Böyük Britaniya hökuməti Rusiya tankerinin ələ keçirilməsini müdafiə edib
13.08.2026 [21:55]
Böyük Britaniya hökuməti Rusiya Prezidenti Vladimir Putinin cavab tədbirləri ilə bağlı açıqlamasından sonra La-Manş boğazında Rusiyanın “kölgə donanması”na aid neft tankerinin ələ keçirilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, “Smyrtos” adlı tanker iyun ayında Britaniya Kral Dəniz Piyadalarının xüsusi əməliyyatı nəticəsində saxlanılıb və gəmiyə hərbçilər tərəfindən baxış keçirilib. Daha sonra tanker Ueymut sahilləri yaxınlığında lövbər salmağa məcbur edilib. Bu, sanksiyalara məruz qalan tankerlərin fəaliyyətinin qarşısının alınması məqsədilə Böyük Britaniyanın həyata keçirdiyi ilk belə əməliyyat olub.
Gəminin kapitanı Ajay Pant Rusiya əleyhinə sanksiyaları pozmaqda ittiham olunur. Onun qadağan edilmiş Rusiya neftinin birbaşa və ya dolayı yolla tədarükündə iştirak etdiyi iddia edilir. Sakit okeanda Rusiya hərbi-dəniz qüvvələrinin təlimlərini izləyən Vladimir Putin Qərb ölkələrinin Rusiya gəmilərini ələ keçirməsini “dəniz quldurluğu və banditizm” adlandırıb. “Əgər bu planlar həyata keçirilərsə, biz də eyni şəkildə cavab verməli olacağıq. Bu, mütləq gəmilərimizə qarşı əməliyyatların planlaşdırıldığı sularda deyil, zəruri və məqsədəuyğun hesab etdiyimiz istənilən yerdə ola bilər”, - deyə Rusiya Prezidenti bildirib.
Putinin açıqlamalarına cavab olaraq Böyük Britaniya hökuməti “Smyrtos” tankerinə Britaniya Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının beynəlxalq hüquqa tam uyğun şəkildə müdaxilə etdiyini açıqlayıb.
Hökumətin sözçüsü bildirib ki, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinə töhfə verən “kölgə donanması” gəmilərinin fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. O, Böyük Britaniya hərbi və kommersiya gəmilərinin beynəlxalq dəniz hüququna uyğun fəaliyyət göstərdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13

