Naxçıvan — Ulu Öndərin yadigarı, milli ruhumuzun və dövlətçilik irsimizin ünvanı
14.08.2026 [13:10]
“Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu
Öndər bəxş edib.” – Cənab Prezident İlham Əliyevin bu fikri Naxçıvanın
Azərbaycan dövlətçilik tarixindəki müstəsna yerini, bu qədim diyarın
xalqımıza bəxş etdiyi böyük şəxsiyyətin tarixi missiyasını və Heydər
Əliyev–Naxçıvan bağlılığının mahiyyətini özündə əks etdirən dərin
məzmunlu ifadədir. Naxçıvan yalnız Azərbaycanın qədim və zəngin
tarixə malik bölgəsi deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin ən
mühüm səhifələrinin yazıldığı müqəddəs məkandır. Bu torpaq Ulu Öndər
Heydər Əliyev kimi dahi şəxsiyyətin doğulduğu, onun siyasi iradəsinin və
dövlətçilik düşüncəsinin formalaşdığı, ən ağır tarixi sınaqlardan keçərək
Azərbaycanın gələcəyinə işıq saldığı yerdir.
Ulu Öndər Heydər Əliyevin Naxçıvanla münasibəti sadəcə doğulduğu
torpağa bağlılıqdan ibarət deyildi. Bu bağlılıq onun bütün siyasi
fəaliyyətində özünü göstərən dövlətçilik məsuliyyəti idi. Xüsusilə
1990–1993-cü illərdə Naxçıvanın taleyi ilə bağlı qəbul etdiyi qərarlar
Azərbaycan dövlətçiliyinin gələcəyi baxımından böyük əhəmiyyət daşıdı.
1990-cı ilin iyulunda Naxçıvana qayıdan Ümummilli Lider xalqın böyük
etimadı ilə qarşılandı və həmin ilin sentyabrında Azərbaycan SSR Ali
Sovetinə və Naxçıvan Ali Sovetinə deputat seçildi. O, Naxçıvan Ali
Məclisinin Sədri kimi son dərəcə mürəkkəb siyasi şəraitdə muxtar
respublikanın müdafiəsi, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və
milli dövlətçilik ideyalarının yaşadılması istiqamətində mühüm addımlar
atdı.
Məhz Naxçıvanda milli dövlətçilik tariximizin mühüm qərarları qəbul
edildi. Üçrəngli Azərbaycan bayrağının Naxçıvan Ali Məclisində dövlət
rəmzi kimi qəbul edilməsi, 31 Dekabrın Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü kimi təsis olunmasına gedən yolun Naxçıvandan
başlanması və digər mühüm qərarlar Ulu Öndərin milli dövlətçilik
strategiyasının mühüm nümunələridir. Bu baxımdan Naxçıvanı Heydər
Əliyevin siyasi irsinin formalaşdığı mühüm dövlətçilik məktəbi
adlandırmaq mümkündür.
Naxçıvanın blokada şəraitində olduğu, iqtisadi və enerji çətinliklərinin
yaşandığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi əhalidə inam yaratdı.
Onun üçün Naxçıvanın qorunması Azərbaycanın bütövlüyünün
qorunması demək idi. Elə buna görə də sonrakı illərdə Prezident kimi
Naxçıvana səfərləri zamanı da bu diyarın problemlərini daim diqqət
mərkəzində saxladı.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının
Prezidenti seçilməsindən sonra Naxçıvanla bağlı siyasəti yeni mərhələyə
qədəm qoydu. Prezident kimi Naxçıvana etdiyi səfərlər onun doğma
diyarına münasibətinin dövlət siyasəti səviyyəsində davam etdiyini
göstərirdi.
1996-cı il səfəri Naxçıvanda gedən quruculuq proseslərinə diqqətin
göstəricisi idi. 1999-cu ildə isə Naxçıvan Muxtar Respublikasının 75 illik
yubileyi ilə bağlı tədbirlərdə iştirak edən Ulu Öndər muxtar respublikanın
tarixi və dövlətçilik əhəmiyyətini bir daha ön plana çıxardı. Həmin səfər
zamanı yeni müəssisələrin açılışında iştirak etməsi və Naxçıvanın
gələcəyi ilə bağlı məsələləri diqqətdə saxlaması onun regionun inkişafına
verdiyi önəmi göstərirdi. 2002-ci ilin iyununda Naxçıvana səfəri zamanı
Ulu Öndər Heydər Əliyev Olimpiya-İdman Kompleksinin açılışında, hərbi
hissədə keçirilən tədbirdə və rəssam Bəhruz Kəngərlinin xatirəsinə
yaradılmış muzeyin açılışında iştirak etdi. Bu səfər Naxçıvanın sosial,
mədəni və hərbi potensialının gücləndirilməsinə yönəlmiş siyasətin
nümunəsi idi.
