Prioritet hədəf: Əhalinin məşğulluğunun artırılması
24.07.2026 [11:20]
Azərbaycan dünyada nümunə kimi qəbul edilən davamlı inkişafını uzunmüddətli strategiyaların müəyyənləşdirlməsi və bu strategiyalar üzrə konkret tədbirlərin real vaxt rejimində həyata keçirilməsi sayəsində təmin edir. Son 23 ildə Prezident İlham Əliyevin qətiyyətli siaysi iradəsi əsasında ayrı-ayrı istiqamətlər üzrə çoxsaylı proqramlar qəbul edilərək uğurla icra olunub. İslahatlar kursunun davamı olaraq Prezident İlham Əliyev 20 iyul 2026-cı il tarixində “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirlər Planı ölkəmiz üçün çox böyük sosial-iqtisadi önəm daşıyır.
Sərəncama əsasən Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq qurumlar koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər. O cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sənəddə nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək tapşırılıb. Nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat veriləcək. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
6 prioritet istiqamət üzrə görüləcək işlər
Tədbirlər Planı kifayət qədər geniş əhatə dairəsinə malikdir. Sənədə əsasən 6 prioritet istiqamətdə tədbirlərin görülməsi təmin ediləcək. Bunlar aşağıdakılardır.
• Məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi,
• Əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi,
• İşçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi,
• Aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi,
• Sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması,
• Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi kimi istiqamətlər daxildir.
Sənəd regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi, özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlərin yaradılmasını nəzərdə tutur. Tədbirlər Planına əsasən, 2026-2030-cu illərdə dayanıqlı iş yerlərinin yaradılması məqsədilə KOB subyektləri üçün keyfiyyətli məsləhət xidmətlərinə çıxış imkanları, aqrar sektorda əmək məhsuldarlığının artırılması məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Xüsusilə kənd yerlərində turizm infrastrukturunun inkişafı sahəsində tədbirlər həyata keçiriləcək. “İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” Qanun layihəsi hazırlanacaq, əmək miqrasiyası üzrə qanunvericilik təkmilləşdiriləcək, iş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) üzrə yeni mexanizmin yaradılması üçün normativ hüquqi baza yaradılacaq.
Həmçinin qeyd edilən dövrdə:
• məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasının genişləndirilməsi,
• məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması,
• peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi,
• beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması,
• “Peşələr üzrə elektron atlas” informasiya sisteminın yaradılması,
• peşə və kvalifikasiya standartlarının davamlı olaraq yenilənməsi,
• “Yaşıl iqtisadiyyat”a keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi,
• dual peşə təhsili modelinin əhatə dairəsinin genişləndirilməsi
• sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün aktiv məşğulluq proqramlarının sayının artırılması,
• regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlərin təşkili,
• “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatından istifadə etməklə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin görülməsi,
• dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslərin məşğulluğunun dəstəklənməsi üzrə tədbirlərin həyata keçirilməsi, eləcə də təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması və s. tədbirlərin görülməsi nəzərdə tutulur.
Regionlarda investisiya fəallığının artırılması
Sənəddə ilk növbədə regionlarda investisiya fəallığının artırılmasını hədəfləyən tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Regional inkişafın təmin edilməsi, paytaxtla bölgələr arasında fərqin azaldılması Azərbaycanın strateji inkişaf kursunun özəyini təşkil edir. Bu da ilk növbədə onunla bağlıdır ki, ölkə əhalisinin təxminən yarısı regionlarda məskunlaşıb. Bu reallıq nəzərə alınmaqla 2004-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq regional inkişaf proqramları qəbul edilib. Həmin proqramların icrası çərçivəsində bölgələrimiz də iqtisadi güc mərkəzlərinə çevrilib, regionlarda iri təsərrüfatlar yaradılıb. Bu proqramların icrası çərçivəsində həmçinin müxtəlif təyinatlı infrastruktur obyektlərinin inşası diqqət mərkəzində saxlanılıb. İnfrastruktur obyektlərinin tikintisi bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılıb. İlk növbədə yeni generasiya güclərinin yaradılması sayəsində ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Hazırda respublikamız təxminən 10 min meqavata yaxın generasiya gücünə malikdir. Güclü enerji infrastrukturunun yaradılması bütün ölkə üzrə əmək tutumu böyük olan müasir istehsalatların yaradılmasına geniş imkanlar açır.
