Dəyişkən iş qrafikinə keçid modeli
20.06.2026 [10:49]
Dövlət orqanları, təhsil və tibb müəssisələri və digər qurumlarda iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulur
Bakıda yaxın vaxtlarda dəyişkən iş qrafikinə keçid tətbiq oluna bilər. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Qeyd edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə keçidi ilə bağlı məsələlər öz əksini tapıb. Həmin tədbirlərin icrası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurasına müvafiq təhlillər əsasında təkliflər hazırlaması tapşırılıb. Həmin tədbirlərin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Dünya ölkələrində özünü doğruldan təcrübə
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi xeyli müddətdir ki, tətbiq olunur və bu model konkret müsbət nəticələrini verməkdədir. Həmin modelə əsasən, fərqli iş saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır. Modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamır və bu da nəqliyyat sıxlığına mühüm təsir göstərir. Böyük Britaniya, Niderland, İsveç, İrlandiya və digər ölkələrdə fərqli iş saatları tətbiq olunur ki, bu da nəqliyyatın hərəkətini tənzimləməkdə xüsusi rol oynayır. Eləcə də, bu təcrübə Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunmaqdadır.
Əmək qanunvericiliyinin tələbləri dəyişə bilər
Mütəxəssilərin fikrincə, dəyişkən iş qrafiki tətbiq olunarkən qanunvericilikdə bir sıra dəyişikliklər edilməlidir. İlk növbədə, Əmək Məcəlləsində iş vaxtının tənzimlənməsi ilə bağlı müəyyən dəqiqləşdirmələr aparılmalı, qısaldılmış və qeyri-standart iş rejimlərinə dair anlayışlar genişləndirilməlidir. Məlumdur ki, hazırda əksər təşkilatlarda 9.00-18.00 iş rejimi tətbiq edilir. İş vaxtının tənzimlənməsi ilə bağlı qaydalar Əmək Məcəlləsində təsbit olunub. Məcəllədə iş vaxtının adı, qısaldılmış və qeyri-standart rejimlər göstərilir. Dəyişkən qrafikin tətbiqi üçün bu anlayışlar dəqiqləşdirilməli və normativ çərçivə genişləndirilməlidir. Həmin rejimin dəyişdirilməsi, xüsusilə gecə və qeyri-iş saatlarının tənzimlənməsi üçün Əmək Məcəlləsinin 90-cı və 96-cı maddələrinə əlavə düzəlişlər edilməlidir. Əgər dəyişən qrafik gecə saatlarına təsir edirsə, Əmək Məcəlləsinin 90-cı maddəsi (gecə vaxtı iş) və 96-cı maddəsi (qeyri-iş günlərində iş) üzrə əlavə tənzimləmələr tələb oluna bilər. İş vaxtının uçotu da önəmlidir. Cəmlənmiş iş vaxtı mövcuddur və bütövlükdə işəgötürənlər üçün aylıq iş saatlarının hesablanması mexanizmi yenidən müəyyən edilməli, elektron uçot sistemləri daha da gücləndirilməlidir.
Bununla yanaşı, əmək müqavilələrində yeni iş rejiminin detalları əks olunmalı və işçilərin razılığı alınmalı, həmçinin iş saatlarının qeyri-bərabər bölgüsünün qarşısını almaq üçün maaş və sosial təminat məsələləri diqqətlə tənzimlənməlidir. Belə ki, işçilər iş vaxtı və rejimi haqqında aydın məlumat almalıdırlar. Qanunvericiliyin tələblərinə əsasən, əgər əmək müqavilələrində dəyişiklik edilirsə, işçinin razılığı olmalıdır və bu dəyişikliklər müqavilədə öz əksini tapmalıdır. Həmçinin, əməkhaqqının qorunması da vacib amillərdəndir. Dəyişkən qrafik iş saatlarının qeyri-bərabər bölünməsinə səbəb olduğundan həftəlik normativ iş saatlarının və əməkhaqqının balanslı bölüşdürülməsi təmin edilməlidir. Gecə saatlarında və əlavə iş saatlarında çalışan işçilərə daha yüksək ödəniş edilməlidir. İstirahət və sosial təminat hüquqlarına əməl edilməsi də çox vacibdir.
“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər vacibdir
Bundan başqa, dəyişkən iş qrafiki zamanı “Dövlət qulluğu haqqında” Qanunda mühüm dəyişikliklərin edilməsi də vacibdir. Dövlət qulluqçularının dəyişən qrafiklə işləməsi üçün qanunda konkret prosedurlar və icazə mexanizmləri müəyyən edilməlidir. Təhsil və tibb sektorları üçün xüsusi qaydalar müəyyənləşdirilməlidir. Təhsil müəssisələrinin dərs saatlarına uyğunlaşdırılması üçün “Təhsil haqqında” Qanuna əlavələr edilə bilər. Tibb müəssisələrində növbəli iş rejiminin dəyişməsi Əmək Məcəlləsi, Səhiyyə haqqında qanunvericilik və müvafiq normativ aktlarla tənzimlənməlidir. Digər mühüm məsələ işçi hüquqlarının qorunmasıdır. İş rejimi işçi hüquqlarına birbaşa təsir göstərə biləcəyi üçün bir sıra aspektlər diqqətdə saxlanmalıdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