Ulu Öndərin 2002-ci ilin avqustunda Naxçıvana səfəri isə həm siyasi,
həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Avqustun 14-də
Sədərək rayonunda Ermənistan Prezidenti Robert Köçəryanla görüş
keçirildi. Bununla yanaşı, Heydər Əliyev Naxçıvanın sosial-iqtisadi
inkişafı ilə bağlı məsələləri də diqqətdə saxladı. Özünün səfərdən sonra
verdiyi müsahibəsində bildirdiyi kimi, səfərin əsas məqsədlərindən biri
Ermənistan Prezidenti ilə görüşmək, digəri isə Naxçıvan üçün vacib
sosial-iqtisadi proqramların həyata keçirilməsi ilə bağlı qərarlar qəbul
etmək idi. Bu faktlar göstərir ki, Heydər Əliyevin Prezident kimi
Naxçıvana səfərləri protokol xarakterli səfərlər deyildi. Hər səfər konkret
siyasi, iqtisadi, sosial, mədəni və təhlükəsizlik məsələlərinin həlli ilə
müşayiət olunurdu.
Bu tarixi xəttin davamını 11 avqust 2026-cı ildə Prezident İlham Əliyevin
Naxçıvana səfərində aydın şəkildə görmək mümkündür. Cənab
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın
Naxçıvana mühüm və əhəmiyyətli səfəri qədim diyarın yeni inkişaf
mərhələsini nümayiş etdirən mühüm hadisələrdən biri oldu. Səfər
çərçivəsində sənaye, enerji, infrastruktur, təhlükəsizlik və sosial-iqtisadi
inkişaf istiqamətlərində bir sıra mühüm tədbirlər həyata keçirildi. Səfərin
əsas gündəliyində Naxçıvanın gələcək inkişaf potensialının daha geniş
reallaşdırılması dayanır. Səfər zamanı Naxçıvan Sənaye Parkının təməli
qoyuldu. 2024-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan
park Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək
avtomobil yolunun cənubunda 310 hektar ərazini əhatə edir. Burada
müasir istehsal və xidmət infrastrukturu, enerji, qaz, su, nəqliyyat və
digər imkanların yaradılması nəzərdə tutulur. Bu layihənin məhz 11
avqust səfəri çərçivəsində reallaşması xüsusi məna daşıyır. Çünki Ulu
Öndər Heydər Əliyevin vaxtilə Naxçıvanın ən ağır dövrlərində qoruyub
saxladığı iqtisadi və siyasi potensial bu gün müasir sənaye, enerji və
logistika layihələri ilə yeni məzmun qazanır.
Səfər çərçivəsində günəş elektrik stansiyaları ilə bağlı layihələrə də
diqqət yetirilməsi Naxçıvanın enerji potensialının inkişaf etdirilməsi
baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvanın enerji
təhlükəsizliyinin gücləndirilməsi, bərpaolunan enerji imkanlarının
genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi regionun gələcək
inkişaf modelinin əsas istiqamətlərindən birini təşkil edir.
Beləliklə, 11 avqust səfərində bir tərəfdən Naxçıvanın tarixi keçmişinə
ehtiram nümayiş etdirilir, digər tərəfdən isə bu qədim diyarın gələcəyinə
hesablanmış böyük layihələr həyata keçirilir.
Cənab Prezident İlham Əliyevin Naxçıvana səfərlərində Ulu Öndərin
xatirəsinə ehtiram xüsusi yer tutur. Bunun ən parlaq nümunələrindən biri
2021-ci il mayın 10-da – Heydər Əliyevin doğum günündə Prezident
İlham Əliyevin Naxçıvana səfəri idi. Dövlət başçısı həmin səfəri xüsusi
rəmzi məna daşıyan səfər kimi qiymətləndirmiş və Naxçıvanı Ulu
Öndərin Vətəni adlandırmışdı. Həmin səfər zamanı mərhum babası
Əlirza Əliyevin məzarını ziyarət edən Prezident İlham Əliyev bu ailənin
Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini qeyd
etmişdi. Bu məqam Naxçıvanın Heydər Əliyev həyatındakı yerini daha
aydın göstərir. Naxçıvan Ulu Öndərin doğulduğu torpaq olmaqla yanaşı,
onun siyasi irsinin mühüm mərhələlərinin yaşandığı, Azərbaycan
dövlətçiliyinin ən çətin günlərində milli iradənin nümayiş etdirildiyi
məkandır.
Bu gün Cənab Prezident İlham Əliyevin Naxçıvana hər səfəri həmin tarixi
yaddaşla müasir dövlət siyasətinin vəhdətini nümayiş etdirir.
Ulu Öndər Heydər Əliyevin Naxçıvan siyasətinin əsas məqsədi bu qədim
diyarın Azərbaycanın ayrılmaz hissəsi kimi siyasi, iqtisadi və sosial
baxımdan dayanıqlı inkişafını təmin etmək idi. Cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə isə bu məqsəd müasir
inkişaf modelinin tələblərinə uyğun şəkildə yeni məzmun qazanır.