Regionlarda məşğulluğun təmin edilməsi baxımından yol təsərrüfatının yenilənməsi böyük aktuallıq daşıyır. Yol infrastrukturunun ciddi sosial-iqtisadi önəmi nəzərə alınmaqla respublikamızda hər il təxminən min kilometr uzunluğunda yollar tikilir və yaxud əsaslı şəkildə təmir edilir. O cümlədən yerli əhəmiyyətli yolların yenilənməsi də intensiv şəkildə davam etdirlir ki, bu da bölgələrdə əmək bazarının genişlənməsinə öz müsbət təsirini göstərir.
Su layihələrinin həyata keçirilməsi də regionlarda məşğulluğun artırılması baxımından çox vacibdir. Son 23 ildə ölkəmizdə genişmiqyaslı su layihələrinin icrasının prioritetliyi təmin edilib. Dövlət investisiya qoyuluşu hesabına həyata keçirilən belə layihələrini statistikası kifayət qədər zəngindir. Bəhs olunan dövrdə “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev”, “Vayxır” su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası, Samur-Abşeron su kəmərinin yenidən qurulması və əksər şəhər və rayon mərkəzlərinin içməli su və kanalizasiya xidmətləri ilə təchiz edilməsi respublikamızın su təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Yeni layihələrin icrası da gündəmdədir.
İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan su layihələri də kifayət qədər geniş əhatə dairəsinə malikdir. Bu ərazilər su ehtiyatları ilə zəngin bir diyardır. Respublikamızın su mənbələrinin təqribən dörddəbir hissəsi məhz üç onillik ərzində Ermənistanın nəzarətində qalmış regionda formalaşır. İndi həmin torpaqlar azaddır. Qalib Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra vaxt itirmədən qeyd olunan ərazilərin su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsini hədəfləyən layihələrin icrasına start verib. Bu ərazilərdə ötən beş il ərzində “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Zabuxçay” su anbarları yenidən qurulub. Bu istiqamətdə işlər gələcəkdə də davam etdirləcək. O cümlədən “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur.
Aqrar sektorda əmək məhsuldarlığının artırılması
Dövlət başçısının təsdiqlədiyi Tədbirlər Planında aqrar sektorda əmək məhsuldarlığının artırılması məqsədilə müasir texnologiyaların (ağıllı texnologiyalar, müasir suvarma sistemləri, intensiv bağçılıq, intensiv ferma modelləri və s.) tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Hazırda geniş potensiala malik kənd təsərrüfatının intensiv yollarla inkişaf etdirilməsi Azərbaycanın inkişaf gündəliyində xüsusi yer tutur. Bir qədər bundan əvvəl təsdiqlənən “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ölkədə dayanıqlı və yüksək dəyər yaradan aqrar sektorun formalaşdırılmasını nəzərdə tutur. Dövlət Proqramının fəlsəfəsinə əsasən məqsəd yalnız əkin sahələrinin genişləndirilməsi deyil, mövcud torpaq ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və daha keyfiyyətli məhsul əldə edilməsidir. Bütövlükdə proqram 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Son nəticədə qarşıya qoyulan məqsədlərə çatılması ölkədə regional inkişafın təmin edilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yeni ixrac imkanları yaradılmasına, ən əsası isə indiki qlobal çağırışlar fonunda aktuallığı heç vaxt olmadığı qədər artan və milli təhlükəsizliyin mühüm tərkib hissəsinə çevrilən özünütəminat səviyyəsinin yüksəldilməsinə mühüm töhfə olacaq.
Ölkədə kənd təsərrüfatının inkişaf perspektivlərindən bəhs edərkən Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin böyük aqrar potensialının olduğu reallığını mütləq qaydada nəzərə almaq lazımdır. Tarixən də burada kənd təsərrüfatında ayrı-ayrı istiqamətlər üzrə yaxşı ənənələr formalaşıb, demək olar ki, hər rayon bu və ya digər istiqamət üzrə ixtisaslaşıb. Mütəxəssislərin də qənaəti belədir ki, ənənələri dirçəltməklə Cəbrayılda heyvandarlıq, üzümçülük və baramaçılıq, Xocalıda kartofçuluq, üzümçülük və heyvandarlıq, Ağdamda heyvandarlıq, pambıqçılıq, taxılçılıq, Kəlbəcərdə heyvandarlıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, Laçında heyvandarlıq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, Qubadlıda heyvandarlıq, taxılçılıq, arıçılıq, baramaçılıq, üzümçülük, Füzulidə taxılçılıq, qoyunçuluq, bitkiçilik, Xocavənddə heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, Şuşa rayonunda heyvandarlıq, meyvəçilik, quşçuluq, Zəngilanda heyvandarlıq, tütünçülük, taxılçılıq, üzümçülük, arıçılıq, baramaçılıq sahələrini dirçəltmək və inkişaf etdirmək mümkündür. Bununla da həm ölkənin ərzaq təhlükəsizliyinə güclü dəstək veriləcək, həm də Ümumi Daxili Məhsul (ÜDM) istehsalının artması üçün yeni mənbə formalaşmış olacaq.
