Enerji, logistika və yaşıl transformasiya layihələri
14.08.2026 [13:24]
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də
Naxçıvan Muxtar Respublikasında səfərdə oldular. Bu. cənab İlham Əliyevin
Prezidentliyi dövründə muxtar respublikaya sayca 17-ci səfəri idi. Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində bir sıra sosial
obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakları, həmçinin Azərbaycan
Televiziyasına müsahibəsi muxtar respublikanın gələcək inkişafının aydın mənzərəsini
təqdim etdi. Səfər çərçivəsində ən mühüm iqtisadi hadisələrdən biri Naxçıvan Sənaye
Parkının təməlinin qoyulması oldu. Bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü
ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili
məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə
isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə,
nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur.
Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun
cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye
parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə
danışıqlar aparılır.
Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı,
Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul
Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı)
fəaliyyət göstərir. Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati
ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki
şərtlərin alınması prosesi aparılır. Bu sənaye parklarında ümumilikdə 184 rezident
qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər
tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri
yaradılıb. Xatırladaq ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında
ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq
hissəsi ixrac olunub.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Digər
tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən
və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu.
Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların
arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından
sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye
Parkında artıq praktiki işlər başlanacaqdır” söyləyərək onu da vurğuladı ki, bu Parkın
tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Bu
gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5
dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar
Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir.
Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr
varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən
bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. İstisna edilmir
ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın
xüsusi rolu danılmazdır. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz elə etməliyik ki,
Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın.
Son illərdə Naxçıvanla bağlı bir sıra mühüm Dövlət Proqramları və Tədbirlər Planları
qəbul edilib. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət
Proqramı” təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat
səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam
inteqrasiyasını hədəfləyən Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib.
Bununla yanaşı, Naxçıvanda yeni istilik elektrik stansiyasının tikintisi, Naxçıvan Sənaye
Parkının yaradılması, Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin yenilənməsi, su
ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılması, eləcə də muxtar respublikanın paylayıcı elektrik şəbəkəsinin yenidən
qurulması və bərpası ilə bağlı qəbul edilmiş qərarlar inkişaf prosesinin kompleks və
uzunmüddətli xarakter daşıdığını göstərir.
Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində diqqət göstərdiyi məsələlərdən biri
Zəngəzur dəhlizi oldu. Dövlət başçısı bir daha vurğuladı ki, Zəngəzur dəhlizinin
yaradılması Azərbaycanın təşəbbüsüdür və əsas məqsəd Azərbaycanın əsas hissəsi ilə
onun ayrılmaz hissəsi olan Naxçıvan arasında əlaqəni təmin etməkdir. Prezident bu
istiqamətdə artıq hədəfə çox yaxınlaşıldığını bildirdi.
Bu layihənin əhəmiyyəti Naxçıvan üçün böyükdür. Belə ki, dəhlizin reallaşması ilə
Naxçıvan Azərbaycan ərazisinin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək,
dəmir yolu şəbəkəsinə tam inteqrasiya olunacaq, avtomobil nəqliyyatı imkanlarını
genişləndirəcək, Türkiyə ilə daha sürətli quru bağlantısına malik olacaq, Orta Dəhlizin
mühüm seqmentinə çevriləcək, beynəlxalq tranzit və logistika mərkəzi statusunu
gücləndirəcək. Dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, əlbəttə ki, Zəngəzur
dəhlizindən keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya
gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə
bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam
mümkündür.
Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində muxtar respublikaya 17
dəfə səfər etdiyini xatırladaraq bildirdi ki, səfərim və səfər zamanı iştirak etdiyim
tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası
hərtərəfli inkişaf edir. Hər səfərin böyük mənası və gözəl nəticələri vardır. Bu illər
ərzində bir çox önəmli layihələr icra olundu. Naxçıvanın ümumi inkişafı təmin edildi.
Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da
lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57