Bu gün Naxçıvanda sənaye parkının yaradılması, enerji layihələrinin
genişləndirilməsi, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, sosial
obyektlərin yenilənməsi, turizm və kənd təsərrüfatı imkanlarının
artırılması regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə
xidmət edir. Naxçıvanın Azərbaycan iqtisadiyyatına daha sıx
inteqrasiyası və beynəlxalq nəqliyyat əlaqələrində rolunun artırılması da
gələcək inkişafın mühüm istiqamətlərindəndir.
Prezident İlham Əliyev 2026-cı ilin əvvəlində Naxçıvanın Qarabağ və
Şərqi Zəngəzurla vahid inkişaf məkanında əlaqələndirilməsi, nəqliyyat və
enerji imkanlarının genişləndirilməsi ilə bağlı strateji yanaşmaları da
diqqətə çatdırmışdı. Bu baxımdan Naxçıvanın inkişafına yalnız regional
məsələ kimi yanaşmaq doğru olmaz. Naxçıvan Azərbaycanın geosiyasi
mövqeyində, Türk dünyası ilə əlaqələrində, nəqliyyat və enerji
layihələrində xüsusi əhəmiyyət daşıyan strateji məkandır.
Ulu Öndər Heydər Əliyev Naxçıvanın ən mürəkkəb illərində bu torpağın
siyasi və iqtisadi dayaqlarını qorudu. Azərbaycan Prezidenti olduğu
dövrdə də Naxçıvanı diqqətdən kənarda saxlamadı, dəfələrlə bu diyara
səfər edərək onun problemləri ilə yaxından maraqlandı, yeni layihələrin
və sosial-iqtisadi proqramların həyata keçirilməsinə xüsusi əhəmiyyət
verdi. Bu gün Cənab Prezident İlham Əliyev həmin siyasi irsi yeni tarixi
reallıqlar şəraitində davam etdirir. Qarabağ və Şərqi Zəngəzurda Böyük
Qayıdışın həyata keçirildiyi, Azərbaycanın regional mövqeyinin
gücləndiyi bir dövrdə Naxçıvanın inkişafı da vahid dövlət strategiyasının
mühüm tərkib hissəsinə çevrilir.
Naxçıvan tarix boyu Azərbaycan xalqına böyük şəxsiyyətlər bəxş edib.
Lakin bu şəxsiyyətlər arasında Ulu Öndər Heydər Əliyevin yeri xüsusi və
misilsizdir. Çünki onun fəaliyyəti yalnız bir dövrə və ya bir sahəyə sığmır.
O, Azərbaycanın siyasi tarixini dəyişdirdi, dövlətçilik ənənələrini
möhkəmləndirdi, milli ideyanı dövlət siyasətinin əsas dayaqlarından
birinə çevirdi və müstəqil Azərbaycanın möhkəm təməllərini yaratdı.
Bu gün Naxçıvana baxarkən bir tərəfdə Ulu Öndərin uşaqlıq və gənclik
illərinin keçdiyi, onun siyasi mübarizəsinin mühüm səhifələrinin yazıldığı
qədim diyarı, digər tərəfdə isə Cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə gələcəyə doğru inamla addımlayan müasir Naxçıvanı görürük.
Bu mənzərə tarixin bir mühüm qanunauyğunluğunu ortaya qoyur: böyük
şəxsiyyətlər öz doğulduqları torpağın tarixini dəyişməklə kifayətlənmir,
həmin torpağın gələcəyinə də öz möhürlərini vururlar.
Naxçıvanla Heydər Əliyev arasında olan bağlılıq Azərbaycan tarixində
əbədi yaşayacaq. Bu torpaq Azərbaycan xalqına Ulu Öndər Heydər
Əliyev kimi dahi şəxsiyyət bəxş etdi. Ulu Öndər isə öz növbəsində
Naxçıvanın ən ağır günlərində onun yanında dayandı, milli dövlətçilik
ideyalarını burada yaşatdı və bu qədim diyarın Azərbaycanın siyasi
tarixindəki xüsusi mövqeyini daha da möhkəmləndirdi.
Bu baxımdan 11 avqust səfərinin ən mühüm mesajlarından biri budur:
Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başladığı dövlətçilik və quruculuq
missiyası tarixdə qalmayıb – Cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.
Naxçıvan Ulu Öndərin doğulduğu torpaqdır. Bu torpağın hər qarışında
Heydər Əliyev irsinin izləri yaşayır. Bu gün həmin izlər müasir quruculuq
layihələri, yeni iqtisadi imkanlar, güclənən enerji və nəqliyyat
infrastrukturu ilə gələcəyə doğru uzanır.
Naxçıvan Azərbaycan xalqına Heydər Əliyev kimi Ulu Öndər bəxş etdi.
Ulu Öndər Heydər Əliyev isə Naxçıvana dövlətçilik tariximizin əbədi
səhifələrində özünəməxsus və silinməz yer qazandırdı. Bu gün Cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin böyük irs yeni inkişaf
mərhələsində davam edir və Naxçıvan Azərbaycanın güclü, müasir və
gələcəyə inamla baxan bölgələrindən birinə çevrilir.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10

