Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gələcəyin Naxçıvanı: Böyük Hədəflər, Reallığa Çevrilən Layihələr​

Gələcəyin Naxçıvanı: Böyük Hədəflər, Reallığa Çevrilən Layihələr​

14.08.2026 [13:08]

​Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana son səfəri muxtar respublikanın
gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Səfər
çərçivəsində bir sıra mühüm layihələrin təqdim olunması, yeni sosial və
infrastruktur obyektlərinin təməlinin qoyulması, Naxçıvan şəhərinin 2044-cü
ilədək inkişafına dair Baş Planın nəzərdən keçirilməsi bu qədim diyarın qarşısında
dayanan yeni hədəfləri bir daha ortaya qoydu.
​Səfərdən cəmi bir gün sonra imzalanan sərəncam isə qarşıdakı dövr üçün
müəyyənləşdirilən prioritetlərin maliyyə baxımından da təmin olunacağını
göstərdi. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafının daha da sürətləndirilməsi məqsədilə 2026–2027-ci illərdə müxtəlif
layihələrin həyata keçirilməsi üçün ümumilikdə 258 milyon manat vəsait ayrılması
nəzərdə tutulur. Bu, Naxçıvanın inkişafı ilə bağlı həyata keçirilən siyasətin ardıcıl
xarakter daşıdığını göstərən mühüm addımdır. Görülən işlər yeni mərhələnin
başlanğıcıdır.
​Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər isə göstərir ki, bu
proses artıq yeni mərhələyə daxil olur.
​“Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən
işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”, – deyə dövlət başçısı
bildirib.
​Bu fikirlər Naxçıvanla bağlı dövlət siyasətinin əsas istiqamətini aydın şəkildə ifadə
edir. Burada məqsəd yalnız mövcud problemləri həll etmək deyil, həm də muxtar
respublikanın iqtisadi potensialını daha geniş şəkildə reallaşdırmaq, sosial rifahı
yüksəltmək və müasir inkişaf modelini formalaşdırmaqdır. 258 milyon manatlıq
yeni inkişaf paketi, yeni sərəncam Naxçıvanın qarşıdakı inkişaf mərhələsinin
miqyasını təsəvvür etməyə imkan verir.
​Prezidentin səfəri zamanı diqqət çəkən mühüm məsələlərdən biri Naxçıvan
şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın təqdim olunması idi.
Uzunmüddətli Baş Plan şəhərin gələcək inkişafına sistemli yanaşmanı təmin edir.
Müasir şəhərsalma prinsipləri, nəqliyyat infrastrukturu, yaşıllıq əraziləri, yaşayış
məkanları və ictimai zonaların inkişafı Naxçıvanın gələcək şəhər modelinin əsas
istiqamətlərini təşkil edir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki,
Naxçıvanın tarixi simasının qorunması ilə müasir şəhər mühitinin yaradılması
paralel şəkildə nəzərdə tutulur. Bu yanaşma Naxçıvan üçün xüsusi əhəmiyyət
daşıyır. Çünki bu şəhər yalnız müasir infrastrukturu ilə deyil, minillik dövlətçilik
və mədəniyyət tarixi ilə də Azərbaycanın ən mühüm şəhərlərindən biridir.

​Naxçıvanın tarixi-mədəni irsinin qorunması istiqamətində görülən işlər də diqqət
mərkəzində olub. Görkəmli memar Əcəmi Naxçıvaninin abidəsinin açılması və
Möminə Xatun türbəsində aparılan bərpa-konservasiya işləri Naxçıvanın tarixi
irsinə dövlət səviyyəsində göstərilən diqqətin nümunələridir. Bu layihələrin turizm
baxımından da mühüm potensialı var. Naxçıvanın zəngin tarixi, qədim memarlıq
nümunələri və təbii imkanları müasir turizm infrastrukturu ilə birləşdirildikcə
muxtar respublikanın turizm imkanları daha da genişlənə bilər.
​Naxçıvanın inkişafında enerji məsələsi də xüsusi yer tutur. Muxtar respublikanın
yaşıl enerji zonası elan edilməsi bu sahədə qarşıya qoyulan məqsədlərin strateji
xarakter daşıdığını göstərir. Hazırda Naxçıvanda müxtəlif bərpaolunan enerji
layihələri həyata keçirilir. Ümumi gücü 50 meqavat olan “Şəms-1” və “Üfüq”
günəş elektrik stansiyalarının, 36 meqavat gücündə “Ordubad” və 15,6 meqavat
gücündə “Tivi” su elektrik stansiyalarının inşası davam etdirilir. Yeni layihələrin
reallaşdırılması Naxçıvanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, bərpaolunan
enerji mənbələrindən istifadənin genişləndirilməsinə və gələcəkdə daha dayanıqlı
enerji sisteminin formalaşdırılmasına imkan verəcək.
​Nəqliyyat infrastrukturunun gücləndirilməsi yalnız insanların rahat hərəkətinə
xidmət etmir. Bu, eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi, turizmin
inkişafı və Naxçıvanın tranzit imkanlarından daha səmərəli istifadə edilməsi
baxımından da mühüm əhəmiyyət daşıyır.
​Naxçıvanda həyata keçirilən yeni layihələrin mühüm hissəsi birbaşa insanların
həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Sosial evlər kompleksinin təməlinin
qoyulması, yaşayış binalarının əsaslı təmiri, yeni məktəbəqədər təhsil
müəssisələrinin tikintisi, tələbələr üçün yataqxananın yaradılması və ictimai
nəqliyyatın yenilənməsi sosial siyasətin əsas istiqamətlərini təşkil edir. Bu
layihələrin hər biri insanların gündəlik həyatına birbaşa təsir göstərən addımlardır.
Beləliklə, Naxçıvanın inkişaf strategiyasında iqtisadi artımla sosial rifah bir-
birindən ayrılmır. Yeni istehsal və infrastruktur imkanlarının yaradılması ilə
yanaşı, insanların daha rahat və təhlükəsiz şəraitdə yaşaması üçün də mühüm
layihələr həyata keçirilir.
​Prezident İlham Əliyevin Naxçıvana səfəri və səfərin ardınca qəbul edilən yeni
qərarlar göstərir ki, muxtar respublikanın inkişafı uzunmüddətli və sistemli
xarakter daşıyır. Bütün bunlar Naxçıvanın gələcəyinə kompleks yanaşmanın
formalaşdırıldığını göstərir. Əsas məsələ isə qəbul edilən qərarların ardıcıl və
keyfiyyətli şəkildə icra olunmasıdır. Çünki qarşıdakı dövrdə həyata keçiriləcək
layihələr Naxçıvanın yalnız fiziki görünüşünü deyil, onun iqtisadi imkanlarını,
sosial mühitini və insanların həyat keyfiyyətini də dəyişdirə bilər.

​Görülən işlər artıq gələcək üçün müəyyən edilmiş konkret hədəflərlə tamamlanır.
Naxçıvanın qarşısında yeni inkişaf mərhələsi açılır. Bu mərhələnin əsas
xüsusiyyəti isə tarixi irsin qorunması, müasir infrastrukturun yaradılması, iqtisadi
potensialın genişləndirilməsi və ən əsası, insanların rifahının yüksəldilməsinin
vahid inkişaf strategiyasında birləşdirilməsidir.

Gülnar Əlizadə
YAP Şahbuz rayon Təhsil Şöbəsinin ərazi partiya təşkilatının sədri, Şahbuz rayon
Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31