Gələcək hədəflər və yeni çağırışlar
16.07.2026 [10:43]
Şuşada keçirilən IV Qlobal Media Forumunda Prezident İlham Əliyev Azərbaycanın daxili və xarici siyasətinin mühüm istiqamətlərini, regional təhlükəsizlik və qlobal əməkdaşlıq məsələlərini əks etdirən konseptual çıxış etdi. Dövlət başçısının bəyanatları ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və gələcək hədəflərini aydın şəkildə ortaya qoyur.
Prezident çıxışında Azərbaycana qarşı tətbiq edilən ikili standartlar və tarixi ədalətsizliklərə də geniş yer ayırdı. Azərbaycan yeganə keçmiş sovet respublikası idi ki, ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qalmışdı. 907-ci düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, bu, hamı və xüsusilə Azərbaycan üçün bir o qədər yaxşı olar. ABŞ Prezidenti Co Baydenin keçmiş fəaliyyətinə diqqət çəkən dövlət başçısı, onun senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüsünün müəlliflərindən biri olduğunu və regiona baxışının da məhz belə formalaşdığını xatırlatdı.
IV Qlobal Media Forumunda Prezident İlham Əliyev diqqətə çatdırdı ki, insan hüquqları ilə bağlı məsələlər ümumbəşəri xarakter daşıyır və siyasi alətə çevrilməməlidir. Xarici çağırışlara gəlincə, müraciətlərin məzmunca fərqli olmasına baxmayaraq, onların ana xəttinin dəyişməz qaldığı və Azərbaycanın yalnız öz gücünə güvənə biləcəyi qeyd edildi.
Prezident İlham Əliyev Forumda bildirdi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında və yaşıl enerjiyə keçiddə liderliyini davam etdirir. Bu ildən etibarən Azərbaycan Almaniya və Avstriyaya qaz ixracına başlamışdır. Paralel olaraq, ölkədə bərpa olunan enerji mənbələrinin inkişafı diqqət mərkəzindədir və Azərbaycanda Günəş enerjisinin inkişafı üzrə çoxsaylı layihələr uğurla həyata keçirilir.
Dövlət başçısı bəyan etdi ki, Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycanın əsas prioritetidir və sülhə nail olunması ən ali məqsəddir. Regionun gələcək simasını dəyişəcək TRIPP layihəsi (Tramp Marşrutu) nəqliyyat bağlılığı xəritəsini tamamilə yeniləyəcək və Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq, Azərbaycan qarşılıqlı fəaliyyətin yeni bir fəslini – müdafiə sahəsində əməkdaşlığı açmışdır.
Ölkənin daxili regional və siyasi vəziyyətini qiymətləndirən Prezident İlham Əliyev daxili sabitliyin yüksək səviyyədə olduğunu bildirdi. Potensial risklərə gəldikdə isə, xoşbəxtlikdən Azərbaycanın daxili riskləri, hətta potensial daxili təhdidləri belə mövcud deyil. Bu, ölkədə həyata keçirilən düzgün daxili siyasətin və xalq-iqtidar birliyinin bariz nümunəsidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49

