Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Altı ayda Energetika Nazirliyi və tabeli qurumlara 7326 vətəndaş müraciəti daxil olub

Altı ayda Energetika Nazirliyi və tabeli qurumlara 7326 vətəndaş müraciəti daxil olub

13.07.2026 [22:57]

Cari ilin birinci yarısında Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 7326 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 1043-ü məlumat, 6283-ü isə icra xarakterli olub. Bunlardan 5729-u müvafiq qaydada icra edilib, 554 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik veriliş xəttinin mühafizə zonası, kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpaolunan enerji, enerji səmərəliliyi, qəbula yazılmaq, kadr məsələləri, icazələr, təşəkkür və digər mövzuları əhatə edib.

Hesabat dövründə daxil olan müraciətlərin 4948-i Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətt”i vasitəsilə qəbul edilib. Müraciətlərin 4080-ni elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 512-si təşəkkür xarakterli, 356-sı isə digər məsələlərlə bağlı olub.

Altı ayda nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 203 vətəndaşla görüş olub.

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31