Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvanın inkişafında yeni mərhələ: uşaqların gələcəyinə yönələn böyük qayğı

Naxçıvanın inkişafında yeni mərhələ: uşaqların gələcəyinə yönələn böyük qayğı

14.08.2026 [16:11]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə
Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində Azərbaycan
Televiziyasına verdiyi müsahibə Naxçıvanın bu günü və gələcək inkişaf
perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının Prezident kimi Naxçıvana 17-ci səfəri bir daha göstərdi ki, qədim
və zəngin tarixə malik bu diyarın hərtərəfli inkişafı dövlət siyasətinin mühüm
istiqamətlərindən biridir. Səfər zamanı həyata keçirilən tədbirlər, təqdim olunan
layihələr və səsləndirilən fikirlər Naxçıvanın qarşıdakı illərdə sosial-iqtisadi, enerji,
nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial infrastruktur sahələrində daha
böyük inkişaf mərhələsinə qədəm qoyacağını göstərir.
Prezident İlham Əliyevin müsahibəsində xüsusilə diqqət çəkən məqamlardan biri
Naxçıvanda sosial infrastrukturun inkişafı ilə bağlı məsələlərdir. Dövlət başçısı
Naxçıvanda müasir sosial infrastrukturun yaradılması və mövcud obyektlərin
bərpasının nəzərdə tutulduğunu bildirərək, uşaq bağçalarının tikintisinə və təmirinə
ehtiyac olduğunu və bu istiqamətdə işlərin görüləcəyini xüsusi qeyd etmişdir.
Bu fikir bir bağça rəhbəri olaraq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki
məktəbəqədər təhsil yalnız uşaqların gün ərzində qayğı ilə əhatə olunması deyil,
onların şəxsiyyət kimi formalaşmasının, dünyagörüşünün, sosial bacarıqlarının və
ilkin biliklərinin təməlinin qoyulduğu mühüm mərhələdir. Uşağın ilk təhsil mühiti
onun gələcək inkişafında mühüm rol oynayır.
Bu baxımdan məktəbəqədər təhsil müəssisələrinin müasir tələblərə cavab verməsi,
binaların təhlükəsiz və rahat olması, qrupların, oyun və məşğələ otaqlarının,
sanitar qovşaqların, həyətyanı sahələrin və digər infrastrukturun müasir
standartlara uyğunlaşdırılması olduqca vacibdir. Uşaqların sağlam, təhlükəsiz və
əlverişli mühitdə böyüməsi dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən
biri kimi daim diqqətdə saxlanılır.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi bu yanaşma dövlətimizin
uşaqlara və onların gələcəyinə verdiyi yüksək qiymətin göstəricisidir. Çünki
bağçaya yatırılan hər bir sərmayə, əslində, gələcəyə yatırılan sərmayədir. Bu gün
müasir və keyfiyyətli məktəbəqədər təhsil müəssisəsi yaratmaq sabah savadlı,
sağlam düşüncəli, vətənpərvər və cəmiyyətə faydalı vətəndaş yetişdirmək
deməkdir.
Naxçıvanın ümumi inkişafı ilə bağlı səsləndirilən digər fikirlər də məktəbəqədər
təhsil sahəsi ilə birbaşa əlaqəlidir. Sənaye parklarının yaradılması, yeni iş yerlərinin
açılması, yolların yenilənməsi, nəqliyyat imkanlarının genişləndirilməsi, enerji
təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının inkişafı, turizm potensialından

