Cəmiyyətdə demokratik münasibətlərinin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir
20.07.2026 [22:54]
Toğrul Zeynalov,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
22 İyul – Milli Mətbuat Günü Azərbaycan xalqının ictimai fikir tarixində xüsusi əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Məhz 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsası qoyulmuş, Azərbaycan dilində ilk qəzet işıq üzü görmüşdür. "Əkinçi" yalnız bir qəzet deyil, xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına, ana dilinin qorunmasına və ictimai düşüncənin inkişafına xidmət edən böyük bir məktəb idi. Sonrakı dövrlərdə Azərbaycan mətbuatı müxtəlif tarixi mərhələlərdən keçərək dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin və azərbaycançılıq məfkurəsinin təbliğində mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyev milli mətbuatın inkişafını dövlət quruculuğunun vacib istiqamətlərindən biri hesab edir, jurnalistləri cəmiyyətin güzgüsü və ictimai fikrin formalaşmasında mühüm qüvvə kimi dəyərləndirirdi. Onun rəhbərliyi dövründə senzuranın ləğvi, söz və fikir azadlığının təmin olunması, medianın inkişafı üçün yaradılan hüquqi baza Azərbaycan jurnalistikasının müasir inkişafının əsasını təşkil etdi. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar, Medianın İnkişafı Agentliyinin yaradılması, qanunvericiliyin müasir tələblərə uyğun təkmilləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkar medianın inkişafına göstərilən ardıcıl dövlət dəstəyi ölkədə sağlam informasiya mühitinin formalaşmasına mühüm töhfə verir.
Müasir dövrdə informasiya məkanı sürətlə dəyişir və jurnalistikanın qarşısında yeni çağırışlar meydana çıxır. Rəqəmsal texnologiyaların inkişafı xəbərlərin daha operativ yayılmasına şərait yaratsa da, dezinformasiya və saxta məlumatların artması peşəkar jurnalistikanın məsuliyyətini daha da yüksəldib. Bu baxımdan obyektivlik, dəqiqlik, qərəzsizlik və peşə etikası prinsiplərinə sadiqlik medianın əsas fəaliyyət meyarı olaraq qalır. Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad və məsuliyyətli mətbuatın fəaliyyəti ilə sıx bağlıdır. Məhz peşəkar media ictimai rəyin düzgün formalaşmasına, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə və cəmiyyətin operativ informasiya ilə təmin edilməsinə xidmət edir. Azərbaycan jurnalistləri bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da milli maraqlarımızın müdafiəsi, dövlətimizin uğurlarının və regionda baş verən proseslərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm fəaliyyət göstərirlər. Xüsusilə informasiya müharibələrinin intensivləşdiyi müasir dövrdə peşəkar jurnalistikanın əhəmiyyəti daha da artır və media milli təhlükəsizliyin vacib elementlərindən birinə çevrilir.
22 İyul – Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycan mətbuatının zəngin tarixinin, maarifçilik ənənələrinin və dövlət tərəfindən bu sahəyə göstərilən yüksək diqqət və qayğının təntənəsidir. Milli mətbuatımız ötən 151 il ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni inkişaf salnaməsini yaradaraq cəmiyyətin etibarlı informasiya mənbəyi kimi öz nüfuzunu qoruyub saxlayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan mediası müasir çağırışlara uyğun yenilənir, peşəkarlıq səviyyəsi yüksəlir və beynəlxalq informasiya məkanında mövqelərini daha da möhkəmləndirir. Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına sadiq qalan milli mətbuatımız bundan sonra da dövlətçilik maraqlarının qorunmasına, milli həmrəyliyin gücləndirilməsinə, ana dilimizin və milli-mənəvi dəyərlərimizin təbliğinə, eləcə də cəmiyyətin obyektiv və operativ informasiya ilə təmin olunmasına layiqli töhfələr verməyə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

