Anar Nəbiyev:Naxçıvan: sabitlik, inkişaf və tərəqqi məkanı
14.08.2026 [13:12]
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın
avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində təqdim
edilən layihələr muxtar respublikanın gələcək inkişafının təqdimatı oldu.
Muxtar respublikanın kompleks inkişafı, idarəetmədə keyfiyyətcə yeni
mərhələyə keçid və bölgənin strateji rolunun artırılması baxımından növbəti
mühüm addım olan bu səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla
bağlı xüsusi xəttinin məntiqi davamıdır. Dövlətimizin başçısı İlham Əliyev
Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə
tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham
Əliyev Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər
çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında
iştirak edib, bölgənin inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Cənab İlham
Əliyev Azərbaycan Televiziyasına müsahibəsində muxtar respublikaya
səfərinin təfərrüatlarını, yekunlarını və nəticələrini qiymətləndirərkən
bildirdi ki, əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər
özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar
Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir ki,
Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl
nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu,
Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ
görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar
veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.
Dövlətimizin başçısı bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu illər
ərzində ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi
məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər
görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın
hərbi gücü özünü göstərdi. Bu da Azərbaycan Silahlı Qüvvələrində son
vaxtlar müşahidə olunan mənzərədir: “Bildiyiniz kimi, Naxçıvanda mənim
Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan
Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın
spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi
bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın
təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu,
daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi,
Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən
Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.
Muxtar respublikada iş yerlərinin yaradılması ilə bağlı görülən və
görüləcək işlər də xüsusi diqqətdə oldu. Belə ki, səfər zamanı Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan
Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdilər. Bu sənaye parkı
Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb.
Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq
ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici
və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su,
rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması
nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-
Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar
ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb
olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.
Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir
Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye
Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı,
Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir. Bundan başqa, Gəncə şəhərinin və
Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında
infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır. Bu
sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da
101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard
manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb.
Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki,
Azərbaycanda göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların
arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye
Parkından sonra ikincidir: “Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki,
tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır. Eyni zamanda,
bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik
stansiyası inşa ediləcək. Onu bildirməliyəm ki, bu gün Naxçıvanın
generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə
artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan
Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac
məsələləridir”.
Naxçıvanda aparılan işlərin əsas məqsədi bölgənin sosial-iqtisadi
potensialını daha da gücləndirmək, müasir infrastruktur formalaşdırmaq və
Naxçıvanı Azərbaycanın ümumi iqtisadi inkişaf proseslərinə daha sıx
inteqrasiya etməkdir. Cənab İlham Əliyev Naxçıvanın gələcəkdə nəqliyyat
imkanları ilə bağlı çağırışlarını da səsləndirdi. Dövlət başçısı Azərbaycan
Televiziyasına müsahibəsində Zəngəzur dəhlizindən keçəcək yük həcminin
Naxçıvanda iqtisadi canlanmanı sürətləndirəcəyini bildirdi. Söhbət 15
milyon ton və daha çox yükdən gedir. Bu isə yeni iş yerlərinin yaradılması,
iqtisadi fəallığın yüksəlməsi və Naxçıvanın əvəzolunmaz nəqliyyat
mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Zəngəzur
dəhlizi Naxçıvanın coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək üçün
imkan yaradır. Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat
bağlantısına malik olmaqla yanaşı, Şərq-Qərb istiqamətində beynəlxalq
yükdaşımaların mühüm marşrutlarından birinə çevrilə bilər.
Muxtar respublikada kompleks tədbirlərin həyata keçirilməsi hərtərəfli
inkişafı şərtləndirən əsas amillərdəndir. Dövlətimizin başçısı İlham Əliyevin
səfərdən sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam da
özündə mühüm məqamları əks etdirir. Məqsəd Naxçıvan Muxtar
Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji
mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil
infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam
etdirilməsini təmin etməkdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

