/ / “Milli Qurtuluşun Memarı: Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müasir Azərbaycanın inkişaf yolu” mövzusunda tədbir keçirilib
“Milli Qurtuluşun Memarı: Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müasir Azərbaycanın inkişaf yolu” mövzusunda tədbir keçirilib
02.06.2026 [23:25]
İyunun 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatının 37 saylı ərazi partiya təşkilatında “Milli Qurtuluşun Memarı: Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müasir Azərbaycanın inkişaf yolu” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxışında vurğulayıb ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub: Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və praqmatik addımları sayəsində ölkəni bürüyən dağıdıcı proseslər aradan qaldırıldı. Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsindən, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Milli Qurtuluş Günü Azərbaycan tarixinin qürur səhifəsinə çevrildi.
İlqar İlyasov qeyd edib ki, müasir Azərbaycan dövlətinin banisi olan Ümummilli Liderin irsi dövlətçilik tariximizdə müstəsna yer tutur. Onun təməlini qoyduğu demokratik və dünyəvi dövlətçilik kursu, güclü ordu quruculuğu strategiyası, elmin, təhsilin və mədəniyyətin inkişafına yönəlmiş siyasəti bu gün əldə olunan uğurların əsasını təşkil edir.
İlqar İlyasov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı regionun ən güclü dövlətlərindən birinə çevirib. Məhz bu siyasi kursun nəticəsi olaraq Azərbaycan xalqı və Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi və Möhtəşəm Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib, dövlətimizin suverenliyini təmin edib. Qazanılmış Zəfər Ulu Öndərin ideyalarının təntənəsi və Milli Qurtuluşdan başlanan dövlətçilik yolunun məntiqi nəticəsi kimi dəyərləndirilib.
İlqar İlyasov Ümummilli Liderin ən böyük xidmətlərindən birinin siyasi varisliyin təmin edilməsi olduğunu vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. O, Laçın da daxil olmaqla azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsiplərinin tətbiq olunduğunu, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurla icra edildiyini, Böyük Qayıdış Proqramının ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələ yaratdığını xüsusi qeyd edib.
Tədbirdə çıxış edən Əlövsət Rzaquliyev, Nofəl İsmayılov, Möhübbət Həsənov, Mehri Çıraqova, Fəxrəddin Paşayev, Zəravənd Quliyev və başqaları vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün örnəkdir. Çıxışçılar qeyd ediblər ki, Azərbaycanın bugünkü inkişafı, tarixi Zəfəri və Böyük Qayıdış uğurları məhz Heydər Əliyev siyasi kursunun nəticəsidir. Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində ölkəmizin suverenliyi daha da möhkəmlənir, beynəlxalq nüfuzu yüksəlir.
Tədbirdə vurğulanıb ki, Heydər Əliyevin “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz” fikri bu gün də xalqımızın inam və qətiyyət mənbəyidir. Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqilliyimizin memarı Heydər Əliyev kimi Ümummilli Lideri, onun siyasi kursunu uğurla davam etdirən, ölkəmizə Möhtəşəm Zəfər qazandıran və Böyük Qayıdışı reallığa çevirən İlham Əliyev kimi qalib Prezidenti var.
Tədbirin sonunda ictimai-siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvünə fəxri fərmanlar təqdim edilib, partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

