Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanovun anadan olmasının 65 illiyi münasibətilə təşkilatda yubiley tədbiri keçirilib

YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanovun anadan olmasının 65 illiyi münasibətilə təşkilatda yubiley tədbiri keçirilib

21.07.2026 [10:39]

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanovun anadan olmasının 65 illiyi münasibətilə təşkilatda yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov yubilyarı səmimi qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirib ki, Şəfayət Nənəcanov uzun illər ərzində dövlətçiliyə, Yeni Azərbaycan Partiyasının ideyalarının təbliğinə və təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə dəyərli töhfələr verib. Qeyd olunub ki, onun zəngin idarəçilik təcrübəsi, məsuliyyətli fəaliyyəti və insanlarla səmimi münasibəti həm partiya üzvləri, həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Namiq Əhmədov vurğulayıb ki, Şəfayət Nənəcanovun peşəkarlığı, təşkilatçılıq bacarığı və yüksək məsuliyyət hissi YAP Xəzər rayon təşkilatının fəaliyyətində mühüm rol oynayır.

YAP Xəzər rayon təşkilatının əməkdaşları da yubilyarı təbrik edərək ona sağlamlıq, xoşbəxtlik, ailə rifahı və fəaliyyətində davamlı nailiyyətlər arzulayıblar. Çıxışlarda Şəfayət Nənəcanovun kollektivdə qazandığı hörmət və nüfuzdan, yüksək insani keyfiyyətlərindən, işgüzarlığından və gənc əməkdaşlara göstərdiyi dəstəkdən bəhs olunub.

Səmimi sözlərə görə təşəkkürünü bildirən Şəfayət Nənəcanov göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiyini qeyd edib. O, bundan sonra da Yeni Azərbaycan Partiyasının prinsiplərinə sadiq qalaraq üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmək üçün bütün qüvvəsini səfərbər edəcəyini vurğulayıb.

Tədbirin sonunda yubilyara xatirə hədiyyəsi təqdim olunub, kollektivlə birlikdə xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31