səmərəli istifadə və müasir şəhər infrastrukturunun formalaşdırılması bütövlükdə
insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Xüsusilə Naxçıvan şəhərinin Baş planının hazırlanması və şəhərin müasir
infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar gələcəyin Naxçıvanının
daha rahat, təhlükəsiz və müasir şəhər kimi formalaşması baxımından
əhəmiyyətlidir. Belə bir inkişaf prosesində uşaqların yaşadığı və təhsil aldığı
mühitin də müasir tələblərə uyğunlaşdırılması mühüm məsələlərdəndir.
Naxçıvanın enerji potensialının artırılması, bərpaolunan enerji mənbələrinin inkişaf
etdirilməsi ilə bağlı layihələr də gələcək nəsillər üçün xüsusi əhəmiyyət daşıyır.
Günəş və su enerjisindən daha geniş istifadə, yaşıl enerji zonasının inkişaf
etdirilməsi yalnız iqtisadi məsələ deyil, həm də ətraf mühitin qorunması və
uşaqlarımıza daha sağlam gələcəyin bəxş edilməsi deməkdir.
Eyni zamanda, Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunmasına göstərilən
diqqət də xüsusi qeyd olunmalıdır. Möminə xatun məqbərəsinin bərpası, tarixi-
mədəni abidələrin qorunması, Əcəmi Naxçıvani kimi görkəmli şəxsiyyətlərin irsinin
yaşadılması gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunması
baxımından mühüm əhəmiyyət daşıyır.
Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoqların qarşısında dayanan
əsas vəzifələrdən biri də məhz uşaqlara doğma Vətənə, milli-mənəvi dəyərlərə,
tariximizə və mədəniyyətimizə sevgi aşılamaqdır. Uşaqların ilk yaşlarından milli
kimliyini dərk etməsi, Azərbaycan xalqının zəngin tarixi və mədəniyyəti haqqında
ilkin təsəvvürlər əldə etməsi onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir
göstərir.
Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla
vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər
də xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Naxçıvanın gələcək imkanlarının daha
geniş perspektivdə qiymətləndirildiyini göstərir. Nəqliyyat əlaqələrinin
genişləndirilməsi, Zəngəzur dəhlizinin reallaşdırılması və yeni iqtisadi imkanların
yaranması Naxçıvanın regionda mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən birinə
çevrilməsinə şərait yaradacaq.
Belə genişmiqyaslı inkişafın mərkəzində isə insan amili dayanır. İnsanların rifahının
yüksəldilməsi, ailələrin sosial imkanlarının genişləndirilməsi və uşaqların sağlam,
təhlükəsiz və keyfiyyətli mühitdə böyüməsi hər bir inkişaf strategiyasının əsas
məqsədlərindən biri olmalıdır.
Bir məktəbəqədər təhsil müəssisəsinin rəhbəri kimi hesab edirəm ki, dövlət
başçısının Naxçıvanda uşaq bağçalarının tikintisi və təmirinə ehtiyac olduğunu
xüsusi vurğulaması bizim sahəmiz üçün çox mühüm mesajdır. Bu, həm bağça
kollektivlərinə, həm valideynlərə, həm də ən əsası, uşaqlarımıza göstərilən dövlət
qayğısının bariz nümunəsidir.

Biz bağça rəhbərləri olaraq bu diqqəti böyük məsuliyyət kimi qəbul etməliyik. Bizə
göstərilən dövlət qayğısına öz işimizlə, məsuliyyətimizlə, peşəkarlığımızla və
uşaqlara sevgimizlə cavab verməliyik. Çünki hər bir bağçanın qapısından içəri daxil
olan uşaq bizim üçün sadəcə tərbiyə alan bir körpə deyil, Azərbaycanın
gələcəyidir.
İnanıram ki, Naxçıvanda həyata keçirilən və qarşıdakı dövrdə reallaşdırılacaq
layihələr qədim diyarımızın daha da müasirləşməsinə, insanların rifahının
yüksəlməsinə, uşaqlar üçün daha gözəl və təhlükəsiz təhsil mühitinin
yaradılmasına böyük töhfə verəcək.
Biz də məktəbəqədər təhsil işçiləri olaraq bu inkişaf prosesinin bir parçası
olmaqdan qürur duyur, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğını yüksək
qiymətləndiririk.
Əminik ki, bu gün uşaqlar üçün yaratdığımız hər bir gözəl şərait, verdiyimiz hər bir
düzgün tərbiyə və öyrətdiyimiz hər bir dəyər sabah daha güclü Azərbaycanın
təməlində öz əksini tapacaq.
Uşaqların xoşbəxtliyi Naxçıvanın, Naxçıvanın inkişafı isə Azərbaycanın gələcəyidir.

Səriyyə Əhmədova
YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri,
Naxçıvan şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri.

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31