Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin edilib
14.08.2026 [15:29]
Qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan
Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur,
ölkəmizin inkişafında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası bu gün Dövlət
Proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin
artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.
Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də
Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində
səsləndirdiyi çağırışlar hazırda ölkə mətbuatında geniş şərh edilir. Bu mühüm məqamı xüsusi
qeyd etməliyik ki, uzun illər blokadada qalmış Naxçıvan daim ölkə rəhbərliyinin diqqət və
qayğısı ilə əhatə olunub, inkişafı təmin edilib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu
bütün sahələrdə davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində blokadadan
çıxmış Naxçıvan Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından və regionun yeni mühüm
nəqliyyat və iqtisadi qovşaqlarından birinə çevriləcək. Sözügedən səfər çərçivəsində təqdim
edilən layihələr, açılışı və təməlqoyma mərasimləri keçirilən sosial, iqtisadi və infrastruktur
obyektləri də bunun təsdiqidir.
Muxtar respublikanın iqtisadi fəallığının genişləndirilməsində, yaşayış məntəqələri arasında
əlaqələrin gücləndirilməsində və turizm imkanlarının artırılmasında müasir nəqliyyat
infrastrukturu mühüm rol oynayır. 2023-cü ildən bu günədək Naxçıvan Muxtar Respublikasında
ümumilikdə 183,6 kilometr uzunluğunda avtomobil yolu əsaslı təmir edilib. Yenilənmiş yollar
rayonlararası əlaqəni sürətləndirib, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını
asanlaşdırıb və turizm marşrutlarına çıxış imkanlarını yaxşılaşdırıb. Naxçıvan şəhərində isə
ictimai nəqliyyatın müasir və ekoloji təmiz modelə keçirilməsi istiqamətində mühüm layihə
həyata keçirilir. 2025-ci ilin 4 mart tarixində imzalanmış Sərəncamla Naxçıvan şəhərinin ictimai
nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili
məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması, enerjidoldurma cihazlarının
quraşdırılması, habelə depo – qaraj infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “BakuBus”
Məhdud Məsuliyyətli Cəmiyyətinə 33,5 milyon manat vəsait ayrılıb. Layihə şəhərdə hava
mühitinin yaxşılaşdırılmasına və sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə
xidmət edir. Qeyd edilən səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb,
Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə
tanış oldular.
Reallıq budur ki, Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilir.
Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən
mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu
bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam
etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı
əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq.
Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları
ilə iqtisadi üstünlüyə çevriləcək. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına
müsahibəsində “Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Bu gün yeni elektrik
avtobuslarının təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq. Köhnə
avtobuslar tamamilə sıradan çıxarılıb və bu yaşıl rəngli avtobusları biz Bakı küçələrində də tez-
tez görürük. Daha çox görəcəyik, çünki onların faiz nisbəti dizel avtobuslarla müqayisədə daha
da artır. Naxçıvan şəhəri üçün bu məsələ həll olundu” söyləyərək bu reallıqlara da diqqəti
yönəltdi ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var. Göstəriş verildi ki, 217 müasir
rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın. Naxçıvan Muxtar
Respublikasının yol infrastrukturuna da vaxtilə böyük vəsait qoyulub.
Görülən və görüləcək işlərin fonunda muxtar respublika özünün daha yeni inkişaf dövrünü
yaşayacaq. Prezident İlham Əliyev bu çağırışı etdi ki, bütövlükdə bunu artıq həm bəyan
etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi
Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir.
Əsas hədəflərdən biri də minilliklərə söykənən Naxçıvan tarixinin, zəngin memarlıq məktəbinin
və mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasıdır. Bu istiqamətdə atılan addımlar
davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər
zamanı Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə
tanış oldular. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət
Proqramı”nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin
qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə
xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur. Yerli və xarici ekspertlər
tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və
konservasiya işlərinin görülməsi zəruri hesab edilib. Dövlətimizin başçısı İlham Əliyev dünya
əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə
bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb. Azərbaycan memarlığının görkəmli
abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib.
Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub.
Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü
34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun
hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Abidənin
memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi
olan şirkəti ilə müqavilə bağlanıb, abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli
tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə
mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə
bağlı işlər görülür.
Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət
mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına
daxil edilib. Bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm
əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə
incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli
Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi
kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf
etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.
Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 11 avqust tarixində
muxtar respublikaya səfəri Naxçıvanın quruculuq tarixində yeni inkişaf dövrünün siyasi və
iqtisadi başlanğıcı kimi dəyərləndirilir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39

