Enerji siyasətində prioritet istiqamət: “Yaşıl keçid”
02.06.2026 [14:43]
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm və ayrılmaz tərkib hissələrindən biri hesab edilir. Ölkəmizin enerji siyasəti 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başladı. Həyata keçirilən düzgün strategiya nəticəsində Azərbaycan böhrandan və iqtisadi tənəzzüldən xilas olaraq davamlı inkişaf yoluna qədəm qoydu. Neft və qazdan əldə edilən gəlir, müstəqilliyin bərpasından sonrakı illərdə demək olar ki, yeganə gəlir mənbəyi idi.
Ulu Öndər Heydər Əliyevin düşünülmüş enerji siyasəti və sonradan bu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan çox böyük uğurlar əldə etdi. Bir zamanlar enerji böhranı ilə üz-üzə qalan Azərbaycan bu gün regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Aydın məsələdir ki, neft və qaz tükənən təbii sərvətlərdir, lakin Azərbaycan dövləti gələcək enerji təhlükəsizliyini düşünərək “yaşıl keçidi” enerji siyasətində prioritet istiqamət kimi götürür. Bu istiqamətdə mühüm layihələr icra edilir, xarici investorlar cəlb olunur, eyni zamanda, dövlət tərəfindən də böyük investisiyalar yatırılır. Zəngin ənənəvi enerji mənbələrinə malik olan Azərbaycanın, həmçinin çox böyük həcmdə bərpaolunan enerji potensialı mövcuddur.
Azərbaycanın neft-qaz hasil edən ölkə olaraq tanınması və bu sahədə əldə etdiyi uğurlar bəzi dairələr ilə ölkələr tərəfindən narahatlıqla qarşılanır. Azərbaycan da daxil olmaqla, digər neft-qaz istehsal edən dövlətlər əsassız yerə qınaq obyektinə çevrilirlər. “Bakı Enerji Həftəsi”ndəki çıxışı zamanı Prezident İlham Əliyev haqlı olaraq bu məsələyə diqqət çəkərək bildirdi ki, ölkələr neftin olub-olmaması ilə deyil, bu gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji siyasətinin əsasının qoyulmasından, həyata keçirilən enerji layihələrindən, eləcə də enerji siyasətinin diversifikasiyasından geniş bəhs etdi. Ölkə başçısı həmçinin vurğuladı ki, Azərbaycan bir çox dövlətin enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda 16 ölkə Azərbaycandan qaz idxal edir. Bundan başqa, Azərbaycan etibarlı neft və neft məhsulları təchizatçısıdır. Yaxın gələcəkdə ölkəmiz xaricə “yaşıl enerji” də ixrac edəcəkdir. Bir çox ölkənin enerji təhlükəsizliyini təmin etməsi, eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanı artıq dünyada orta gücə çevirmişdir. Bu gün Azərbaycan regional və beynəlxalq layihələrdə həlledici çəkiyə malikdir və etibarlı tərəfdaş olaraq qəbul edilir.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