Digər bir mühüm məqam ondan ibarədir ki, azad ərazilərin aqrar potensialının hərəkətə gətirilməsi Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramının həyata keçirilməsinə də güclü təkan verəcək. Bu gün azad ərazilərdə 80 mindən çox əhali yaşayır. Buradan da doğma yurd yerlərinə məmnuniyyətlə köç edən insanların məşğulluğu məsələsinin aktuallığı gündəmə gəlir. Bəhs olunan ərazilərin aqrar potensialının hərəkətə gətirilməsi isə yeni iş yerlərinin açılması deməkdir. İşğaldan azad olunmuş ərazilərin aqrar imkanlarından geniş istifadə olunması üçün bütün zəruri şərtlər var. Xüsusilə də bu yerlərin münbit torpağı və su ehtiyatlarının zənginliyi kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə edilməsinə şərait yaradır.
Hazırda işğaldan azad olunmuş ərazilərdə aqroparkların yaradılması da geniş vüsət alıb. Bütövlükdə aqroparklar müasir aqrar istehsalın təşkili, yeni texnologiyaların tətbiqi, yüksək məhsuldarlığın əldə olunması və yurd yerlərinə köç edən soydaşlarımızın məşğulluğunun təmin edilməsi baxımından müstəsna önəm daşıyır.
Özünüməşğulluq proqramının genişləndirilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) bu ilin birinci yarısında 200,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 82 min şəxs münasib işlərlə təmin olunub. Ölkəmizdə həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də özünüməşğulluq proqramıdır. Tədbirlər Planında özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Özünüməşğulluq - şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Özünüməşğulluq proqramı Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilir. Proqram çərçivəsində DMA tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir. Qeyd edilən kateqoriyalara aid vətəndaşlara proqram çərçivəsində dövlət vəsaiti hesabına birbaşa mal və materiallar formasında aktivlər verilir. Proqram kənd təsərrüfatı, istehsal və ya xidmət sahələrini əhatə edir. Proqramın icrası zamanı şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ünvanlı dövlət sosial yardımı alan şəxslər, əlilliyi olan şəxslər və 18 yaşadək əlilliyi olan şəxslər, 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə müəssisəsindən azad edilmiş işsiz şəxslər üstün hüquqa malikdirlər. Proqrama müraciət etmiş vətəndaşların növbəliliyi qeyd olunan kateqoriyalar üzrə meyarlar əsasında müəyyən edilir. Vətəndaşlar öz növbələri barədə məlumatı məşğulluq filiallarından və ya Agentliyin saytında yaradılan növbəlilik reyestrindən əldə edə bilirlər.
Proqramın icrasına başlanıldığı 2017-ci ildə 1172 nəfər özünüməşğulluğa cəlb olunub. Sonrakı illərdə bu rəqəm mütəmadi qaydada artırılıb. Həmçinin təhlillər əsasında potensial biznes ideyalar üzrə aktual və iqtisadi cəhətdən dayanıqlı 13 yeni zərf yaradılıb. Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası cari ildə də uğurla davam edir. Dövlət Məşğulluq Agentliyi tərəfindən 2026-cı ilin ilk beş ayı ərzində 950-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub. Mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.
Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə edilməsi üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər. Neqativ halların qarşısının alınması, şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması və ədalət prinsipinin qorunub saxlanılması məqsədilə “Növbəlilik reyestri” hazırlanaraq istifadəyə verilib: “Vətəndaş məmnunluğunun artırılması, müraciət etmiş hər bir vətəndaşa real vaxt rejimində öz növbəsini izləmək imkanının yaradılması məqsədilə özünüməşğulluğun növbəlilik reyestri ictimaiyyətə açıq şəkildə Agentliyin rəsmi internet saytında yerləşdirilib. Gələcək planlarda kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə zərflərin tərkibinin, idarəetmə və koordinasiya mexanizminin təkmilləşdirilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması, iqtisadiyyatın inkişafının və vətəndaşların sosial rifahının yüksəldilməsi əsas prioritet istiqamətlər kimi saxlanılacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22

