraynaya qarşı dörd ildən artıqdır davam edən müharibəsini maliyyələşdirməyə xidmət edən gəmilərin fəaliyyəti qəbuledilməzdir. “Dəniz naviqasiyasının ən elementar qaydalarına əməl etməyən bu cür gəmilər həm ətraf mühit, həm də ümumi təhlükəsizlik üçün ciddi təhdid yaradır”, – deyə o, bildirib.
Fransa hökuməti aprelin 8-də “gizli donanma” kimi tanınan və sanksiyalardan yayınmaq üçün istifadə edilən gəmilərə qarşı mübarizəni gücləndirmək niyyətində olduğunu açıqlamışdı. Bu məqsədlə saxta bayraq istifadəsi və hüquq-mühafizə orqanlarının göstərişlərinə tabe olmama ilə bağlı cəzaların ikiqat artırılması nəzərdə tutulur.
Martın 20-də Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin qərb hissəsində Rusiyadan gələn “Deyna” adlı neft tankerini saxlamışdı. Gəmi saxta bayraq altında üzməkdə şübhəli bilinirdi. Daha sonra cərimə ödədikdən sonra onun yola davam etməsinə icazə verilmişdi.
Bundan əvvəl, yanvar ayında Murmansk limanından çıxan “Grinch” adlı başqa bir tanker də eyni səbəbdən saxlanılmışdı.
2025-ci ilin sentyabrında isə Bretan sahilləri yaxınlığında “Boracay” tankerinə əl qoyulmuşdu. Həmin vaxt Rusiya Prezidenti Vladimir Putin Fransa Hərbi Dəniz Qüvvələrinin əməliyyatını piratçılıq adlandıraraq sərt tənqid etmişdi.
Fransa Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, “Tagor” tankeri də əvvəlki hallarda olduğu kimi Murmansk limanından yola çıxıb. Gəminin göyərtəsinə çıxan müfəttişlər istifadə olunan bayraqla bağlı pozuntuları təsdiqləyiblər.
Tanker daha sonra nəzarət altında lövbərsalma nöqtəsinə qədər müşayiət olunub və yaxın saatlarda ətraflı texniki və hüquqi yoxlamadan keçiriləcək.
Hadisə ilə bağlı materialların Bretan bölgəsində yerləşən Brest şəhərinin prokurorluğuna təqdim edildiyi də bildirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10

