Şuşadan dünyaya birlik və həmrəylik mesajı
17.07.2026 [11:01]
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, həm də qlobal miqyasda siyasi, intellektual və informasiya dialoqlarının aparıldığı nüfuzlu bir arenadır. Ənənəvi olaraq təşkil edilən Şuşa Qlobal Media Forumu dünya mətbuatının aparıcı simalarını, analitikləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya toplayaraq informasiya sahəsindəki qlobal çağırışların müzakirə olunduğu mühüm mərkəzə çevrilmişdir. Bu forum sahəvi əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ölkəmizin həyata keçirdiyi dövlət siyasətini, xüsusilə də işğaldan qurtulmuş regionlarda aparılan sürətli quruculuq və bərpa proseslərini dünya ictimaiyyətinə dolğun şəkildə təqdim etmək üçün böyük əhəmiyyət daşıyır.
IV Şuşa Qlobal Media Forumu iştirakçıların sayı və coğrafiyası baxımından tədbirin artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Son dörd il ərzində forum ümumilikdə 81 ölkədən 600-ə yaxın media nümayəndəsini qəbul edərək qlobal media əməkdaşlığının aparıcı platformalarından biri kimi mövqeyini möhkəmləndirib. Bu statistika beynəlxalq medianın Azərbaycana və regionda baş verən hadisələrə marağının davamlı şəkildə artdığını göstərir. Belə nüfuzlu beynəlxalq tədbirin məhz Şuşada keçirilməsi həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Forum iştirakçıları yalnız müasir medianın inkişaf istiqamətləri, informasiya təhlükəsizliyi, rəqəmsal kommunikasiya və qlobal informasiya mühitində meydana çıxan yeni çağırışlar barədə fikir mübadiləsi aparmırlar. Onlar eyni zamanda Qarabağda aparılan genişmiqyaslı quruculuq prosesini yerində izləmək imkanı qazanırlar. İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin müasir şəhər və kəndlərə çevrilməsi, yeni infrastruktur layihələrinin icrası, sosial obyektlərin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin konkret nəticələrini nümayiş etdirir.
Bu xüsusiyyət forumun əhəmiyyətini daha da artırır. Xarici media nümayəndələri Qarabağla bağlı məlumatları artıq yalnız müxtəlif informasiya mənbələrindən deyil, hadisələrin baş verdiyi ərazilərdə apardıqları müşahidələr əsasında formalaşdırırlar. Belə yanaşma Azərbaycanın beynəlxalq informasiya siyasətinin effektivliyini yüksəltməklə yanaşı, region haqqında uzun illər formalaşdırılmış birtərəfli və qərəzli təsəvvürlərin dəyişməsinə də mühüm töhfə verir. Forum iştirakçılarının şahidi olduqları inkişaf mənzərəsi Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi dövlət siyasətinin uğurlu nəticələrinin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir.
Şuşa Qlobal Media Forumuna beynəlxalq marağın ildən-ilə artması təsadüfi deyil. Bunun əsas səbəblərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi və regional, eləcə də qlobal proseslərdə daha fəal iştirak etməsidir. Son illər ölkəmiz beynəlxalq təşəbbüslərin irəli sürülməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və etibarlı tərəfdaş imicinin gücləndirilməsi istiqamətində mühüm uğurlar əldə edib. Nəticədə dünya mediasının Azərbaycanda baş verən proseslərə və ölkə rəhbərliyinin beynəlxalq məsələlərə yanaşmasına marağı daha da artıb.
Bu gün forum artıq yalnız media sahəsinə aid müzakirələrin aparıldığı tədbir deyil. O, qlobal və regional gündəmdə duran siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin geniş şəkildə müzakirə edildiyi nüfuzlu beynəlxalq platformaya çevrilib. Məhz buna görə də forumda iştirak edən jurnalist və ekspertlərin sualları informasiya siyasəti ilə yanaşı, geosiyasi proseslər, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər və Azərbaycanın həmin proseslərə münasibəti kimi mövzuları da əhatə edir.
Forumun beynəlxalq nüfuzunu artıran əsas amillərdən biri Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə açıq dialoq formatında keçirdiyi görüşlərdir. Dövlət başçısı müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin suallarını ətraflı və əsaslandırılmış şəkildə cavablandıraraq Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırır. Bu çıxışlarda yalnız ölkənin rəsmi yanaşması deyil, həm də regional və qlobal proseslərə dair dərin siyasi təhlillər təqdim olunur. Beynəlxalq hüquqa əsaslanan arqumentlər, hadisələrin səbəb və nəticələrinin sistemli izahı, eləcə də gələcək inkişaf istiqamətlərinə dair strateji baxışlar forumun nüfuzunu daha da möhkəmləndirən əsas məqamlardandır.
IV Şuşa Qlobal Media Forumunda səsləndirilən suallar göstərdi ki, beynəlxalq medianın diqqəti artıq təkcə Cənubi Qafqaz regionuna yönəlmir. Jurnalistləri qlobal təhlükəsizlik sistemi, BMT-nin fəaliyyəti, Yaxın Şərqdə davam edən qarşıdurmalar, Rusiya–Ukrayna müharibəsi, enerji təhlükəsizliyi və yeni dünya düzənində Azərbaycanın rolu kimi məsələlər daha çox maraqlandırırdı. Bu fakt forumun artıq regional çərçivədən çıxaraq beynəlxalq siyasi diskussiyaların aparıldığı mötəbər platformaya çevrildiyini təsdiqləyir. Tədbir zamanı diqqət çəkən məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun xarici media nümayəndələri tərəfindən açıq şəkildə etiraf olunması idi. Müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin ünvanladıqları suallar göstərirdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş beynəlxalq məkanın mühüm siyasi aktorlarından biri kimi qəbul edilir. Afrika, Asiya və Avropadan gələn media nümayəndələrinin maraq dairəsi bunu aydın şəkildə nümayiş etdirirdi.
Forum çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin əsas prioritetlərinə də toxundu. Dövlət başçısı vurğuladı ki, ölkəmizin başlıca məqsədi regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin edilməsidir. Bu baxımdan Ermənistan və Azərbaycan arasında paraflanmış sənədin əhəmiyyətinə diqqət çəkildi. Qeyd olundu ki, həmin sənəddən sonra dövlət sərhədində atəşkəs rejiminin pozulmaması regionda sabitliyin möhkəmlənməsi istiqamətində mühüm irəliləyiş hesab oluna bilər. Bu hal qarşılıqlı etimadın formalaşması və sülh prosesinin real nəticələr verməsi baxımından əhəmiyyətli göstəricidir.
Forumda səsləndirilən fikirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan regional problemlərin həllinə yalnız milli maraqlar baxımından deyil, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq yanaşır. Suverenlik, ərazi bütövlüyü, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət prinsiplərinin xüsusi vurğulanması ölkənin xarici siyasət kursunun əsas istiqamətlərini bir daha ortaya qoydu.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

